15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əkrəm Əylisli nədən qorxur? - Firuz Mustafa yazır
Tarix: 02-10-2022 08:29 | Bölmə: Firuz MUSTAFA

Firuz MUSTAFA
Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər.
Yazıçının əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy, hətta, MM-in deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Əkrəm Əylisli deputat olana qədər MM üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun “Ətirşah Masan” adlı romanında deputatları “sancan” (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin “roman-reportajdan” sonra Əkrəm Əylisli deputat “oldu”. Bütün bunlar öz yerində...
...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...
Ə. Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, “Daş yuxular” romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət “müsbət” erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəru oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...
Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək, bu adam “şou”suz dura bilmir. ... Vaxtilə Şüvəlanda çıxartdığı “oyunu” (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... “Daş yuxuların” yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...
Bax, bu yerdə yazıçıya qarşı başqa bir “kitabyandırma” kampaniyası, “törəni” yadıma düşdü... Haradasa “məlum hadisələr” başlayan vaxtlar idi və günlərin bir günü Ə. Əylisli Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan “Drujba narodov” dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində “təxminənsiz”) belə bir fikir söyləmişdi ki, mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...

Əkrəm Əylisli
O da yadımdadır ki, həmin dövrdə mən AzTv-də (Gənclik Baş redaksiyasında) “İlğım”, “İdrak”, “Məzunlar” adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir TV kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Əylisli də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlukə altında olduğunu bildirmişdi...
Hər necə olsa da yazıçını xilas etmək lazım idi. Axı bütün “cığal” hərəkətlərinə baxmayaraq Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdı. (Hə, elə buna bənzər əhvalat sonralar “Daş yuxular” nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və “mən elə yox, belə demək istəmişəm”- deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.
Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir “fırtına” qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək