15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Akademik: “Türkiyə daha vacib addımlar atmalıdır” - Müsahibə
Tarix: 12-10-2019 23:49 | Bölmə: Müsahibə

Milli Məclisin üzvü Nizami Cəfərov: “Qardaş ölkənin hakimiyyəti bəzi səhvləri düzəltməlidir”
Türkiyənin Suriya ərazisində terrorçulara qarşı başladığı hərbi əməliyyat dünya gündəminin əsas mövzularından birinə çevrilib. Bəzi siyasi dairələr bəşəriyyət üçün təhlükəyə çevrilən terrorizmlə mübarizəyə görə Türkiyəni qınaq obyektinə çevirsə də, tərəqqipərvər bəşəriyyət Ərdoğan hakimiyyətinin Suriyadakı hərbi əməliyyatını dəstəkləyir.
Milli Məclis deputatı, akademik Nizami Cəfərov Reyting.az-a müsahibəsində deyib ki, qardaş ölkənin Suriyadakı hərbi əməliyyatı dünya üçün gərəklidir:
- Türkiyə terrorizmə qarşı mübarizə aparır, terrorizmin dayaqlarını aradan qaldırmaq işində dünyaya töhvə verir. Bu məsələ ətrafında mübahisə aparmaq mümkün deyil. Türkiyənin bu cəhdinə müsbət yanaşmaq lazımdır. Türkiyə bu məsələdə çox güzəştə gedib.
Məsələ ondadır ki, Türkiyə də daxil olmaqla, heç bir dövlət müharibə aparmaq istəməz. Amma ölkənin sərhədləri qorunmalı, nəzarət altında olmalıdır. İndi Türkiyə-Suriya sərhədlərinin Dəməşq tərəfindən nəzarətə götürülməsi və orada normal qayda-qanun yaradılması real deyil. Yəni Suriyanın bunu etməyə gücü yoxdur. Bu məsələ dəfələrlə müzakirə edilib, Ankara Suriya ərazisinə girməkdən çəkinib. Amma son addım olaraq buna gedib.
Əsas odur ki, Türkiyə mülki insanlarla deyil, trrorçularla savaşır. Hesab edirəm ki, Türkiyə hakimiyyəti terrorizmin qarşısını almaq üçün daha vacib addımlar atmalı, bəzi səhvləri düzəltməli və daha ciddi tədbirlər görməlidir.
- Hansı tədbirləri nəzərdə tutursunuz?
- Birincisi, Türkiyənin ictimai-siyasi həyatında Atatürkçülük ideyaları bərqərar olmalıdır. Bu, Türkiyə dövlətinin, ordusunun güclü olmasına şərait yaradırdı. Mənə elə gəlir ki, bir mərhələ bu ideologiyaya laqeyd münasibət göstərildi. Bu isə o qədər də mütərəqqi olmayan ideyaların yayılmasına gətirib çıxardı. Mənə elə gəlir ki, Atatürk ideyalarına daha sədaqətli olmaq lazımdır. Atatürkçülüyə qarşı laqeydlik baş qaldıran kimi Gülənçi yanaşma baş qaldırmağa və yayılmağa başladı. O dövlətdə ki, ənənəvi ideologiya zəifləyir, orada problemlər ortaya çıxır.
Türkiyə dövləti Atatürkçülük ideologiyasının məhsuludur. Ümumiyyətlə, Atatürkçülüyün gətirdiyi bir quruluşdur. Bura yad ideologiya daxil olduqda dövlət idarəçiliyində, beynəlxalq münasibətlərdə, ictimai-siyasi münasibətlərdə də problemlər yaranacaq. Düşünürəm ki, Atatürkçülük mövqeyini gücləndirmək lazımdır.
Söhbət ancaq Suriyadan getmir. Başqa dövlətlərə münasibətdə və Türkiyənin beynəlxalq əlaqələrinin gücləndirilməsi baxımından Atatürkçü ideologiya daha təsirlidir.
- Suriyada keçirilən “Barış bulağı” əməliyyatı faktiki olaraq Avropanın bəzi dairələri tərəfindən pislənilir. Amma Moskva və Vaşinqton səssizliyini saxlayır. Yəni Avropa tənqid edir, Rusiya bitərəf mövqedən çıxış edir, ABŞ aradabir tənqid səsləndirir. Nədən belə bir mənzərə yaranıb?
- Əslində bu məsələ beynəlxalq səviyyədə həll edilmləlidir. Baş verənlərə regional səviyyədə yanaşmaq doğru olmazdı. Dünyada münaqişələr, müharibələr təsadüfi deyil. Konkret olaraq Suriyada baş verənlərin bir ucu böyük güclərə gedib çatır. Onlar istəsələr problemləri əvvəlcədən həll edə bilərlər.
Hazırda məsələ ilə bağlı müxtəlif mövqelər, münasibətlər və analitik yanaşmalar var. Amma bizim üçün daha önəmlisi Türkiyənin öz mövqeyi və taleyidir. Daha yuxarı problemlər və səviyyələrlə bağlı bizim söz deməyimizin mənası və nəticəsi yoxdur. Məncə, biz Türkiyə üçün maraqlı olan, onun üçün əhəmiyyət daşıyan proseslərə diqqət etməliyik. Məsələn, indi Rusiyanın tutduğu mövqe ilə bağlı danışa və şərh verə bilərik. Eləcə də ABŞ və ya İranın mövqeyinə dair şərh verməyimiz doğru olmazdı. Belə şərhlər hər mövqedən olur, amma bizim üçün daha vacibi Türkiyənin taleyidir.
Sözsüz ki, biz, Türkiyənin gələcəyi ilə bağlı bədbin fikirdə ola bilmərik, onlar nəhəng bir xalqıdır və bizim qardaşımızdır. Hər halda beynəlxalq münasibətlər və ölkənin tarixi mənliyi var. Elə hadisələr var ki, bu, hadisəni törədən münasibətlərin mövqeyindən həll edilmir. Bu məsələ də Türkiyənin ümumi stabil beynəlxalq mövqeyindən və dövlətçilik təfəkküründən, indiyə qədər müəyyən edilən prinsiplərdən həll olunur.
- ABŞ prezidenti Tramp Ankaranı təhdid edərək bildirdi ki, əgər Türkiyə Suriyada bəlli çərçivəni aşarsa, iqtisadiyyatını məhv edəcəyik...
- Türkiyənin hər hansı bir fəaliyyəti olursa, tərəfimizdən dəstəklənir. Digər tərəfdən, Türkiyənin qüruruna toxuna biləcək hər hansı bir iddia ortaya çıxırsa və Ankara buna boyun əymirsə, biz də bundan qürur duyuruq. Amma belə addımlar əsaslandırılmış olmalıdır ki, gələcək inkişafa köməklik etsin.
İkinci, Donald Trampın belə bəyanatları daima olur. Nəzərə alın ki, belə bəyanatlarda bəzən diplomatik marağın təmin edilməsi, bəzən eksperiment aparmaq niyyəti, bəzən də emosiyalar olur. Amma belə bəyanatlar Türkiyə kimi dövlətə təsir edə, onu yolundan çəkindirə bilməz.
- Ərəb dövlətləri də Türkiyəni Suriya ərazisinə girməsinə görə tənqid edirlər...
- Ərəb ölkələrində yaranan problem, onların qarşılıqlı münasibətlərindəki ziddiyyətlər və bəzi beynəlxalq güclərin dağıdıcı müdaxilələri ona gətirib çıxarıb ki, müsəlman ölkələri bir-birilə üz-üzə durur. Düşünmürəm ki, ərəb ölkələrinin mövqeləri bu məsələdə hansısa əhəmiyyət kəsb etsin. Çünki ərəb ölkələrinin özləri qruplaşırlar. Hər halda Türkiyə Suriyaya qoşun yeridirsə, bu nə ərəb ölkələri, nə də qlobal problemlərlə əlaqəlidir. Bu addım ilk növbədə Türkiyənin öz problemlərinə görə atılır. Türkiyə dövlət olaraq öz sərhədlərinin təhlükəsizliyi üçün cavabdehlik daşıyır. Bu mənada Türkiyə öz hüdudlarını müdafiə edir və bu, beynəlxalq müzakirə mövzusu ola bilməz.
- Türkiyə Suriya “bataqlığında” ilişib qala bilərmi?
- Hər şey mümkündür. Bəzən daxili problemi həll etmək üçün xarici təsirlərlə üzləşməli olursan. Qarabağ məsələsinə zahirən və təbii tarixi proses bucağından baxılsa, Azərbaycanındır, amma indi beynəlxalq miqyaslı problemə çevrilib.
Türkiyə beynəlxalq terrorizmə qarşı mübarizə aparır və bu da dünyada qəbul edilən məsələdir. Bu məsələni həll etmədikcə bunlar bir-birinə qarışır və daha çox problemlər meydana çıxır. Burada bataqlığa düşə də, ondan çıxa da bilərsən.
Əslində Türkiyədə terrorizm neçə illərdir bu şəkildə davam edirsə və terrora qarşı mübarizə bitmirsə, bunun özü elə bataqlıq deməkdir. Türkiyə bu bataqlıqdan da çıxmalıdır. Hər halda bu bataqlıqdan çıxmaq lazımdır və həm də vacibdir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək