15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rasim Balayev: “Meymunluqla aktyorluq sənətini səhv salıblar” - Müsahibə
Tarix: 02-08-2019 16:50 | Bölmə: Müsahibə

Xalq artisti deyir ki, tamaşaçının zövqünü korlayıblar: “İndi qeyri-peşəkarlar seriallar və yaxud rejissorluqdan xəbəri olmayanlar film çəkir”
2 Avqust - Milli Kino Günüdür. Bu münasibətlə “Yeni Müsavat”ın əməkdaşı “Babək”, “Nəsimi”, “Dədə Qorqud” və digər filmlərdə yaratdığı obrazlarla xalqın böyük sevgisini qazanmış xalq artisti Rasim Balayevdən müsahibə alıb.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Rasim müəllim, milli kinomuzun bugünkü vəziyyətini necə dəyərləndirərdiniz və yaxud necə görmək istərdiniz?
- İstərdim, bu gün elə filmlər çəkilsin ki, tamaşaçı ona baxıb ibrət götürsün, ləzzət alsın. Lakin bu gün dediyim yoxdur. Bilmirəm, nə olacaq..
- Sizcə, səbəb nədir və nə etmək lazımdır?
- İndi əsas gəncləri yetişdirmək lazımdır. Qocalar öz işlərini görüb getdi. Gənclərin yetişdirilməsi məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Nə qədər ki, peşəkar rejissorlar, operatorlar olmayacaq, bu iş əmələ gəlməyəcək.
- Bildiyim qədər, “Babək” filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu gün elə bir filmimiz yoxdur ki, dünyanın heç olmasa 50-60 ölkəsində göstərilsin.
- Yaranmır və səbəbi də bilinmir. Bir daha qeyd edirəm ki, bunun üçün yüksək peşəkarlıq lazımdır, elə-belə söhbətlərlə alınan məsələ deyil. Vaxtilə Kinematoqrafiya İnstitutu yer verirdi, indi ora gedən yoxdur, çünki ora pulludur. Deyəndə də acıqları gəlir. Bizim institutun rejissor, operator hazırlamağa bazası yoxdur. Rejissorluğu bitirən şəxslər tutaq ki, ikihissəli film çəkmək istəyir, ona vəsait ayrılmır. İndi qeyri-peşəkarlar seriallar və yaxud rejissorluqdan xəbəri olmayanlar film çəkir. Hansı ki, bir müddət əvvələ qədər həmin adamlar toy çəkib. Bunların fərqi var axı.
- Tamaşaçılar da sanki artıq ciddi filmlərə maraq göstərmirlər.
- Çünki tamaşaçıların zövqünü korlayıblar. Boş-boş hır-hırla, söyüşlə, meymunluqla guya ki, film çəkirlər. Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar. Bu sənət deyil, ötəri şeylərdir.
Çox adamlarla söhbət edirəm, onlar bildirir ki, çəkilən yerli seriallara baxmırlar, çünki səviyyəsizlik var. Ona görə də deyirəm ki, peşəkarlıq lazımdır.
Bədahətən şeir deyən Aşıq Ələsgər, Əliağa Vahid olub. Amma bədahətən film çəkmək olmaz. Kinonu çəkməyə həm istedad, həm də məktəb lazımdır. Onun montajından tutmuş o qədər dərinlikləri, xırdalıqları var ki, mütləq buna görə məktəb keçməlisən. Yoxsa ki... bir dəfə səhv edib getdim seriala çəkildim. Onda gördüm ki, heç kəs öz işini bilmir. Düşünmüşdüm ki, evdə bekar oturmuşam, gedim çəkilim, mənəvi zövq alım, amma sonra çox peşman oldum . Çünki sənət deyilən bir şey yox idi, elə “basməmmədi”, “xaltura” çəkilişləri idi. Bununla da sənət inkişaf edə bilməz.
- Yəqin, elə buna görə sizi uzun illərdir ki, filmlərdə görə bilmirik...
- Bəli, bu məni daxildən çox incidir. Layiqli bir əsər oxuya bilmirəm ki, orada oynamaq, obraz yaratmaq istəyim. Neçə illərdir ki, arxasınca gözümün qaldığı rol olmayıb. Buna görə çox təəssüf hissi keçirirəm. Beləliklə, yazanlar da yoxdur. Bu gün qeyri-peşəkarlar ssenari yazır. Ssenari yazmaq hər adamın işi deyil, bunun üçün kinonu, bu sənəti dərindən bilmək lazımdır.
Kino teatrdan fərqli olaraq mətni sevmir. Kino təsviri sənətdir. Bəzən elə olur ki, heç mətn yazmaq lazım deyil, adi baxışlarla bir neçə dəqiqə tamaşanı ələ almaq olur. Bu gün bu yoxdur.
İndi kimlərsə gedib hansısa şirkətlərdən, sponsorlardan nəsə alırlar və filmin ssenarisinə həmin şirkətlərin mallarının tərifi ilə bağlı epizodlar salırlar. Belə olmaz! Biri var ki, hansısa məhsulun reklamı, biri də var ki, həmin məhsulu filmə salırlar. Məsələn, tez-tez belə bir ssenari ilə rastlaşırıq, bir gəlib deyir ki, “başım ağrıyır”, o birisi də deyir ki, “başın ağrıyırsa filan çayı iç, başının ağrısı kəsəcək”. Nə var ki, həmin çayın şirkəti 5-10 manat pul verib ki, məhsulu reklam olunsun. Yəni, dediyim budur ki, hər şeyi ucuzlaşdırıblar.
- Bir neçə xarici ölkədə də filmlərə çəkilmisiniz. Belə dəvətlər yenə də alırsızmı?
- Bəli, əvvəllər xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Orta Asiyada filmlərə çəkilmişəm. Amma təəssüf ki, bu gün dəvət yoxdur, əlaqələr qırıldı. Doğrudur, onlarda da bu sahədə bəzi problemlər var.
- Yadınızdadırsa, bu yaxınlarda müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi ifa etdi. Onun bu addımına ictimai qınaqlar olsa da, dəstək verənlər də çıxdı. Sizin reaksiyanız da sərt oldu...
- Onda təqsir yoxdur ki, təqsir onu efirə buraxandadır. Elə adamları vaxtilə efirə buraxmırdılar. Toy edirsən, get toyda nə istəyirsən, et. Bu gün efirlər “proxodnoy” olub, kim istəyir, nə istəyir, ağzına gələni deyir, danışır, oxuyur. O qız televiziyaların hesabına özünü yaxşı reklam edə bildi. Axı ortalıqda sənət yoxdur, nə etsin? Bu gün özünə yalandan sənətkar deyənlərin sayı çoxalıb. İki mahnı oxuyub, deyir, sənətkaram.
O gün Yusif Eyvazov və xanımı Anna Netrobka ilə konsertinə baxdım. Bax sənət, korifey odur. Təsəvvür edin, İtaliyada verdikləri konsertdə bütün zal ayaq üstə ən azı 10 dəqiqə azərbaycanlı ifaçıya əl çalır, alqışlayırdı.
Mən opera sənətini dərindən bilmirəm, amma məşhur oxuyanlar var, məsələn, Pavarotti, düşünürdüm ki, o dünyasını dəyişdikdən sonra elə də oxuyan yoxdur. Amma Yusif Eyvazovun ifası möhtəşəm idi, görərdiz ki, o ifası ilə nələr edir.
Amma indi müğənnilər yığışır bir yerə, başlayırlar bir-birinə korifey, sənətkar deməyə. Hansısa yollarla gəlib çıxırlar efirə, sonra da ağzılarına gələni danışırlar. Artıq efiri bazara döndəriblər, hər şeyi ticari ediblər. Beləliklə də tamaşaçıların zövqünü korlayıblar. Həmin zövqləri təmizləmək, inkişaf etdirmək üçün, heç bilirsiz, neçə il lazım olacaq?
- Səhhətiniz, sağlamlığınız necədir?
- Yaşayırıq da... Doğrudur, adam yaşlaşanda hər xəstəlik ortaya çıxır. Hələ ki, dərmanla, müalicə ilə yaşayırıq, buna da çox şükür.
- 6 gün sonra sizin doğum gününüzdür. Bu münasibətlə indidən sizi təbrik edirik. Yeni doğum gününüzdə özünüzə nə arzulayardız?
- Vallah həmişə, cavanlığımda belə öz- özümə deyirəm ki, Allah heç vaxt məni heç kəsə möhtac etməsin, özüm-özümü idarə edə bilim. Nə zaman istəsə canımı alsın, amma bir kimsəyə möhtac olmayım, heç ailə üzvlərimə də. Ölən günə qədər özümü idarə edə bilim. Bir də arabir yaxşı əsər olsun, oynayım və bundan mənəvi zövq alım. Hətta epizod olsun, amma yaxşı rol olsun.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək