15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dissident yoxsa xəstə? - Firuz Mustafa yazır
Tarix: 15-06-2020 12:06 | Bölmə: Firuz MUSTAFA

Söhbət Sov.İKP MK-nın sabiq Baş katibi Mixail Sergeyeviç Qorbaçovun qaynından, Raisa Maksimovna Qorbaçovanın qardaşı, yazıçı Yevgeni Titarenkodan gedir
Hələ Qorbaçov Baş katib olarkən xarici informasiya agentlikləri onun qaynı, tanınmış yazıçı Yevgeni Titarenko haqda qəribə məlumatlar yayırdı. Deyildiyinə gərə, Mixail Sergeyeviç öz yaxın qohumunu “psixuşkaya”, yəni əsəb xəstəxanasına saldırıb.
Bəs görəsən səbəb nə idi?
Bəli, Yevgeni Maksimoviç Titarenko Sovetlər birliyinin məşhur birinci ledisi, mərhum Raisa Maksimovna Qorbaçovanın dost-doğmaca qardaşıdır.
Yevgeni 1935-ci ildə Altay Vilayətindəki Rubtsov rayonunun Vesyolıy Yar (Yar- yargan sözündəndir) kəndində doğulub. Altay türkü olduğu ehtimal edilir. Titarenko doğma kənddə yeddilik təhsil aldıqdan sonra Leninqradda hərbi-dənizçilik məktəbində oxuyub. Sonra təhsilini bir müddət Ali hərbi-dənizçilik məktəbində davam etdirib. Amma təhsilini başa vurmadan hərbi xidmətə gedib, Zapolyeryedə matros olub. Sonralar Donbasa gələrək bir müddət daş kömür mədənində şaxtaçı kimi çalışıb.
Yevgeni istedadlı adamdır. O, ilk gənclik illərindən ədəbi yaradıcılığa həvəs göstərib. Elə bu arzu onu Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna gətirib.
Bu təhsil ocağında Titarenko seçdiyi sənətin sirlərini dərindən öyrənməklə bərabər, başqa bir “peşənin” də sirlərinə vaqif olmağa başladı: alkaqol aludəçisinə çevrildi.
O, institutu bitirəndən sonra, 1965-ci ildə təyinatla Voronejə göndərildi və həmin vaxtdan etibarən bir müddət nəşriyyatlarda redaktor kimi fəaliyyət göstərdi.

(R. Maksimovna və Y. Titarenko)
Titarenkonun “Uçqun” (“Obval”) adlı ilk romanı nəşriyyat işçiləri tərəfindən yaxşı qarşılandı. Rəyçilər əsəri təriflədilər. Amma... “Uçqun” senzuradan keçmədi.
Düzdür, sonrakı illərdə onun “Bazar meydanından olan dördlük”, “Kainatın kiçik bucağında”, “Minaçı” povestləri nəşr edildi və oxucuların diqqətini cəlb etdi. Amma “Uçqun”un, habelə bir çox cəsarətli əsərlərin nəşrinə nail ola bilməyən Titarenkonun içkiyə meyli get-gedə daha da artmağa başladı.
O, osetin qızı Zoya Qaboyeva ilə evlənmişdi. Bu qız onun tələbə yoldaşı idi. Az sonra onlar ayrıldılar.
Yevgeni Titarenkonun “yuxarıların” sifarişi ilə xüsusi nəzarətə götürülməsi barədə iki mülahizə var. Onlardan biri budur ki, Raisa Maksimovnanın qardaşının psixi durumu yerində deyil, özünü lazımi qaydada idarə edə bilmir. İkinci mülahizəyə görə isə, yazıçı hələ Sovet dönəmindən mövcud rejimlə barışmır, yəni dissidentdir və elə bu səbəbdən də onun “səsini kəsmək” üçün cəmiyyətdən təcrid ediblər.
İrəli sürülən versiyalardan hansının daha dəqiq olduğunu bilmək çətin məsələdir. Çünki Sovet hökumətinin elə sirləri var ki, onlardan bir çoxundan heç Sovet hökumətini quranların özləri də baş aça bilmirlər.
Deyilənə görə, artıq 80 yaşını arxada qoymuş yazıçı Titarenko ömrünün ahıllıq çağını hələ də xəstəxanada keçirməkdədir.
P.S. Mən bu kiçik qeydləri yazarkən Titarenko hələ sağ idi. Rus mətbuatının verdiyi son məlumatlara görə, o, 28 aprel 2018-ci il tarixdə Voronej şəhərindəki xəstəxanalardan birində vəfat etmiş və həmin şəhərdə dəfn olunmuşdur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək