15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Şimşək ömrü - Firuz Mustafa yazır
Tarix: 21-07-2020 15:00 | Bölmə: Firuz MUSTAFA

(Filosof Cahangir Nağıyev və yaxud şimşək ömrü. O, cəmi 26 il yaşayıb)
Tərcümeyi-halından çıxarış:
O, 1903-cü il martın 31-də Gəncədə anadan olub. İlk təhsilini ibtidai rus-tatar məktəbində alıb. Gəncə gimnaziyasını bitirib. Cahangir Nağıyev 1922-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Sonra təhsilini Qırmızı Professura İnstitutunun Fəlsəfə fakültəsində davam etdirib. 1929-cu il noyabrın 16-da həyat yoldaşı ilə birlikdə faciəli surətdə həlak olur.
1929-cu ildə Gəncədə gimnaziya bitirmişdir. 1922-26-cı illərdə Moskvada Qırmızı Professura İnstitunda təhsil almış, fəlsəfə elmi üzrə ixtisaslaşmışdı. Bakıya qayıtdıqdan sonra BDU-da fəlsəfədən mühazirə oxumuşdur.
Avropanın müxtəlif fəlsəfə məktəbləri ilə tanış olmaq üçün Fransa və Almaniyada olmuşdur. Avropa səfərindən qayıtdıqdan sonra "Deşan fəlsəfi sistemi" adlı əsər yazmışdır. Nağıyev alman və fransız dillərini mükəmməl öyrənmiş, fars və ərəb dillərini mənimsəmişdi. Onun "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır.
Əlbəttə, bu yazıya ayrı bir başlıq da vermək olardı. Amma onun ömrü daha çox şimşək çaxımına bənzəyir desək, çox güman ki, səhv olmazdı.
O, elmin sonsuz fəzasında şimşək kimi çaxıb, elə şimşək kimi də söndü. Belə ömrə heç “qısa” deməyə də adamın dili gəlmir. Çünki qısadan da qısa olub onun həyatı. Cəmi 26 illik bir ömür yaşayıb. İndiki təsəvvürə görə o, yeniyetməlik çağında tərk edib bu qoca dünyanı.
Cahangir Nağıyev... Azərbaycan fəlsəfi, ictimai-siyasi tariximizin ilk tədqiqatçılarından biri. Şərq və Qərb fəlsəfəsinin alovlu təbliğatçısı. Görkəmli pedaqoq. Heyrətamiz yaddaşa malik poliqlot. İctimai xadim... Böyük erudisiyalı ziyalı... 26 illik mənalı ömrün maraq şaxələri bu cürdür. Mübağiləsiz demək lazımdır ki, Cahangir Nağıyev qeyri-adi istedada malik bir insan, bir alim olmuşdur. Amma təəssüflər olsun ki, o, indiyəcən öz layiqli qiymətini almamış, alimin zəngin fəlsəfi irsi ciddi tədqiqatdan kənarda qalmışdır.
1903-cü ildə qədim Gəncə şəhərində bağban ailəsində dünyaya göz açmış Cahangir lap erkən çağlarında – 3 yaşında ikən ata-anadan yetim qalmış, dayısının himayəsində boya-başa çatmışdır. Hələ körpə ikən qabiliyyəti, maraq dairəsinin genişliyi ilə yaşıdlarından fərqlənmiş, dayısının təşəbbüsü ilə 1910-cu ildə Gəncədə 2 illik rus-tatar məktəbinə daxil olmuş, daha sonra Gəncə gimnaziyasında təhsil almışdır.

C. Nağıyev bolşeviklərin “sosial bərabərlik” ideyasına ürəkdən inanmış, 15 yaşında ikən partiya sıralarına daxil olmuş, gizli ədəbiyyatı yaydığı üçün dəfələrlə zindana salınmışdır.
Haşiyə: Lakin sonralar onu “antikommunist” təbliğatına görə ittiham etmiş, həyatını zəhərləmişlər. Böyük ideyalara inanan böyük zəka sahibi mənəvi terrorun qurbanına çevrilmişdir.
C. Nağıyev hansı ictimai-siyasi cəbhədə fəaliyyət göstərməsindən asılı olmayaraq xalqın maariflənməsinə, siyasi şüurunun formalaşmasına çalışırdı. O, dəfələrlə qeyd etmişdir ki, savadsız, nadan kütlə ilə böyük ideallara nail olmaq qeyri-mümkündür. Özü isə bir filosof kimi xalqın, millətin özünüdərkində elmi dünyagörüşün, təhsilin, mədəniyyətin əvəzsiz rolunu qiymətləndirir, gecə-gündüz çalışır, şam kimi əriyirdi. O vaxtkı çox məhdud, küt, “qatı” kommunistlərə Cahangir Nağıyevin maarifçilik ideyaları qəribə təsir bağışlayır, hətta müəyyən dairələrdə istehza doğururdu. Belələri üçün “inqilab” anlayışı qan, qırğın, ölüm, həbs... demək idi. Çoxları “maarif”, “mədəniyyət” sözünü eşidəndə ağız büzür, bunu zəiflik əlaməti, inqilaba qarşı təxribat hesab edirdi.
1922-ci ilin axırlarında C. Nağıyev Moskvaya öz təhsilini davam etdirməyə getdi. O, Birinci Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olaraq burada 1924-cü ilə qədər təhsil aldı. 1922-23-cü dərs ilindən başlayaraq C. Nağıyev eyni vaxtda həm Moskva “Trujenik” zavodunda, həm Mıtışın vaqondüzəltmə zavodunda çalışır, həm də Birinci Moskva Dövlət Universitetində fəlsəfi dərnəklərin fəaliyyətinə rəhbərlik edirdi.
1924-cü ildə AK (b)P katibliyinin zəmanəti ilə C. Nağıyev Qırmızı Professorlar İnstitutunun (QPİ) iqtisadiyyat şöbəsinin ictimai elmlər fakültəsinə daxil oldu. Lakin tezliklə onun fəlsəfi problemlərə göstərdiyi maraq QPİ-nin professor-müəllim heyətinin və C. Nağıyevin maraqlı yazılarla tez-tez çıxış etdiyi bir sıra nüfuzlu fəlsəfi jurnalların əməkdaşlarının diqqətini cəlb etdi. Məhz buna görə də institutun rəhbərliyi Nağıyevin fəlsəfə şöbəsinə keçməsinə razılıq verdi. Qısa müddət ərzində onun fəlsəfə sahəsində göstərdiyi fəaliyyət, böyük istedad və qabiliyyəti institutun elmi şuralarında qeyd olundu. Hələ ikinci kursda oxuyarkən “K. Marksın dəyər nəzəriyyəsində dialektika”, “Kateqoriyaların “Kapital”a tətbiq edilməsi təcrübəsi” mövzusunda hazırladığı məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilirdi. C. Nağıyevin bu dövrdə qələmə aldığı bir əsər – “Hegelin sosial fəlsəfəsinin problemləri” xüsusilə böyük maraq doğurdu.
Gərgin elmi və təşkilatı iş Cahangir Nağıyevi 21 yaşında ağır xəstəliyə - əsəb xəstəliyinə mübtəla etdi. Dostları və həkimlər onu təhsili dayandırıb istirahətə getməsini təkid etsələr də, bir nəticə hasil olmadı. O, 1926-cı ildə təhsili müvəffəqiyyətlə başa vurub təyinatla Bakıya göndərildi. Lakin Bakıda çox işləyə bilmədi. Gərgin fəaliyyət xəstəliyin yenidən güclənməsinə səbəb oldu. Həkimlərin məsləhəti ilə C. Nağıyev Almaniya və Fransaya müalicə olunmağa göndərildi.
Avropa ölkələrindən Bakıya qayıdan kimi C. Nağıyev yenidən qızğın elmi fəlaiyyətə başladı. Azərbaycan Dövlət Universitetində dialektik materializm kursu üzrə mühazirə oxuyan ilk azərbaycanlı alimlərdən biri C. Nağıyev idi. Onun təşəbbüsü ilə “İnqilab və Mədəniyyət” jurnalında fəlsəfə şöbəsi təşkil edildi. Həmin jurnalın 1928-ci il 1-ci nömrəsində çap olunmuş “Spinoza haqqında” adlı böyük məqalə bu gün də maraq doğurur. Məhz Almaniya və Fransaya səfərdən sonra rus dilində yazdığı “Desan fəlsəfi sistemi haqqında”, “Hindistan İngiltərə zülmü altında” və s. əsərləri bunu bir daha sübut edir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyədək C. Nağıyevin qoyub getdiyi fəlsəfi irs toplanmamışdır. Son vaxtlara qədər onun əsas əsərləri elmi ictimaiyyətə məlum deyil. Mərhum filosof Ziyəddin Göyüşov onun aşağıdakı əsərlərinin əlyazmalarını tapmışdır: “Marksın materializmi”, “Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: “Smit-Marks”.
Cahangir Nağıyev o dövrün əksər qəzet və jurnallarında, eləcə də Azərbaycan mətbuatında müntəzəm olaraq dərin məzmunlu elmi, nəzəri əsərlərlə çıxış edirdi. Alimin coşğun fəaliyyəti, əməksevərliyi heyrətamiz idi. Bu qədər əsərin belə bir qısa müddət ərzində yazıldığına adam az qala inanmaq istəmir.
C. Nağıyevin maraq və tədqiqat dairəsi də olduqca genişdir: fəlsəfə, ədəbiyyat, sosiologiya, iqtisadiyyat, siyasət, incəsənət...
Lakin Cahangir Nağıyevin bədxahları, onun uğurlarının paxıllığını çəkənlər də yox deyildi. Bir müddət xaricdə yaşamış alimin fəaliyyəti şübhə altına alınırdı. Onsuz da gərgin zehni əmək nəticəsində əldən düşmüş, əsəb xəstəliyindən əzab çəkən alimin özü və ailəsi barədə əsassız şaiyələr yayır, onu dedi-qodu obyektinə çevirmək istəyirdilər. Təsir altına düşənlər arasında bədxah qonşularımızın nümayəndələri ilə yanaşı elə öz soydaşlarımız da az deyildi.
Fiziki və mənəvi əzginliklə yanaşı, maddi çətinliklər də öz təsirini göstərməkdə idi. O, günü-gündən şam kimi əriyirdi. Nəhəng istedad özünün böyük elmi və pedaqoji fəaliyyət proqramını həyata keçirə bilmədi. 1929-cu il noyabr ayının 15-də Cahangir Nağıyev arvadı Rozaliya birgə faciəli şəkildə həlak olmuşdur... Beləliklə, şimşək çaxımına bənzəyən bu ömür zamanın nisbətindəki bir göz qırpımında elə bir şimşək çaxımında da başa yetdi.
Cahangir Nağıyev bizim unudulmağa layiq olmayan, ürəyi xalqın maariflənməsi üçün yanan, özünün şüurlu həyatını elmi axtarışlara həsr edən istedadlı filosofumuz olmuşdur. Amma biz onun yubileyini indiyəcən qeyd etməmiş, əsərlərini işıq üzünə çıxarmamışıq. Heç olmazsa, innən belə, gec də olsa Gəncədə və Bakıda alimin xatirəsini əbədiləşdirmək üçün müəyyən konkret tədbirlər həyata keçirmək gərəkdir. Bəs bu işləri biz görməsək, biz yazmasaq... kim görməli, kim yazmalı, kim yanmalıdır?
P.S. Mən Cahangir Musa oğlu Nağıyev, onun qısa və faciəli ömrü, habelə zəngin yaradcılığı barədə hələ 1980-ci illərin əvvəllərində, EA-nın Fəlsəfə institutunda çalışarkən eşitmişdim. Həmin dövrdən başlayaraq mətbuatda bu böyük ziyalımız barədə məqalələrlə çıxış etmişəm. Yadımdadır, 1986-cı ildə AzTV-nin Gənlik Baş redaksiyası tərəfindən yayımlanan “Gənclik” proqramında C. Nağıyevlə bağlı geniş süjet hazırlamışdım və veriliş efirə gedəndən sonra bizim qəhrəmanın qardaşı gəlib məni tapmışdı. Bu nakam insanın həyatı ilə bağlı geniş bir yazı hazırlamaq istəyirdi. Təəssüf ki, sonrakı mərhələdə ölkədə baş verən hadisələr buna imkan vermədi. Və yenə təəssüf ki, Cahangir Nağıyevin adı və fəaliyyəti get-gedə vaxt axarında əriyib ünvansızlığa qovuşmaqdadır.
Biz öz ziyalılarımızı unutmamalıyıq. Necə deyərlər, unutsaq unudularıq.
(1980-2020)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək