15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vahid Əhmədov: “Nazirlər Kabinetini çevik quruma çevirmək lazımdır” - Müsahibə
Tarix: 10-10-2019 15:22 | Bölmə: Müsahibə

Millət vəkili: “Bəzi nazirliklərin birləşdirilməsi, bəzi qurumların səlahiyyətlərinin məhdudlaşdırılması məsələsinə baxılmalıdır”
Baş nazir Novruz Məmmədovun vəzifədən kənarlaşdırılması və bundan sonra gündəmə gələn məsələlərə ictimai maraq yüksəkdir.
Reyting.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov “Yeni sabah”a müsahibəsində həm yeni Baş nazir təyinatından, həm də kadr və struktur islahatlarından danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Vahid müəllim, keçmiş Baş nazir Novruz Məmmədovun bir illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Novruz Məmmədov artıq istefa verib. Bu baxımdan, onun fəaliyyəti barədə danışmaq istəmirəm. Novruz Məmmədova can sağlığı və uğurlar arzulayıram. Gedənin arxasınca danışmazlar. Bizdə o xasiyyət yoxdur.
- O zamandan gələndən danışaq. Əli Əsədovun Baş nazir təyin olunmasını uğurlu təyinat hesab etmək olarmı?
- Hesab edirəm ki, Əli Əsədov yerindədir. O, həm mərhum Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Prezident Admnistrasiyasında işləyib. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub. Bir çox infrastruktur layihələrin icrasında iştirak edib. Məsələn, Bayraq Meydanının tikintisi, Milli Parkın rekonstruksiyası və s. Beynəlxalq kontraktların imzalanmasında, onların həyata keçirilməsində müəyyən əməyi var. Bu sahələrdə kifayət qədər təcrübəsi var. Yaxşı iqtisadçıdır, elmlər namizədidir. Ona görə də hesab edirəm ki, Nazirlər Kabinetinə rəhbərlik edə bilər.
Doğrudur, bütün islahatları cənab Prezident özü aparır. Bu islahatlar qəbul olunmuş strateji yol xəritəsinə uyğun olaraq həyata keçirilir. Amma əlbəttə ki, Baş nazirin yerində olması Prezidentə böyük dəstəkdir və sosial-iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində müsbət addımlara rəvac verə bilər.
- Baş nazirin əvəzlənməsi kadr və struktur islahatlarının lokomotivi kimi də qiymətləndirilir. Amma bunu formal əvəzlənmə kimi də dəyərləndirənlər var. Bu məsələ ilə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı...
- İstər kadr, istər struktur, istərsə də sosial-iqtisadi sahədəki islahatlar onsuz da gedir, yəni bu prorses dayanmayıb. Artıq bir ildən çoxdur ki, strateji yol xəritəsinə uyğun olaraq islhatalar həyata keçirilir. Hesab edirəm ki, bundan sonra da kadr və struktur islahatları həyata keçiriləcək. Baş nazirin özünün də müəyyən təklifləri ola bilər. Amma bu təkliflər Prezident tərəfindən dəstəklənməlidir. Çünki qərarı o verir. Ümumiyyətlə, bizdə Konstitusiyaya görə qayda belədir. Təbii ki, mənim də fikrimcə, Baş nazirin dəyişdirilməsi islahataların lokomotivinə çevrilə bilər.
- Vitse-prezidentlik institutu yaradılandan sonra Nazirlər Kabinetinin çevik quruma çevriləcəyi barədə məlumatlar yayıldı. Siczə, Əli Əsədovun Baş nazirliyi dönəmində bu baş tutacaq?
- Mən bu gün də onun tərəfdarıyam ki, Nazirlər Kabinetinin fəaliyyətində dinamikliyi artırmaq, onu çevik quruma çevirmək lazımdır. Hesab edirəm ki, Nazirlər Kabinetində islahatlara ehtiyac var. Nazirlər Kabineti deyəndə təkcə bu qurumun aparatını nəzərdə tutmuram. Söhbət, daha geniş struktur islahatlarından gedir. Bəzi nazirliklərin birləşdirilməsi, bəzi qurumların səlahiyyətlərinin məhdudlaşdırılması məsələsinə baxılmalıdır. Təbii ki, Nazirlər Kabinetinin özünün aparatında da dəyişikliklər edilməlidir. Bu dəyişikliklər kadrların əvəzlənməsi ilə məhdudlaşmamalıdır. Çevik bir orqan yaradılmalıdır ki, bütün məslələrə operativ müdaxilə edib qərarlar verə bilsin. Bu gün buna ciddi ehtiyac var.
- Amma islahatlar da ləng gedir. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Mən islahatların ləng getməsi fikirləri ilə tanışam. Hörmət etdiyim iqtisadçılar da bu barədə danışırlar. Amma bir məsələni unutmaq lazım deyil ki, islahatların həyata keçirilməsi o qədər də asan deyil. Bəzən bu, cəmiyyyətdə birmənalı qarşılanmır. Bunun müəyyən neqativ və pozitiv səbəbləri olur. İslahatlar elə aparılmalıdır ki, ciddi problemlər yaranmasına səbəb olmasın. Dövlət başçısı da bütün bunları nəzərə alaraq addımlar atır. Əlbəttə, mən də istərdim ki, islahatlar daha sürətlə həyata keçirilsin. Amma bu proses bitmək bilmir və bitən də deyil. Çünki ölkəmizdə, dünyada dəyişikliklər, siyasi-iqtisadi əlaqələrdə dəyişikliklər baş verir. Ona görə də həmişə islahatlara ehtiyac olur. Hesab edirəm ki, islahatların ləng getməsi barədə danışarkən daha əhatəli düşünmək lazımdır.
- Vahid müəllim, kadr dəyişikliklərində yeni simaların olmaması da müzakirə edilən məsələlərdən biridir...
- Ümumiyyətlə, kadr islahatları ilə əlaqədar bir məqama toxunmaq istəyirəm. Təyinatlarda kadrların rüşvətə, korrupsiyaya bulaşmaması nəzərə alınmalı, vəzifə başına keçdikdən sonra da şəffaf fəaliyyət göstərəciyinə əminlik olmalıdır. Bu cür kadrlar var və onlardan istifadə etmək lazımdır. Rüşvətxorluğa və korrupsiyaya meylli kadrlar isə əlbəttə ki, problem yaradır. Təmizlik, şəffaflıq çox böyük əhəmiyyət kəsb edir. Kadr dəyişikliklərində bu amilə daha çox diqqət yetirməyi tövsiyə edərdim.
- Sizcə, kadr dəyişikliklərində yeni simalara üstünlük verilməməsinin səbəbi nədir?
- “Kadr dəyişikliklərində yeni sima yoxdur” fikrini bölüşmürəm. Bəzi nazirlər var ki, onlar yeni simadır. Məsələn, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Sosial Müdafiə naziri Sahil Babayev, Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov, Diaspora komitəsinin sədri Fuad Muradov, “Qaçqınkom”un rəhbəri Rövşən Rzayev və s. Bunlar yeni kadrlardır. Həm də cavandırlar. İnsafla danışaq, pis də işləmirlər.
- Amma mediada onların da fəaliyyəti barədə neqativ materiallara rast gəlinir...
- İndi müəyyən səhvlər ola bilər. Bilirsiniz, bir nazirliyin formalaşması üçün on illərlə vaxt lazımdır. Axı bunlar cavan kadrlardır. Əsas odur ki, rüşvət və korrupsiya demək olar ki, yoxdur. Gömrükdə və vergidə ciddi ishlahatlar aparılıb və s. Mən demirəm ki, bütün problemlər aradan qaldırlıb. Xeyr. Amma bu yeni kadrların təyinatından sonra müəyyən qədər müsbət işlər görülüb və görülür.
Yeri gəlmişkən, bizdə müstəqil iqtisadçılar var. Təcrübəlidirlər, beynəlxalq səviyyədə tanınırlar. Mən də hesab edirəm ki, o iqtisadçılardan istifadə etmək lazımdır. Amma sadaladığım kadrlar da yeni kadrlardır. Onlar heç o qədər də tanınmırdılar. Yəni, bu prorses gedir.
- Bəs icra başçılarının yerdəyişməsinə nə deyirsiniz?
- Bununla razıyam. Bəli, icra başçılarının əvəzlənməsinə, cavan kadrların təyinatına ehtiyac var. Məsələn, Şamaxıya yeni kadr təyin etdilər. Digər rayon və şəhərlərdə belə addımlar atılmalıdır.
Bir şeyi də unutmayaq ki, cavan kadrların təyin olunması da bəzən problemlər yaradır. Onların təcrübəsizliyi idarəetmədə axsamalara səbəb olur. Ona görə də mən dövlət qurumlarında ucdantutma gəncləşmə siyasətinin tərəfdarı deyiləm. Yaşlı, təcrübəli kadrlardan da, məsələn, ikinci şəxs kimi yararlanmaq olar. İdarəetmədə təcrübə vacib amildir.
Ümumiyyətlə, Prezident qeyd edib ki, icra başçılarının fəaliyyətinə verilən qiymət onun rəhbərlik etdiyi rayon yaxud şəhərə qoyulan investisiya və açılan iş yerləri ilə ölçülür.
Mən həmişə yeniliyin tərəfdarı olmuşam. Amma köhnələrin də təcrübəsindən yararlanmaq lazımdır. Hər universitet bitirib ingilis dili biləni gətirib vəzifəyə qoymaq olmaz axı.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək