15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Landau - dahi fizik və qadın “ovçusu”... - Foto
Tarix: 23-07-2020 10:42 | Bölmə: Firuz MUSTAFA

Lev Landau... Dau...
Onun təkcə təltiflərinin hamısını qeyd etmək üçün bir neçə səhifə tələb olunur. SSRİ EA-nın akademiki, Nobel mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Maks Plank medalı laureatı, Frits London mükafatçısı, Lenin mükafatı və üç dəfə SSRİ Dövlət mükafatı laureatı, London Kral cəmiyyətinin üzvü, ABŞ Milli Akademiyasının üzvü, Danimarka Kral Akademiyasının üzvü, Amerika İncəsənət və elm akademiyasının üzvü, Fransa Fizika cəmiyyətinin və London Fizika cəmiyyətinin üzvü...
Lev Davidoviç Landau 22 yanvar 1908-ci ildə Bakı şəhərində neftçi-mühəndis David Lvoviç Landaunun ailəsində doğulub. Levin anası Lyubov Veniaminovna Qarkavi-Landau ixtisasca həkim idi və bu xanım uzun illər Balaxanıda akuşerka, orta məktəbdə və qadın gimnaziyasında həkim işləmişdi, eksperimental farmakologiyaya aid əsərlər yazmışdı.
Landau 1916-cı ildən Bakı yəhudi gimnaziyasında təhsil almış, 14 yaşında ikən Bakı Dövlət Universitetinə iki ixtisas üzrə -fizika və kimya üzrə daxil olmuşdur. O, sonralar fizikanı seçmişdir. 1924-cü ildən Landau təhsilini Leninqrad universitetində davam etdirmişdir.
1927-ci ildə təhsilini başa vuran Lev Landau Leninqrad fiziki-texniki institutunda elmi fəaliyyətə başlayır. Tezliklə 19 yaşlı Landau Kvant nəzəriyyəsinə öz elmi töhvəsini verir, ilk fundamental tədqiqatları ilə elm aləmində parlayır.
Sonrakı dövrdə Lev Landau Almaniya, Danimarka, İngiltərə, İsveçrədə elmi ezamiyyələrdə olur. O, Berlində A. Eynşteyn ilə tanış olur, Kopenhagendə Nils Borun laboratoriyasında çalışır.
Yaxın ətrafı adətən ona “Dau” deyə müraciət edirdilər.
1932-37-ci illərdə Ukraynada çalışan alimin elmi fəaliyyəti artıq ölkədən kənarda da məşhur idi.

Landau Stalin despotizminin qəti əleyhdarı idi. O, Lenini faşist və avantürist hesab edirdi. Elə bu və digər səbəblərə görə daim xüsusi xidmət orqanlarının nəzarətində idi.
Dau Sovet rejimi ilə heç cür barışa bilmirdi. 1937-ci ildə Pyotr Kapitsanın təklifi ilə Fizika Problemləri İnstitutunda nəzəri şöbənin müdiri təyin olunur. Stalin diktaturası əleyhinə yazdığı və tələbələrin paylaşdığı vərəqələrə görə həbs olunur. Bir il həbsdə qalan Landau nəhayət Kapitsanın (və eləcə də Borun) çoxsaylı xahişindən sonra azad edilir.
1943-47-ci illərdə Landau MDU-nin professoru kimi fəaliyyət göstərir.
1945-1953-cü illərdə Landau SSRİ-nin Atom layihəsinin hazırlanmasında iştirak edir.
Görkəmli alim 1956-68-ci illərdə MDU-nun Kvant nəzəriyyəsi kafedrasında çalışır, mühazirələr oxuyur.
7 yanvar 1962-ci ildə böyük fizik Moskvada Dmitrovs şosesində avtomobil qəzasına düşür, 59 gün komada qalır. Dünyanın bütün fizikləri və eləcə də həkimləri Landaunun həyatının xilası üçün əllərindən gələni əsirgəmədilər. Landau altı il ölümlə çarpışdı. O, 1962-ci il noyabr ayının 1-də Nobel mükafatına layiq görüldü. Nobel mükafatının təltifi tarixində ilk dəfə olaraq laureata mükafat xəstəxanada təqdim edildi.
Zarafatı çox sevən Landau “zarafat günündə” 1 aprel 1968-ci il tarixdə 60 yaşında ikən vəfat etdi.
P.S. Bir qədər də dahi fizikin ailəsi və şəxsi keyfiyyətləri barədə.
Landau hələ gəncliyində üç “prinsipdən” imtina etmək qərarına gəlmişdi. Bu cəhətlərə daxil idi: evlənməmək, siqaret çəkməmək, spirtli içki içməmək. Ümumiyyətlə, Dau ilk gəncliyində qadınlardan qorxurdu. O, həm də çox utancaq idi.
Amma Lev Davidoviç birinci prinsipi artıq məşhur fizik olarkən pozdu. O, gözəl bir xanımla - Konkordiya Terentyevna Drobantseva-Landau ilə ailə qurdu. Onlar bir “müqavilə” əsasında evlənmişdilər. Yəni nə ər advadın şəxsi işinə, nə də arvad ərinin şəxsi işinə qarışa bilərdi. Hərə öz həyatını yaşamalı idi. Onlar bütün həyatları boyu bu cür də yaşadılar.
Kora (Dau arvadını belə çağırırdı) ərinə sədaqətli idi. Hətta, Dau öləndən sonra bu xanım “Mənim ərim dahidir” adlı üçcildlik memuar da yazdı.
Amma ilk gəncliyində qadınlardan utanan, qorxan Dau evlənəndən bir müddət sonra bütün SSRİ-nin elm aləmində təkcə dahi fizik kimi deyil, həm də dahi “qadın ovçusu” kimi məşhurlaşdı.
Qadınlar da onu, bu zarafatcıl, deyib-gülən və ən əsası da əliaçıq kişini çox sevirdilər. Kora daim ərinə qısaqansa da hirsini və hikkəsini boğmağa çalışırdı. O, bilirdi və daim təkrar edirdi ki, dahi ilə ailə qurub. Amma qadın öz dahi ərini itirəndən sonra onunla bütün müşahidələrini olduğu kimi, vicdanla, real faktlar əsasında qələmə aldı. Adını qeyd etdiyimiz kitabda Landaunun zərif cinsə münasibəti barədə də ətraflı söhbət açılır. Burada heç bir bəzək-düzək yox idi.
Yeri gəlmişkən, dahi fizikin oğlu İqor Lvoviç Landau da (1946-2011) tanınmış fizik idi.
P.P.S. Bakının məşhur “Tarqovıy” küçəsindən keçərkən Nəsimi heykəlinin qarşısındakı yeraltı keçidi qalxıb sol tərəfdə qotik üslubunda tikilmiş binanın yaxasından asılmış xatirə lövhəsinə ötəri də olsa nəzər salın...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək