15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ömrün ikinci əsrinə qədəm qoysa da... - Firuz Mustafa yazır
Tarix: 17-07-2020 01:29 | Bölmə: Firuz MUSTAFA

Boris Yevgenyeviç Paton zəmanəmizin böyük elm adamlarından, dünyanın nəhəng fikir generatorlarından biridir
Akademik Patonu tanıyırsızmı?
Ukrayna sevdiyim ölkə, Kiyev xoşladığım şəhər, ukraynalılar isə çox hörmət bəslədiyim millətdir. Bir neçə il öncə fevral ayında bir neçə gün Ukraynada qalası oldum. Kiyevdə havalar soyuq keçsə də adamların isti münasibəti qışa meydan oxuyurdu. Bu qədim şəhərdə köhnə dost- tanışlarla görüşdüm. Adətən, başqa şəhərlərə gedərkən teatrlara, muzeylərə, kitab dükanlarına baş çəkirəm. Bu dəfə də adətimə xilaf çıxmadım.
Kiyevdə olarkən Ukrayna Milli Elmlər Akademiyasına getmək arzusuna düşdüm. Vaxtilə bu qüdrətli elm ocağında dəfələrlə olmuşam. Və bu dəfə məqsədim heç də şəxsi “akademik təəssübkeşlik” səciyyəsi daşımırdı. Doğrusu, fikrim akademiyanın prezidenti, dünyaca məşhur olan akademik Patonla görüşmək, imkan olarsa onunla söhbət etmək, ondan müsahibə götürmək idi. Tanışlarım böyük alimin enerjili fəaliyyətini qeyd etməklə yanaşı, onun vaxt məhdudıuğunun ola biləcəyini də qeyd etdilər. Əslində elə mənim də vaxtım çox məhdud idi, Xarkova getməli idim. Ona görə də fikrimdən tez daşındım. Amma bilirəm ki, israrlı olsaydım bu görüş baş tutacaqdı. İnşallah, qalsın gələn dəfəyə...
Mən həmkarlarımla söhbət zamanı bir şeyə əmin oldum ki, Paton daim hərəkətdə, fəaliyyətdə olan adamdır. Onu “tutmaq” elə də asan məsələ deyildir.

Bəs kimdir Paton?
Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, Boris Yevgenyeviç Paton 1918-ci ildə doğulub. Artıq ömrünün bir əsrini geridə qoyub. Yeri gəlmişkən, onun atası Yevgeni Oskaroviç Paton da görkəmli elm xadimi idi.
Paton 1953-cü ildən Elmi-Tədqiqat Elektroqaynaq İnstitututunun direktoru, 1962-ci ildən isə Ukrayna MEA-nın prezidentidir. O, 400 elmi ixtiranın, minə yaxın elmi əsərin müəllifidir. Paton dünya elm və sənayesində metal qaynağı və elektrometallurgiya sahəsi üzrə ən böyük mütəxəssislərdən biri hesab olunur.
Paton həm də böyük təşkilatçıdır. Bu gün onun rəhbərlik etdiyi quruma 160 elmi-tədqiqat institutu və müəssisəsi, 180 büdcə təşkilatı daxildir. Akademiyada 40 mindən artıq adam, əsasən elmi işçilər çalışır.
Akademiyadakı tanışlardan öyrəndim ki, Paton gününün birinci yarısını rəhbərlik etdiyi elekroqaynaq sahəsinə, ikinci yarısını isə Akademiyanın ümumi işlərinə həsr edir.
Alimin kəşfləri bu gün təkcə fizika sahəsində deyil, geniş bir arenada, habelə tibbi-səhiyyə sahəsində tətbiq olunur.
Bəli, Boris Yevgenyeviç Paton əsl elm adamıdır.
Hələ ötən əsrdə onu SSRİ EA-nın prezidenti vəzifəsinə irəli çəkmək barədə Moskvada təşəbbüs irəli sürülmüşdü. 1975-ci ildə SSRİ EA-nın prezidenti, məşhur fizik Keldış ağır xəstə olduğuna görə işdən azad olunmağı barədə ərizə yazmışdı.
O zamankı ölkə rəhbərliyi Mstislav Vsevolodoviç Keldışın yerini tutmaq üçün layıqli namizəd axtarırdı. (Yeri gəlmişkən Keldış milliyyətcə karaim türkü idi). Sov.İKP MK katibi Suslov o vaxt Ukraynaya rəhbərlik edən Şerbitski ilə danışaraq Siyasi Büronun rəyini ona çatdırmışdı. Vladimir Vasilyeviç Şerbitski İttifaq rəhbərliyinin təklifini Patona bildirərkən məşhur alim Moskvaya getməkdən qəti imtina etmişdi.
Sonralar Boris Yevgenyeviç bu barədə öz xatirələrində belə demişdi: “Şerbitski məni kabinetinə dəvət etmişdi. Moskvadan gələn təklifi bildirdi. Mən israrla bu təklifdən boyun qaçırdım. O, mənim yanımdaca Suslovla danışmağa başladı. Fikrimi ona bildirdi. Dəstəkdən Suslovun səsi eşidildi:

“Necə yəni boyun qaçırır? Axı bu, şəxsən Leonid İliçin təklifidir. Patona deyin ki, o sabah mənim yanımda olsun”.
Səhərisi gün mən artıq Moskvada idim. SSRİ EA-nın vitse-prezidenti məni elə vağzalda qarşılayıb MK-nın elm şöbəsinin müdiri Trapeznikovun yanına apardı. Biz üçlükdə “boz kardinal”ın yanına getdik. Bir saatdan çox söhbətimiz oldu. Suslov məni nə qədər dilə tutsa da təklifə razılıq vermədim. MK katibi mənim təpki göstərdiyimi görüb dedi ki, onda hələlik öz işinizlə məşğul olun, biz yenə təkrarən, 9 Maydan sonra görüşüb bu məsələni müzakirə edərik. Mən oradan birbaşa Keldışın yanına getdim. Onunla söhbət əsnasında mənə edilən təklifi bildirdim. Keldış dedi ki, bu təklifi, yəni öz yerimə sənin namizədliyini mən irəli sürmüşəm, yuxarılara da bunu mən bildirmişəm... Qısası, mən yenə təklifi qəbul etmədim... Və az sonra Aleksandrov SSRİ EA-nın prezidenti seçildi...”
Bax, Paton belə insan, belə alim, bir sözlə belə Patondur.
Paton öz xalqının böyük patriotu, vətənpərvər ziyalısıdır. Krımın Rusiya tərəfindən ilhaqını, Dontskdə gedən savaşı kəskin şəkildə pisləyir.
Bir neçə il öncə alimin qızı vəfat edib. İndi onun yolunun davamçısı qız nəvəsi Olqadır.
Ömrünün ikinci yüzilliyinə qədəm qoymuş Paton bu gün də böyük bir enerji ilə öz fəaliyyətini davam etdirməkdədir.

Adətən bir çox xalqlara, o cümlədən də bizdə rəğbət bəslənilən adama belə deyirlər: “Səni yüz yaşayasan”. Artıq Boris Yevgenyeviç yüz yaşı arxada qoyub.
Ona görə də arzumuzu belə ifadə edirik: Səni ürəyincə yaşayasan, Boris Yevgenyeviç.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək