Tarix: 21-01-2026 11:26 | Bölmə: Mədəniyyət

“Şöhrət” ordeni ilə təltif olunanda Ulu Öndər Heydər Əliyev mənə məktub yazdı. O özü də çıxışında dedi ki, “Niyaməddin Musayevin 60 illik yubileyini təbrik etdim və ona məktub göndərdim”. Məktubda da yazırdı ki, milli estradanın təməlini qoyan bir navator, bir bəstəkar, bir sənətkar kimi sizi təltif edirəm. Bu, Ulu Öndərin mənə verdiyi qiymət idi. Bütün orden və medallarla təltif olunmuşam. Dövlət mənə hər cür diqqət göstərir”.
Reyting.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.
O daha sonra əlavə edib:
“Biri var ifaçı, biri də var yaradıcı ifaçı. Dünyanın hər yerində mənim nəğmələrimi ifa edirlər. Hətta zəncilər də ifa edir. İspan, ərəb, inglis dilində mahnılarımı oxuyanlar var. Bu bizim Azərbaycan mədəniyyətinin təbliğatıdır. Bundan gözəl nə ola bilər ki? Mən bəstələdiyim mahnını satmıram. Ayıbdır, adam öz sənətini satarmı? O yutub baxışından pul gəlir. Əqli Mülkiyyət Agentliyi qonorarımı göndərir. Bu bir qayda olaraq belədir. Mən həm xalqımıza minnətdaram, həm də millətimizə”.
Niyaməddin Musayev paytaxtdan kənarda yaşamasında da danışıb:
“Əhmədlidə yaşayıram. Cənab prezident şəhərin mərkəzində mənə ev vermişdi. Uşaqlara görə evi dəyişdim ki, övladlarıma yaxın olum, qonşu olum. Çünki onların hər biri Əhmədlidə yaşayırlar. Ona görə mərkəzdən uzaqda oluram”, - deyə sənətkar bildirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək