15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: “Ölkədə maliyyə amnistiyası verilməlidir” - Müsahibə
Tarix: 04-08-2019 18:03 | Bölmə: Müsahibə / Slayd

Fazil Mustafa: “Qanuni ya qanunsuz yolla toplanaraq xaricə aparılmış vəsaitlər üzərində amnistiyanın tətbiqi ölkənin investisiya mühitinə müsbət təsir edər”
Bu günə qədər bir çox siyasətçilər, iqtisadçı ekspertlər ölkəmizdə maliyyə amnistiyasına ehtiyac olduğunu bildiriblər. Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa da amnistiya tərəfdarlarındandır.
Reyting.az Fazil Mustafanın AzPolitika.info-dakı bu və digər məsələlərdən bəhs edən müsahibəsini diqqətinizə çatdırır:
- Fazil bəy, Prezidentin sədrliyi ilə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına dair müşavirə keçirildi. Bu müşavirə, sizə görə, əvvəlkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Qeyd edim ki, bu sosial-iqtisadi məsələlər, əldə olunan uğurlar və görüləcək işlərlə bağlı ənənəvi olaraq aparılan müzakirələrdir. Bu müzakirələr il ərzində baş verən hadisələr və proseslərə dair müzakirələri ehtiva edir. Bu mənada müşavirədəki çıxışlarda və nitqlərdə müəyyən yeniliklər olur. Amma ölkə Prezidentinin ölkədə iqtisadi-siyasi durumu, sosial vəziyyəti dəyərləndirməsi daha çox diqqəti cəlb edir. Çünki nazirlərin verdiyi hesabata Prezidentin yanaşması önəmlidir. Prezident də nitqində çox maraqlı tezislər irəli sürdü. Xüsusilə, bahalaşma, sahibkarların proseslərə cəlb edilməsi və daha çox insanların işlə təmin edilməsində sahibkarların iştirakı məsələsinə diqqət ayırdı. Bu olduqca vacibdir, çünki sahibkarlar proseslərdə bu və ya digər səbəbdən iştirak edə bilmirlər. Küskünlük yaranır, bürokratik maneələri aşa bilmirlər və bu da sahibkarlarda narazılıq yaradır. Odur ki, belə məsələlərin Prezident tərəfindən dilə gətirilməsi biznes mühitinin sağlamlaşdırılması, əlavə əngəllərin aradan qaldırılması baxımından təsirini göstərə bilər.
Hesab edirəm ki, müşavirədə vergi orqanlarının daha çevik işləməsi və iqtisadi sahədə müəyyən problemlərin ortadan qaldırılmasına köməklik göstərməsinin Prezident tərəfindən vurğulanması yerində oldu. Ümid edirəm ki, müşavirənin təsirləri olacaq. Böyük ehtimalla, rayonlarda da bu istiqamətdə müzakirələr gedəcək və real vəziyyət, problemlərlə bağlı fikirlər səslənəcək, habelə onların həlli üçün çalışılacaq.
- Siz hesab edirsiniz ki, müşavirədə müzakirə edilən məsələlər praktiki həyatda mövcud olan real problemləri əhatə etdi?...
- Əlbəttə. Hamısını tam əhatə etməsə də... Əslində bir müşavirə ilə hamısını əhatə etmək də mümkün deyil. Amma bütün hallarda hökumətin məsuliyyətini artıracaq müşavirədir. Orada müvafiq qurumların rəhbərləri, nazirlər iştirak edirdi. Ölkənin maliyyə durumu, gömrük və vergi siyasəti ilə bağlı məsələlər ələ alındı. Prezident də qeyd etdi ki, bizim daha çox gəlirlər gömrük və vergi vasitəsilə əldə olunan gəlirlərdir. Bu da artırılmalıdır.
Amma qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı müşavirədə fikirlər səsləndirildi. Xüsusilə, kənd təsərrüfatının inkişafı ilə bağlı maraqlı təklif və mülahizələr ortaya qoydu. Məncə, bunların hamısı ciddi şəkildə müzakirəyə layiqdir və bunu da dərindən müzakirə etmək vacibdir.
- Müşavirədə Prezident süni qiymət artımı, inflyasiya ilə bağlı fikirlər səsləndirdi, açıq bəyan etdi ki, burada kartel sövdələşmələr istisna olunmur. Süni qiymət artımının qarşısı hansı yollarla alınmalıdır?
- Söhbət ondan gedir ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımına inzibati qaydada tam nəzarət etmək doğru olmaz. Ancaq elə mühit yaratmalıyıq ki, qəsdən sosial ajiotaj yaratmaq məqsədilə buna gedilməsin. Hər halda bu məsələdə sahibkarların da maraqlarını düşünmək lazımdır, amma həm də əhalini narazı salacaq elementlərin ortadan qaldırılması ilə bağlı müəyyən fikirlərin səsləndirilməsi vacibdir. Çünki bu məsələdə hərtərəfli problemlər yarana bilər. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşürsə, bu sonradan sosial narazılığın genişlənməsinə səbəb ola bilər. Prezident də bunları nəzərə alaraq süni qiymət məsələsi üzərinə xüsusi vurğu etdi.
- Azərbaycanda bir ənənə var: maaşlar, pensiyalar, sosial müavinətlər artır, amma bazarda qiymətlər bundan öncə artır. Bu vəziyyət illərdir davam edir…
- Hesab edirəm ki, azad bazar siyasəti mühitində bunu tənzimləmək olduqca çətindir. Hər dəfə belə halın baş verməsinə səbəb odur ki, hamı istəyir özünü sığortalasın. Maaş artımından sonra elə bilirlər ki, əhalinin alıcılıq qabiliyyəti sürətlə artır. Bunu sığortalamaq istəyirlər və bu da inflyasiyanın genişlənməsinə gətirib çıxarır. Çünki əhalinin maaş artımının effekti qalmır. Maaş artırsa və onunla paralel qiymətlər də qalxırsa, deməli, maaşın effekti qalmır. Prezident də çıxışı zamanı bu məqamı nəzərdə tuturdu. Fikrimcə, bunun da çıxış yolu sahibkarların üzərində bütün maneələrin ortadan qaldırılmasından və sahibkarlığın səmimi şəkildə inkişafına dəstək verilməsindən keçir. Bunlar baş verərsə, qısa müddətdə mənfi tendensiyaların qarşısını almaq mümkündür.
- Bir neçə il əvvəl Prezident sahibkarlıq subyektlərinin yoxlanılması prosesinin dayandırılması haqda qərar verdi. Bu qərar indi də qüvvədədir. Belə olduqda məmurlar sahibkarlar üçün hansı maneəni təşkil edə bilərlər?
- Məsələ təkcə sahibkarların yoxlanılması və ya yoxlanılmaması ilə bağlı deyil ki. Məsələn, gömrükdə şəffaflıq var və sahibkar malını gətirdi, hər şey əladır. Sonda nə olsun? Axı şəffaflıqla məsələ yekunlaşmır, ortaya başqa problemlər çıxır. Məsələn, bazara giriş üçün inhisarı aşa bilmir. Bu, ciddi problemdir. Yəni sahibkar malı gətirib, amma bazar inhisardadır deyə bir çox sahələrə girə bilmir. Digər tərəfdən, tikintiyə icazədən tutmuş müxtəlif sənədlərin alınmasına qədər, bir çox məsələlərdə ciddi problemlər ortaya çıxır. Hesab edirəm ki, bunları da müəyyən dərəcədə düşünmək lazımdır. Bu mənada hesab edirəm ki, problemlər kifayət qədər çoxdur və onları səmimi şəkildə ortadan qaldırmaq lazımdır. Sahibkarı yoxlamamaq olsun, amma kimlərsə sahibkardan qeyri-rəsmi vəsait almamalıdır. Bu prinsipləri qızıl qaydaya çevirməsək, çətin olacaq. Söhbət sahibkarın işləməsindən deyil, güvənindən gedir. Hamı pulunu çıxarıb başqa ölkələrdə fırladır, öz ölkəsinə yatırmır. Təminat vermək lazımdır ki, sizin hüququnuzu məhkəmə qoruyur. Məhkəmə hakimiyyəti sahibkarın hüquqlarını qoruya biləcək səviyyədə şəffaf olmalıdır. Bunlar olarsa, Prezidentin dediyi kimi, sahibkarlar da mühitə daha çox fayda vermiş olacaqlar.
- Siz inhisarçılıqdan bəhs etdiniz. 20 ildir ki, mətbuat yazır, bəzi deputatlar parlamentdə bu haqda danışır, Prezident xəbərdarlıq edir, amma bu problem aradan qalxmır. Axı bu inhisarçılar kimlərdir, doğrudanmı onlar əlahiddə gücə sahibdirlər?
- İmtiyazlı təbəqələrdən söhbət gedir. Yəni siyasi hakimiyyətə də müəyyən qədər təsiri olan insanlardan bəhs edilir. Rəqabətsiz bir mühitdə pul qazanmaq və bunu illərlə davam etdirməkdən gedir. Əslində XIX əsrdə ABŞ-da da belə hallar olub. Ancaq onlar “Şerman qanunu” qəbul etdilər və rəqabəti əsas prinsipə çevirdilər. Bundan sonra hər hansı bir şəkildə haqsız rəqabət mühiti yaranmadı, sahibkarlığın inkişafı ilə əslində ölkə inkişaf etdi. Bizdə də bunu etmək lazımdır. İlk növbədə də maliyyə amnistiyası vermək lazımdır. Maliyyə amnistiyasi verməyincə, hamı qorxub pulunu ortaya çıxarmayacaq. Maliyyə amnistiyası verdikdən sonra ola bilsin ki, birinin maddi vəziyyəti digərindən qat-qat üstün olacaq, amma qabiliyyət imkanları sıfırlananda daha qabiliyyətli az vəsaitlə qısa müddətdə böyük xariqələr yarada bilir. Amma rəqabətsiz mühitdə milyardlar qazanan adam rəqabət mühitində qazandığını itirmiş ola bilər. Bu, bazar iqtisadiyyatının əlifbasıdır. Biz gerçək bazar iqtisadiyyatına keçməliyik. Bazar iqtisadiyyatının əsas şərtlərindən biri valyutanın məzənnəsidir. Məsələn, ABŞ dollarının kursu iki ildir sabit qalırsa, deməli inzibati qaydada tənzimlənir. Amma normal sahibkarlıq inkişaf edəndə heç buna ehtiyac qalmır və pulun saxlanmasına maliyyə də cəlb edilmir. Və real sektorla iqtisadi proqnozlaşdırmanı aparmaq daha asan olur.
- Siz maliyyə amnistiyası deyəndə uzun illərdir ki, məmurların qanunsuz olaraq topladığı kapitalın rəsmiləşdirilməsini nəzərdə tutursunuz?
- Qanuni, qanunsuz yolla kim nə toplayıbsa, amnistiya tətbiq edirsən və deyirsən ki, pulunu xaricdən gətir, qoy öz ölkənə. Və buna görə məsuliyyət daşımırsan, məhkəmə də qarantiya verir. Beləcə, onlar pulu gətirib sərmayə kimi qoyurlar və başqa qaydalarla işləməyə başlayırlar. Yəni ancaq vergini tanıyır və vergi xaricində heç bir qurumu tanımır. Ondan sonra görün ölkə qısa müddətə neçə çiçəklənəcək.
- Amnistiya verildikdən sonra qanunsuz şəkildə böyük pullara sahiblənən məmurların kapitalını ölkəyə qoyacaqlarına dair sizdə qəti əminlik haradandır?
- Əslində məndə bu əminlik özümün kəşfim deyil. Əminliyi tarixi təcrübəyə görə deyirəm. Onlarla ölkənin təcrübəsində bu var. Onlarda da belə narazılıq olub ki, maliyyə amnistiyasından sonra onların kapitalını gətirib ölkəyə qoyacaqlarına zəmanət yoxdur. Hər halda onların 50 faizinin kapitalını gətirib qoyması kifayət edər.
- Hökumətin mövqeyi və yanaşması belədir ki, ölkə inkişaf edir, hər şey yaxşıdır, irəliləyiş var, qeyri-neft sektoru inkişaf edir. Müstəqil iqtisadçılar isə elan edirlər ki, vəziyyət mürəkkəbdir və belə davam etsə mənfi ssenarilər ortaya çıxa bilər. Sizcə, bu iki fərqli fikrin hansı daha realdır?
- Hesab edirəm ki, panikaya da ehtiyac yoxdur. Çünki Azərbaycan iqtisadiyyatı ilə bağlı belə panikalar illərdir deyilir, amma siz deyən tənəzzül və çöküş vəziyyətinə gəlib çıxmır.
Lakin durum ürəkaçan da deyil. Biz çalışmalıyıq ki, bu simptomu yaxşı istiqamətə dəyişəcək. Açığı, sizə deyim ki, son dövrlər ölkə Prezidenti tərəfindən əhalinin rifahını, sosial-iqtisadi durumu yaxşılaşdırmaq məqsədilə böyük addımlar atılıb. Təqaüdlər, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı, amma bazar da qiyməti buna adekvat artır. Eyni zamanda, bizdə dövlətə yük olan əhali sayı artmağa başlayıb. Hamı dövlətdən ummağa başlayır. Halbuki, işsizlik, müavinət və digər məsələlərin yükünü özəl sektor paylaşmalıdır. Üstəlik, neftdən asılılıq o səviyyədədir ki, neftin qiymətinin dəyişməsi ilə böyük təhlükəyə tərəf yönələ bilərik. Odur ki, bizim indiki durumumuz xeyli risklidir. Bu mənada qeyri-neft sektorunu daha açıq və şəffaf şəkildə inkişaf etdirmək yolunu düşünməliyik. Məsələn, biz boş və mənasız layihələrə xərclədiyimiz pulları kənd təsərrüfatına qoysaydıq, indi özünü kənd təsərrüfatı məhsulları ilə təmin edən ölkə durumunda olardıq. Fikrimcə, strateji planlaşdırmanı düzgün istiqamətdə aparmalıyıq ki, bu dəfə kataklizmdə, dünya böhranı zamanı zərər çəkən tərəf olmayaq.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək