15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
MEY-xana… mey-XANA… - Firuz Mustafa yazır
Tarix: 11-11-2022 00:01 | Bölmə: Firuz MUSTAFA

Firuz Mustafa
Bəlkə də bu köhnə-kürüş yazını təzədən “diriltməyə” bir ehtiyac yox idi…
Bəlkə də…
…O qədər də populyar adam deyiləm. Düzü, buna cəhd də etmirəm. Gəncliyimdə çox populyar verilişlərin aparıcısı olmuşam. Ta innən sonra buna nə ehtiyac? Populyarlıq lazımdır tamadaya, xanəndəyə, sazandaya…
Uzun illər tələbə və aspirantlara Dünya fəlsəfə tarixini və Xarici ölkələr ədəbiyyatını tədris etmişəm. Dünyanın müxtəlif ölkələrində 40-dan artıq pyesimə quruluş verilib. Bədii və elmi əsərlərdən ibarət 50-cildliyim (mütləq əksəriyyəti elektron variantda) nəşr olunub. Təxminən elə o qədər də nəşrini gözləyən gündəliklərim var…
Qısası. Az qala, bütün janrlarda yazılarım var. Həm bədii, həm də musiqi janrlarında yazılmış dahiyanə əsərlər təkcə qəlbimə yox, bütün ruhuma hopur…
Nə isə…
İstəsəniz məni qınayın:
Qrafomaniyanı sevmirəm.
Qafiyəpərdazlıdan iyrənirəm.
İthaf “şeirlərini” qəbul etmirəm.
Yaradıcı adamın təkcə yazdığına yox, həm də şəxsiyyətinə obyektiv qiymət verməyə çalışıram.
Mənasız söz yığımlarına “dəstək verən” dayaz, taxtabaş, axtabaş, saxtabaş, bambılı alimləri “öz adyla” çağırıram.
…Yuxarıda dediyim kimi, bütün janrları sevir, təqdir edir, “bağrıma basıram”...
Məni qınamayın, təkcə bu MEY-xananı qəbul edə bilmirəm. Mey və XANA birlikdə olanda isə öz-özünə nəsə naxoş bir assosiasiya yaranır. Mey olan yerdə həmişə nəsə yaxşı olmayan bir şey də zühur edir.
Yox, elə anlamayın ki, mən bu sahədə fəaliyyət göstərən insanların istedadının üstündən xətt çəkmək istəyirəm. Ətövbə. Hətta elə meyxanaçı var ki, bizdə yaxası orden-medallı şairlərin bir çoxundan yaxşı yazır...
...Sadəcə, qafiyə ardıyca qaçıb fikri ikinci plana atmaq yaxşı əlamət deyil...
Populyarlıq demişkən. Bir dəfə bir şənlikdə məşhur bir bəstəkar və vaxtilə dərs dediyim bir meyxanaçı ilə bir masanın arxasında əyləşmışdim. Məclis əhlinin az qala hamısı bir-bir yaxınlaşıb meyxanaçını əlini, üzünü öpüb baş əyirdi. Bəstəkar pərt olmuşdu. Görünür buna görə məclisi tez tərk etdi. Düzü, mən meyxanaçının fərasətinə heyran qaldım. Və ürəyimdə dedim: var olsun TV-lərimiz.
P.S: Bu oxuduqlarınız çoxdanın qeydləridir. Bu gün eşitdim ki, bir meyxanaçı kimisə öldürüb. Əlbəttə, bu, bir təsadüfdür. Bizdə təkcə meyxanaçılar adam öldürmür ki.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək