15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
Tarix: 04-07-2020 01:05 | Bölmə: Firuz MUSTAFA

Zənnimcə Mərahim Fərzəlibəyovu geniş oxucu və tamaşaçı auditoriyasına məxsusi təqdim etməyə ehtiyac yoxdur. O, ölkənin tanınmış sənət adamlarından biridir. “Şöhrət” ordenli Xalq artistidir. Prezident təqaüdçüsüdür. Onun quruluş verdiyi onlarla tamaşa teatrsevərlərə yaxşı məlumdur.
Mərahim müəllim öz sənətinə bütün varlığı ilə bağlı olan bir insandır. Onun həyatının, fəaliyyətinin, eləcə də söhbətinin bir əbədi və baş mövzusu vardır: TEATR. Əlbəttə, bu tanınmış rejissor və sənətkarla ünsiyyət bir yazı-pozu adamı kimi mənimçün də maraqlıdır.
Və elə buradaca qeyd etmək istəyirəm ki, Mərahim Fərzəlibəyov bir çox həmkarlarından fərqli olaraq daim mütaliə edir, öyrənir. Onunla təkcə öz sənəti ilə bağlı deyil, digər sahələr üzrə də söhbət etmək, fikir mübadiləsi aparmaq, hətta polemikaya girişmək mümkündür. Şəhərin kitab dükanlarında çalışan satıcılar da onu yaxşı tanıyır. Onun şəxsi kitabxanasını tarix, ədəbiyyat, fəlsəfə ilə bağlı klassik və müasir əsərlər bəzəyir.
Bu günlərdə Mərahim Fərzəlibəyovla rastlaşdıq. Onun əlində tutduğu əmək kitabçası mənim nəzərimi cəlb etdi. Həmsöhbətimin dediyindən belə məlum oldu ki, o, öz əmək fəaliyyəti ilə bağlı müxtəlif sənədləri qaydaya salmaqla məşğuldur. Əgər ortada əmək və əmək fəaliyyəti varsa, heç şübhəsiz ki, ƏMƏK KİTABÇASI da olmalıdır.
Məni maraq hissi bürüdü. Görəsən, tanınmış rejissorun sənətə gələn yolu hansı mərhələlərdən, dolanbaclardan, labirintlərdən keçib?
Mərahim Fərzəlibəyovun ƏMƏK KİTABÇASInı oxucularla birgə vərəqləmək maraqlı olardı.
Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakı şəhərində anadan olub. Əslən Şəki bölgəsindəndir. O, Bakıdakı 56 saylı orta məktəbi bitirib. Özünün dediyinə görə, səhnəyə hələ orta məktəbdən maraq göstərib. Teatrlara getməkdən, tamaşalara baxmaqdan daim zövq alıb.
Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında çalışıb.
Budur, onun əmək kitabçasında qeyd olunub: 1966.10.10. tarixdə fotostudiyada şagird kimi əmək fəaliyyətinə başlayıb, 1967.04.15. tarixdə ikinci dərəcəli fotolaborant, daha sonra - 1968.03.24. tarixdə fotolaboratoriyada aşkarlandırıcı kimi fəaliyyət göstərib.
Peşəkar fotoqrafiya ilə məşğul olmaq gələcəkdə ona lazım olacaqdı. Axı rejissor həm də hadisələrin baş verdiyi məkanı bir fotoqraf dəqiqliyi ilə görməlidir.
Yeniyetmə Mərahimi daim teatr, səhnə cəlb edirdi. Əmək kitabçasında qeyd olunduğu kimi, o, 1968.12.10. tarixdən 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.
Nəhayət, onun arzusu çin oldu. Belə ki, Mərahim Fərzəlibəyov 1970.07.10. tarixdə ali məktəbə daxil olduğuna görə öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Bəs o, hansı ali məktəbə daxil olmuşdu?
Mərahim Fərzəlibəyov o vaxtkı Leninqrad Musiqi və Kinematoqrafıya İnstitutunun (indiki Sankt-Peterburq Teatr Akademiyasının) Rejissorluq fakültəsində təhsil almağa, ixtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı Laureatı Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi sənətin incəliklərini öyrənməyə başladı.
Yeni mühit romantik arzularla yaşayan gələcək rejissorun həyatını büsbütün dəyişdi. O, ilk illərdə böyük çətinlik və məhrumiyyətlərlə üzləşdi. Amma gecə-gündüz çəkilən zəhmət öz bəhrəsini verdi. Gənc Mərahim Leninqradın qaynar teatr həyatına daxil olandan sonra öz sənət müəllimi Georgi Aleksandroviçdən çox şey əxz etməyə çalışırdı.
Burada bir haşiyə çıxmaq istərdim. Həmin illərdə Tovstonoqov adı təkcə SSRİ-də deyil, bütün dünyada məşhur idi. Elə mənim də xatırımdadır ki, böyük rejissorun quruluş verdiyi “Xanuma”, “Müfəttiş” və başqa tamaşaların əks-sədası yaxın-uzaq ölkələrdən gəlirdi.
Təhsil illəri başa çatmaq üzrə idi. Gənc rejissor diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüart və bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasına quruluş verdi.
Əmək kitabçasında qeyd edildiyi kimi, 11.1975.06.30. tarixdə təhsilini uğurla başa vuran Mərahim Fərzəlibəyov, (yenə əmək kitabçasında qeyd olunduğu kimi), 12.1975.11.16. tarixdən təyinatla Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına getmişdir. Bu maraqlı kollektivdə gənc rejissor Tennessi Uilyamsın "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları vermişdir. Həmin quruluşlar haqda o dövrün SSRİ və Rusiya mətbuatında təqdiredici yazılar getmişdir.
İki il sonra Mərahim Fərzəlibəyov vətənə qayıtmış, 1977.09.01. tarixdən H. Ərəblinski adına Sumqayıt dövlət Dram Teatrının baş rejissoru təyin edilmişdir. Həmin teatrda çalışdığı 4 il ərzində rejissor bir çox əsərlərə quruluş vermiş, mükafatlara layiq görülmüşdür.

Mərahim Fərzəlibəyov 1981.03.09. tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş və elə həmin gün (1981.03.09. tarixdə) M. Əzizbəyov adına Dram teatrında rejissor vəzifəsinə təyin edilmişdir.
Artıq ölkənin teatr aləmində tanınan rejissor Azərbaycan Respublikası Mədəniyyət nazirinin 2006.01.12. tarixli əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, 2010.05.14. tarixdən isə həmin sənət ocağının quruluşçu rejissoru təyin edilmişdir.
“Azdrama”da fəaliyyət göstərdiyi dövr Mərahim Fərzəlibəyovun həyat və yaradıcılığında xüsusi dönüş mərhələsi olmuşdur desək, yəqin ki, səhv etmərik. Həmin dövrdə rejissor onlarca əsərə quruluş vermişdir. Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin bir çoxunun səhnə taleyi məhz Mərahim Fərzəlibəyovun adı ilə bağlıdır. Belə ki, rejissor böyük yazıçının “Xurşidbanu Natəvan", “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəm vüsalı”, “Bizim qəribə taleyimiz”, “Mənim günahım”, “Qarabağnamə”, “Hökmdar və qızı” və digər əsərlərinə məhz həmin teatrda quruluş vermişdir.
Yenə əmək kitabçasındakı qeydlər diqqəti cəlb edir: Mərahim Fərzəlibəyov 2019.02.14 tarixdən Bakı Bələdiyyə Teatrının quruluşçu rejissoru kimi fəaliyyət göstərir. Ötən müddət ərzində bir sıra əsərlərə quruluş vermişdir.
Xalq artisti işlədiyi müddətdə dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" (8 iyun 1991) və "Ləyaqət" (19 mart 1982) pyeslərini tamaşaya hazırlayıb.
Mərahim Fərzəlibəyov bir sıra filmlərdə özünü aktyor kimi də sınamışdır. Belə ki, o, “Ölülər” filmində Şeyx Əhməd, “Qəm pəncərəsi” filmində uçitel Həsənağa rolunu oynayıb. Bundan başqa o, 1980-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Qarsiya Lorkanın "Qanlı toy", Aleksandr Nikitinin "Abşeronda bir gecə" pyeslərinin tamaşalarına maraqlı quruluş vermişdir.
Mərahim Fərzəlibəyov habelə bir çox bədii və televiziya filmlərinin (“Canavar balası” (1997), “Doğan Günəş”, “Qırmızı qar” (1998), “Mənim ağ şəhərim” (1993) və digər ekran əsərlərinin) quruluşçu rejisssoru kimi tanınır.
Mərahim Fərzəlibəyov teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluq sahəsində qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti (Əməkdar İncəsənət xadimi), 28 oktyabr 2000-ci il tarixdə isə Xalq artisti fəxri adları ilə təltif olunub. O, 10 İyul 2019-cu il tarixdə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsüdür.
Beləliklə, Mərahim Fərzəlibəyovun “Əmək kitabçası”nı vərəqləyib başa çatdırırıq. Bu kiçik kitabçanın hər sətri bir pilləni xatırladır. Rejissor bu pillələrlə daim irəliyə, yüksəkliyə doğru addımlayıb...
Bu yaşıl rəngli kitabçada, necə deyərlər, hələ doldurulmamış boş xanalar, yazılmamış səhifələr, başqa sözlə, “ayaq basılmamış” yeni “pillələr” çoxdur. Sənətsevərlər əmindir ki, bu üstündən illərin ötüb keçdiyi sadə əmək kitabçasındakı yeni səhifələrdə rejissorun hələ qarşıda gözlənilən, yol gələn yaradıcılıq uğurları, fəaliyyətinin yeni mərhələləri, yeni “pillələri” əks olunacaq.
Uğurların bol olsun, Mərahim bəy Fərzəlibəyov.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək