15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Tofiq Yaqublu: “Arif Hacılının katibəsi də Məclisə seçilib, İsa Qəmbərin sürücüsü...” - Müsahibə
Tarix: 16-10-2019 16:40 | Bölmə: Müsahibə

Müsavat başqanı postuna keçmiş namizəd: “Həm başqan, həm də Məclisə seçkilərlə bağlı təxminlərim 93-95 faiz özünü doğrultdu. Əmin idim ki, mənə səs verməyəcəklər...”
Reyting.az Müsavat Partiyasının başqanlığına namizəd olmuş Tofiq Yaqublunun APA-ya müsahibəsini təqdim edir:
- Müsavat Partiyasının Məclisində boş qalan yerlərə namizədliyinizi irəli sürəcəksiniz?
- Seçki praqmatik bir məsələdir. Qurultaya başqan və Məclis üzvlüyünə seçkilərdə nəticələr göstərdi ki, müsavatçılar məni sevmirlər. Yenidən Məclis üzvlüyünə namizədliyimi verməyi düşünmürəm. Belə münasibət olan yerdə real danışmaq lazımdır.
- Qurultaydan sonra İsa Qəmbərin və Arif Hacılının sürücülərinin Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədliklərinin verilməsi, Arif Hacılının sürücüsünün seçilməsi, İsa Qəmbərin sürücüsünün ehtiyata düşməsi barədə xəbər ətrafında müzakirələr gedir. Siz bu məsələyə necə yaxınlaşırsınız?
- İstənilən partiya üzvünün partiyanın istənilən seçkili orqanına namizəd olmaq və seçilmək hüququ var. Ola bilər ki, kimsə sürücülük etsin. Ancaq həmin şəxs axı eyni zamanda müsavatçıdır və bu, onun haqqıdır.
- Yeri gəlmişkən, həmin şəxslərin sürücü olub-olmaması ətrafında da mübahisələr gedir. Arif Hacılı cavab verib, amma İsa Qəmbərin sürücüsü ilə bağlı məsələ açıq qalıb. Həmin şəxs həqiqətən İsa Qəmbərin sürücüsüdür?
- Namizədlərin siyahısında həqiqətən İsa Qəmbərə sürücülük edən müsavatçının namizəd olduğunu görmüşəm. Arif Hacılı və İsa Qəmbərin sürücüləri də müsavatçıdırlar. Həmin şəxslərin seçilib-seçilmədiyini isə bilmirəm. Hərə bir işin qulpundan yapışır, mən orada xüsusi bir qəbahət görmürəm. Hətta Arif Hacılının katibəsi Ziyarət Səfərova da Məclisə seçilib. Mən onu da təbrik edirəm. O insanların keyfiyyətini sürücü, katibə olmaları müəyyənləşdirmir.
- Müsavatçıların sizi sevmədiyinizi söylədiniz. Ancaq maraqlıdır ki, övladınız Nigar Məclisə seçilib, siz seçilməmisiniz. Belə mənzərəni gözləyirdiniz?
- Gözləyirdim. Demək olar ki, həm başqan, həm də Məclisə seçkilərlə bağlı təxminlərim 93-95 faiz özünü doğrultdu. Əmin idim ki, mənə səs verməyəcəklər, Məclisə də seçməyəcəklər. Bunun niyə belə olduğunun da fərqindəyəm. Amma düşünürəm ki, haqlıyam. Belə bir müsavatçının olmasını da istəyirlər və bu da onların hüququdur. Ona görə də Nigar Həzi seçildi, bu, bir başqa məsələdir. Razılaşın ki, bu gərginliyin, mübahisənin ortasında Tofiq Yaqublu məsələsi vardı, ona görə mənə fərqli münasibət ola bilərdi. Bu, tamamilə fərqlidir.
- Sevilmədiyiniz yerdə nə qədər qalmaq fikriniz var?
- Heç yerə getmək fikrim yoxdur. Təklif verib, partiyadan çıxara bilərlər. Bunu Nizamnamə çərçivəsində edə bilərlər. Məncə, indiki şəraitdə səs çoxluğu qazanmaq da problem deyil. Amma mən qurultay başlamamışdan əvvəl Tofiq Yaqublu olaraq mövqeyimi ortaya qoymuşam. Əvvəlcədən Məclis üzvlüyünə namizəd də olub, ərizəmi yazmışam. Dedim ki, mübarizə aparmağa çalışaram, Məclisə də namizədliyimi vermişdim. İndi belədir, müsavatçılar məni qəbul etmir, nə edə bilərəm? Özümü zorla sevdirə bilmərəm. Şəxsi mənada bəyənmirlər. Mən qurultayda çıxış edən də qrupların necə çıxış etdiklərini, münasibətlərini görürdüm. İnsaf, vicdan özlərinindir. Çıxışım ortadadır, danışa biləcəyim həqiqətlərin heç yüzdə biri deyildi. Danışdıqlarımın da hamısı həqiqətdir. Məsələn, mən orada çıxışımda dedim ki, tutaq ki, Tofiq Yaqublu prokurorluğa çağırılır, digər hadisələr baş verir, amma Müsavat Partiyasının prezidentliyə namizədi sosial şəbəkəsindəki səhifəsində futbol üzrə Azərbaycan-Xorvatiya oyunu barədə təhlil yazır. Bu da adekvat deyil, müsavatçı, demokratiya uğrunda mübarizə aparan bundan nəticə çıxarmalıdır. İndi müsavatçılar qərara gəlirlər ki, elə lazım deyil, məhz bu cür olmalıdır, bu da onların seçimidir. Mən onların istədikləri, arzuladıqları kimi müsavatçı ola bilmirəm. Özləri baxsınlar…
- İsa Qəmbərin qurultaydan əvvəl və qurultayın gedişində Arif Hacılıya açıq dəstək verməsi Sizin üçün gözlənilən idimi?
- Hər bir Müsavat üzvünün istənilən namizədin lehinə və əleyhinə təbliğat aparmaq hüququ var. İsa Qəmbər də onlardan biridir, eyni zamanda qurultay nümayəndəsidir. Sadəcə, İsa Qəmbərin qurultayda sədarətdə oturub danışmaq istəməsi doğru deyildi, qaydalara zidd idi. Çünki öncədən razılaşmışdıq ki, namizədlər özlərini təqdim edəcəklər, tərəfdar çıxışlarına ehtiyac qalmayacaq. Həqiqətən seçki baxımından da bu, yolverilməzdir. Tutaq ki, hər Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlüyünə namizədə 5 dəqiqə çıxış üçün ayrılsa, 115 nəfərə nə qədər vaxt laxım olacaqdı? Qurultay da müəyyən vaxtda işini başa çatdırmalıdır. Ona görə razılaşdırılmışdı ki, prioritet məsələ başqan seçkiləri olduğu üçün başqanlığa namizədlər üçün yarım saat ayrılsın. İsa Qəmbər isə mənim çıxışımdan sonra dedi ki, adı çəkilib, cavab verməlidir. Bu, artıq qaydaları pozmaqdır. Mən burada İsa Qəmbərlə razılaşa bilmərəm. İsa Qəmbərin Arif Hacılını müdafiə etməsinə iradım yoxdur. Amma qurultayda namizədlərin müdafiəsi ilə bağlı çıxışlar olsaydı, bu halda necə olacaqdı? Mən orada da dedim ki, indi siz bir söz deyəcəksiniz, biz cavab vermək istəyəcəyik, o halda gərək səhərə qədər danışaq! Bu mənada İsa bəyin mövqeyini adekvat və doğru saymıram.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək