15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Cücən və cücənlilər... - Firuz Mustafa yazır
Tarix: 29-06-2020 12:30 | Bölmə: Firuz MUSTAFA

Ölkəmizdəki hər bir yaşayış ərazisi öz maraqlı tarixi, habelə toponimikası ilə diqqəti çəkir.
Şınıxda da böyük tariximizin, bir az da geniş anlamda ümumtürk tarixinin, bir parçasını öz adında yaşadan kəndlər vardır.
Mən İsalı kəndində doğulmuşam. Sakinlər yaxşı bilir ki, bu kəndin əsasını iki yüz il öncə İsa kişi qoyub. İsalı yerli icra hakimiyyəti ərazisindəki digər kəndlərin hər birinin bəlli tarixi vardır. Belə ki, Qasımağalı kəndinin əsasını Qasım ağa adlı varlı bir adam qoyub. Hasanağalı kəndi də eləcə. Yəni bu kiçik kəndin ilk daşqoyanı həmin ərazinin ağası Hasan ağa olub. Dördlər kəndi dörd qardaş tərəfindən bina olunub. Bütün bunları deməkdə məqsədim var. Elə bu atüstü məlumatdan məlum olur ki, adları çəkilən kəndlərin yaranışı və adı konkret adamlarla bağlıdır.
Axıncı çayı kənarında yerləşən bir kənd də var. Bu mənzərəli yaşayış zonasının maraqlı bir adı var: Cücənli. Cücənli Şınığın daha qədim kəndlərindən biridir. Düzü, bu adın mənası və mənşəyi məni çoxdan maraqlandırıb. Bizim dil, toponimika, etnoqrafiya, tarix ilə bağlı mənbələrində bu adla bağlı məlumatlar, demək olar ki, yox dərəcəsindədir.
Amma türk və çin mənbələrində çüçənlər və cücənlilərlə bağlı kifayət qədər məlumat əldə etmək mümkündür.
Bəs nədir “cücənli”?
Cücənlər qədim türk tayfalarından birinin adıdır. Bu tayfa o qədər qüdrətli və döyüşkən olub ki, sonralar tutduqları ərazidə öz dövlətlərini yaradıblar: Cücənli dövləti.
Çin mənbələrində bu tayfanın adı "Juan-Juan" (Cücen) kimi qeyd olunur və cücənlilərin düşmənə qarşı çox qəddar, habelə olduqca savaşqan, döyüşkən olduqları vurğulanır.
Cücənlər eramızın 4 və 6-cı yüzilliyində Monqolustan, Orta Sibir, Mancuriya, Koreya, bir sözlə, Asiya və Avropa ərazisində böyük imperiya qurublar.
Tarixi mənbələrdə göstərilir ki, cücənlilərlə göytürklər arasında beş dəfə şiddətli, qanlı döyüş olmuşdur.
Eramızın 525-555-ci illəri arasında baş verən son savaşdan sonra qələbə əldə etmiş göytürklərin möhtəşəm xaqanlığı qurulmuşdur.
Məğlubiyyətdən sonra cücənlilər (və yaxud cücənlər) dəstə-dəstə Qərbə doğru çəkilməyə başlamışlar.
Onlar Türkiyəyə, Orta Asiyaya, habelə Qara dəniz üzərindən keçərək Rumıniyaya, Slovakiyaya qədər getmiş, müxtəlif ərazilərdə məskunlaşmalı olmuşlar.
Bir sözlə, cücənlilər əsrlər boyu dünyanın müxtəlif yerlərinə səpələnmişlər. Onların bəzi nümayəndələri, sonrakı mərhələdə Türkiyə və Orta Asiya ərazisindən Qafqaza gəlmişdir. Qafqazda məskunlaşan cücənlərin (və yaxud cücənlilərin) bir qolu da Azərbaycana gəlib çıxmışdır.
Artıq bir neçə əsrdir ki, cücənli adlanan qövmün kiçik tayfa qollarından biri Şınıx (Gədəbəy) ərazisində Cücənli kəndində kök atıb yaşamaqdadır. Göründüyü kimi, cücənlilər öz mənsub olduqları tarixi adı da yaşadırlar. Bəli, ad yaşayır. Amma, bu tarixi adın daşıyıcılarının keşməkeşli tarixi, taleyi kifayət qədər öyrənilməyib.
Sözümüzün əvvəlində dediyimiz kimi, hər toponimik adın arxasında bir tarix yaşayır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək