15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Keçmiş deputat: “Nazirlər, komitə sədrləri, akademiklər niyə susur?” - Müsahibə
Tarix: 11-09-2019 11:26 | Bölmə: Müsahibə

Musa Musayev: “Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil”
2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, daha sonra 4 il Naftalan şəhər icra hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev Modern.az-a müsahibə verib.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Musa müəllim, neçə illərdir səsiniz gəlmir, sanki yoxsunuz...
- Necə yəni yoxam. Mən həmişə varam. Hətta, bir ara sosial şəbəkələrdə də aktiv idim. Sonradan profilimi bağladım.
- Bu gün bəzi keçmiş nazirlərə ittihamlar ünvanlanır... Sizin mövqeyiniz necədir?..
- Əvvəla, keçmiş keçmişdir. Vəzifədən gedən, işdən çıxan adamların arxasınca danışmağın tərəfdarı deyiləm.
- Niyə?
- Təbii, bu gün vəzifədən çıxan, ya da çıxarılan narazıdır. Onlar mövqe bildirməyə də bilər. Bəs bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?!
Cənab Prezident minlərlə insana ordenlər, medallar, fəxri adlar verib. Nəyə görə çıxıb öz mövqelərini ortaya qoymurlar?!
YAP-ın 700 minə yazın üzvü var. Onlar niyə çıxıb münasibət bildirmirlər?!
Bu gün parlamentdə oturan deputatların çoxu YAP-ın dəstəyi ilə seçilənlərdir. Yaxşı, bunlar niyə mövqe bildirmirlər?
- Dediklərinizdən belə anladım ki, hər bir YAP-çı hakimiyyətə ünvanlanan təhqirlərə qarşı birgəlik nümayiş etdirməlidir. Bəs siz deputat olduğunuz dönəmlərdə vəziyyət necə idi?
- Mən 2000-2005-ci illərdə parlamentin ən fəal deputatlarından biri olmuşam. Bir YAP-çı kimi həmişə sözümü demişəm. 2003-cü ildə ulu öndər Heydər Əliyev xəstələnəndə parlamentdə Heydər Əliyevi ən çox müdafiə edən də mən olmuşam. Bunun nəticəsi nə oldu?! 2005-ci ildə cənab Prezidentimiz tərəfindən namizədliyim irəli sürülsə də, deputat seçilə bilmədim. Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın bəzi fəalları və Prezident Administrasiyasından olan bəzi adamlar məni dəstəkləmək əvəzinə, Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevə kömək etdilər. İndi Elşad Abdullayevin haralarda olduğunu siz də bilirsiniz. Sonra həmin o Elşad Abdullayev seçkilərdə hansı oyunlardan çıxması ilə bağlı açıqlamalar verib videolar paylaşdı. O Elşad Abdullayev ki, onun kimliyi barədə o zamanlar ANS televiziyasının pullu efirində müraciət etdim. O zaman milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudova birbaşa müraciət edərək, Elşad Abdullayevin həbs edilməli olduğunu bildirdim. “Bu gün bizim partiyamıza xəyanət edirsə, sabah dövlətimizə, dövlətçiliyimizə xəyanət edəcək”, - dedim.
2005-ci ildə hər dairədən YAP-ın bir namizədinin irəli sürülməsi barədə qərar qəbul olundu. Baxmayaraq ki, mənim namizədliyim YAP tərəfindən irəli sürüldü, həmin dairədən Elşad Abdullayev də öz namizədliyini sona qədər geri çəkmədi. Çünki Elşad Abdullayevə “sən deputat olacaqsan” sözü vermişdilər. Təbii ki, 8 saylı Binəqədi seçki dairəsindən Elşad Abdullayevin deputat seçilməməsinin bir səbəbkarı da mən oldum. Seçkinin ertəsi günü “Şərq” qəzetinə geniş müsahibə verərək, seçkidəki saxtakarlıqları sadaladım. Həmin müsahibədən sonra 8 saylı dairədən 12 məntəqə ləğv edildi və Elşad Abdullayev yox, Arzu Səmədbəyli deputat seçildi. Halbuki, həmin vaxt MSK Elşad Abdullayevi deputat olaraq elan etmişdi. Hətta Elşad Abdullayev 300 nəfərlik restoranda qonaqlıq da vermişdi. Bəs sonra nə oldu?! Hazırda Elşad Abdullayev İnterpol vasitəsilə axtarışa verilib. Ancaq mən 2005-ci ildə Abdullayevin cinayətkar olduğunu elə-belə demirdim. Beynəlxalq Universitetin rektoru olan zamanlarda hansı cinayətləri törətdiyi məlum idi. Bu adam bizim partiyamızın əleyhinə getdi. İndi xaricdə oturub dövlətimizi, dövlətçiliyimizi, hakimiyyətimizi təhdid etməklə məşğuldur.
- Belə çıxır ki, 2005-ci ilin parlament seçkilərində sizi hədəf olaraq seçdilər...
- Bəli, o zaman müəyyən qüvvələr mənə qarşı fəaliyyət göstərirdilər.
- Sizcə, hazırda parlamentdə təmsil olunan YAP-çı deputatlar niyə susurlar? Bəlkə hansısa qüvvələrin hücumundan qorxurlar? Necə ki, dediyiniz kimi, zamanında sizə qarşı da belə hücumlar olub.
- Qorxmurlar... “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır. Bir daha deyirəm: 2000-2005-ci illərdə parlamentin deputatı olanda müxalifətlə bərabər, iqtidarda da təmsil olunan bəzi adamları tənqid etmişəm. 2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90 faizi səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab Prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda iqtidarın təbliğatçısı olublar. Sadəcə, həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir. Düşmən düşmənliyində qalmalıdır.
Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab Prezidentimizi tənqid və təhqir edənlərə nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?! Bunları deməkdə məqsədim odur ki, 1987-ci ildən başlayaraq ulu öndərimizi və cənab Prezidentimizi hər zaman müdafiə etmişəm və bu gün də edirəm. Ölən günə qədər də müdafiə edəcəm.
Sizə bir məqamı açıqlayım: 1987-1990-cı illərdə AzTV-də “Dalğa” proqramı vardı. 25 may 1988-ci ildə “Dalğa” verilişinə bir yazı yazmışdım. Həmin yazıda ölkədə aşkarlıq olmadığına görə fikirlərimi tamaşaçılara çatdırmağa çalışmışdım. O yazıda Heydər Əliyevi müdafiə etmişdim. 25 may 1988-ci ildə “Kommunist” qəzetinə də yazdığım məqalədə yenə Heydər Əliyevi müdafiə etmişəm. Həmin qəzetdə “Şah dərzini çağırır” başlığı altında məqalələr gedirdi. O məqaləyə cavablar yazmışam və yazıya kəskin etirazımı bildirmişəm.
- 5 il deputat, 4 il icra başçısı olmusunuz. 9 ildir ki, işsizsiz. Bəzi hallarda illərlə vəzifədə çalışan insanlar olur ki, vəzifədən gedəndən sonra müxalifət sıralarında görünür. Sizə bu illər ərzində müxalifətdə təmsil olunmağınızla bağlı hər hansı təklif gəlibmi?
- Məni tanıyanlar çox yaxşı bilir ki, mövqeyimi dəyişən insan deyiləm. Belə hallar olub. Bəzən deyirlər ki, 10 ildir işləmirsən. Ortaya mövqe qoy, münasibət bildir! Cavab verirəm ki, hansı münasibətdən danışırsız?! 20 ildir ki, YAP Siyasi Şurasının üzvüyəm. 2000-2005-ci illərdə deputat, 2006-2010-cu illərdə Naftalan şəhər icra hakimiyyətinin başçısı olmuşam. Məni Azərbaycanda hörmətə, nüfuza mindirən ulu öndərimiz Heydər Əliyev, cənab Prezidentimiz İlham Əliyev olub. Necə ola bilər ki, bu gün vəzifədəsənsə yaxşısan, sabah vəzifədən getdinsə pissən...
Bizim bəzi deputat həmkarlarımız olub ki, ulu öndərin xeyir-duası ilə seçiliblər. Ancaq deputatlıqdan gedəndən sonra müxalifət düşərgəsinə keçiblər. Belə şeymi olar?!
Hamıya məlumdur ki, Qərbi azərbaycanlılar 1988-ci ildə Ermənistanı tərk etdilər. Ancaq doğulub boya-başa çatdığım Mehri rayonunun Nüvədi kənd sakinləri 1991-ci ilin 8 avqustuna kimi orada qalıblar. 3 il bizim kənd camaatı Ermənistanda təkbaşına qalıb. Hətta mərhum Heydər Əliyev 1998-ci ildə Konstitusiyanın müzakirəsi zamanı Nüvədi kəndi haqqında də tarixi çıxış edib. Heydər Əliyev tarix boyu iki kəndi tərif edib, biri Naxçıvandakı Nehrəm kəndidirsə, digəri Nüvədi kəndidir. Ermənistanda ən çox tarixi olan kənd Nüvədidir.
2001-ci il 18 oktyabrında müstəqilliyimizin 10 illiyində Gülüstan sarayında Heydər Əliyevlə görüşüm oldu. Mənə xatırlatdı ki, “bilirsənmi Musa, mən həmişə nüvədililərə dayaq olmuşam”. Allah ulu öndərə rəhmət eləsin! Qəbri nurla dolsun!
Parlamentdə odlu-alovlu çıxışlar etdiyim zamanlarda deyirdim ki, Heydər Əliyevin yolunda cüzi də olsa əziyyət çəkəni ulu öndər qiymətləndirib. O cümlədən də məni. Ona görə də ölən günə qədər ulu öndərimizə borcluyam. Onun varisi İlham Əliyevi həmişə dəstəkləmişəm. Ölən günə qədər bu yola sadiq olacam.
- Hazırda Milli Məclisin deputatları arasında elələri var ki, başqa-başqa partiyalardan YAP-a gəliblər. Deputatların partiya dəyişməsinə necə baxırsız?
- Həqiqətən də elədir. Bu gün YAP-a başqa partiyalardan da transfer olunanlar var. Məsələn, AMİP-dən, Müsavatdan, AXCP-dən gələnlər var. Bunun da əleyhinəyəm. Başqa partiyalardan bizim partiyaya kimlər gəlirsə, sabah bizim partiyada bir balaca narahatlıq olanda dərhal başqa partiyalara qaçacaqlar. Bəzən deyirlər ki, müxalifətdə olanlar iqtidara, iqtidarda olanlar müxalifətə gəldi. Bu cür adamları bir növ əqidəsiz adamlar adlandırıram. Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar. İnsan olan bəndə bir dinə, bir mənsəbə xidmət edər.
- Sabiq səhiyyə naziri Əli İnsanov da Qərbi Azərbaycandandır, yerlisiniz. Həbsdən çıxandan sonra YAP-la bağlı sərt açıqlamalar verir. Onun mövqeyini dəyişməsi sizə necə təsir edib?
- Əli İnsanov əfv olunandan sonra ulu öndərin məzarını ziyarət etməliydi. Bunu səbirsizliklə gözləyirdim. Ona görə ki, ulu öndərlə uzun müddət bir partiyada təmsil olunub. Ulu öndər onu nazir vəzifəsinə təyin edib. Həmçinin, Əli İnsanovu hörmətə, nüfuza mindirən də ulu öndərimiz olub.
YAP-ın 1992-ci ilin 22 noyabrında Naxçıvanda təsis konfransı olub. 1991-ci ilin 19 dekabrında isə Ədliyyə Nazirliyinin qeydiyyatından keçib. 1992-ci ilin noyabrında bizim nümayəndə Naxçıvana getməmiş Tibb Universitetinin farmakalogiya kafedrasında YAP-ın Nəsimi rayon təşkilatını yaradıb. Təşkilat komitəsinin sədri də mən olmuşam. Bu iclasda Hacıbala Abutalıbov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Əli Nağıyev, Məzdək Hüseynov və Siyavuş Novruzov iştirak edib. 1993-cü ilin fevralında ulu öndər Heydər Əliyev Naxçıvanda olanda onun böyük qardaşı akademik Həsən Əliyev vəfat etmişdi. Heydər Əliyev dəfnə gələ bilməmişdi. Bir neçə gündən sonra ulu öndər Heydər Əliyev fevralın 15-də Naxçıvandan Bakıya gəldi. Onu qarşılayanlardan biri də mən olmuşam. Bunlar tarixdir. Bu tarixin canlı şahidlərindənəm.
- Canlı şahid kimi cavabınızın da maraqlı olacağına əminəm. Hazırda parlamentdə 1990-cı illərdən bəri deputat olanlar var. Bir şəxsin 25-30 il deputat olması nə dərəcədə doğrudur?
- 1990-cı ili demirəm. Ancaq 1995-ci ildən başlayaraq, YAP-ın dəstəyi ilə deputat olan insanlar var. Sizə deyim ki, 1995-2000-2005-ci illərin deputatları ilə indiki deputatlar arasında yerlə-göy qədər fərq var.
- Maraqlıdır, o fərq nədən ibarətdir?
- O dövrdə YAP tərəfindən seçilən deputatların 90 faizi YAP-ı yaradanlardandır. Təəssüf ki, 2015-2020-ci ilin deputatları arasında 5-6 nəfər tapmaq olar ki, ilk gündən YAP-ın üzvləridir. Əksəriyyəti sonradan YAP-a gələnlərdir. Arzu edərdim ki, 1992-93-cü illərdə YAP və Heydər Əliyev olmadığı dövrdə YAP-ı yaradanlar, quranlar, Heydər Əliyevin yolunda əziyyət çəkənlər parlamentdə təmsil olunsunlar. Təəssüf ki, belə deyil.
- Hazırda parlamentdə təmsil olunan bəzi deputatlar var ki, onlara “vaxtilə Ayaz Mütəlibovun kadrı olub” damğası vurulur. Ayaz Mütəllibovun kadrı məsələsində adı keçənlərdən biri də Ziyad Səmədzadədir. İradlar da ondan ibarətdir ki, “mövqeyini dəyişib” və sairə. Sizcə, insanlar iradlarında nə dərəcədə haqlı, ya da haqsızdırlar?
- Mən də onun haqqında zaman-zaman mətbuatda yazılar oxumuşam. 1993-cü ilin fevralında ulu öndərimiz Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələndə bir hadisəyə şahidlik etmişəm. Şəxsən mən Heydər Əliyevlə Həsən Əliyevin evinə daxil olanda Ziyad Səmədzadə həmin evdə oturmuşdu. Bunu ona görə xatırladıram ki, gərək düzü düz, əyrini əyri deyəsən. Ziyad Səmədzadə Ayaz Mütəllibovdan çox Heydər Əliyevin dövründə fəaliyyət göstərib. Bunun şahidi olmuşam.
- Növbəti - 2020-ci ildəki parlament seçkilərinin daha qızğın keçəcəyi söylənilir. İddialara görə, yaşlı deputatlar mandatları ilə vidalaşacaqlar. Yaşlı deputatların parlamentdə təmsil olunmasına necə baxırsız?
- Deputatların əleyhinə danışmaq fikrim yoxdur. Ancaq mövqeyimi bildirmək istəyirəm. Bu gün parlamentdə olan deputatlardan bəzilərinin bu iqtidara, YAP-a heç bir aidiyyatı yoxdur. Son dövrlərdə bəzi deputatlar haqqında yazılanları oxuyuram. Bəzi deputatlar kommersiya ilə məşğul olurlar, böyük biznes şəbəkəsinə sahibdirlər, xaricdə nələrisə var. Bu necə ola bilər?! Milli Məclisin deputatı qanunla bizneslə məşğul ola bilməz. Bu, qanunaziddir.
- Bizneslə məşğul olan deputatların rəsmi olaraq adlarına heç nə yoxdur. Ya oğlanları, ya da qohumlarının adına keçiriblər.
- Kimlərinsə adlarına keçirib bizneslə məşğul olsalar da, bəllidir. Azərbaycan kiçik dövlətdir. 10 milyonluq əhaliyik. Bir-birimiz haqqında məlumatları bilirik. Dəvə girir kolluğa, elə bilir ki, onu görən yoxdur. Bu belə deyil. Gizli heç nə yoxdur. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının biznesi də, hoteli də olsun. Ancaq dövlət məmurları korrupsiyaya qurşanıb, dövlətin milyonlarını, milyardlarını talayıb gedib biznes şəbəkəsi quracaqlarsa, cənab Prezidetimizə qarşı kampaniya təşkil edəcəklərsə, onları lənətləyirəm. Onlara ar olsun! Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək satqın, xəyanətkar insanların burnundan gəlsin!
- Konkret olaraq xəyanətkar və satqın insanlar harda var?
- Bu insanlar həm parlamentdə, həm hökumətdə, həm də digər icra strukturlarında var.
- 2020-ci ildə keçiriləcək parlament seçkilərində özünüzü görmək arzunuz varmı?
- Allah qoysa, baxaq görək necə olacaq. YAP-ı yaradanlardan biri olaraq heç vaxt özfəaliyyətlə məşğul olmamışam. 2010 və 2015-ci illərdə də parlament seçkiləri keçirilib. Mən işsiz olsam da, namizədliyimi verməmişəm. Namizədlik məsələsi cənab Prezidentimiz tərəfindən irəli sürülür. Əgər etimad göstərib 2020-ci ildə deputatlığa namizədliyimi verərlərsə, böyük məmnuniyyətlə seçicilərimlə mütəmadi görüşlər keçirərəm. Seçicilərimə verdiyim vədləri çalışaram ki, həyata keçirəm.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək