15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vəli Axundovdan gözlənilməz jest - Firuz Mustafa yazır
Tarix: 08-07-2020 10:26 | Bölmə: Firuz MUSTAFA

Söhbət ötən əsrin 60-ci illərinin birinci yarısında baş verən qəribə bir olaydan gedir...
Mərhum şairimiz İlyas Tapdıq maraqlı həmsöhbət idi. Uzun illər müxtəlif nəşriyyatlarda redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdıı. Həm tutduğu vəzifə mövqeyinə, həm də yaradıcılığına görə geniş ədəbi ictimaiyyat arasında kifayət qədər tanınırdı.
İlyas müəllim ayrı-ayrı sahələrdə çalışan şəxslərlə, hətta, yaradıcılıqdan, yəni ədəbi-bədii fəaliyyətdən uzaq olan adamlarla da yaxından tanış idi. Onun tanışları arasında Azərbaycana müxtəlif vaxtlarda rəhbərlik edən adamlar - İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Əbülfəz Əliyev kimi şəxsiyyətlər vardı.
O, bir dəfə belə bir əhvalat danışdı:
“Altımışıncı illərin əvvəlləri idi. O vaxt bütün SSRİ-də bir canlanma yaranmışdı. Bu da səbəbsiz deyildi. Stalinin ölümündən sonra hakimiyyətə Xruşşov gəlmişdi. Şəxsiyyətə pərəstış kəskin ifşa olunurdu. Həmin dövrü indi “buzqıran”, “yumşalma” adlandırırlar. Sanki ədəbiyyat da yeni bir mərhələyə qədəm qoymuşdu. Cəsarətli əsərlər meydana çıxırdı. Bu gün “altmışıncılar” adlanan nəsil də məhz o zaman öz sözünü deməyə başlamışdı. Qısası, həyatın hər sahəsində, o cümlədən ədəbiyyatda bir yeniləşmə hiss olunurdu.
Mən o vaxtlar nəşriyyatda çalışırdım. Təzə ailə qurmuşdum. İçərişəhərdə bir evin zirzəmisində məskunlaşmışdıq. Belə baxanda mənim vəziyyətim nisbətən babat idi. Qələm dostlarımın eləsi vardı ki, yataqxanada, kirayədə yaşayırdı. Hətta, vağzalda gecələyənlər də vardı...
O vaxt gənc idik. Dünya vecimizə deyildi. Elə indiki gənclərin çoxu kimi iddiamız böyük, həyat təcrübəmizsə az idi. Hər birimiz özümüzü dahi kimi hiss edən vaxtımız idi... O vaxtlar Rusiyada Yevtuşenko, Boznesenski, Rojdestvenski, Axmadullina kimi şairlər, Okucava, Vısotski, Kabzon kimi müğənnilər az qala mərkəzi hökumətlə hökumətlik edirdilər.
Bizdə də cəsarətli söz adamları vardı. Mehdi Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İsa Hüseynov, Sabir Əhmədli kimi şair və yazıçılar ən yaxşı, ən cəsarətli əsərlərini elə o dövrdə yaradıblar...
Biz nisbətən gənc nəsil idik. Dediyim kimi, enerjili, ötkəm vaxtımız idik. Amma əksəriyyətimiz məişət çətinlikləri məngənəsində çabalayırdıq. Yəni, dediyim kimi, çoxumuzun ev-eşiyi yoxdu. Arada bir yerə toplaşıb “dərdimizi unutmaq üçün”, necə deyərlər, “atışardıq”; indi bu ifadəyə “alman hesabı” deyirlər... Yeni kitabı nəşr olunanlar da qonaqlıq verərdi. Biz o vaxtlar üçün az-çox səliqə-sahmanlı olan yeməkxana və ya restoranlara gedərdik. Onda yeyib-içmək yerləri indiki kimi bol deyildi... Dostlarımızın çoxunun adı indiki nəslə yaxşı məlumdur: Sərdar Əsəd, Əli Kərim, Kələntər Kələntərli, Yusif Həsənbəy, Şamil Salmanov, Firidun Ağayev, Faiq Cəmcəm, Əlibala Hacızadə, Vladimir Qafarov... Arada bizim bu “yeyib-içən” dəstəyə özümüzdən yaşlı nəslin nümayəndələri də qoşulurdu. Məsələn, İslam Səfərli, Əlfi Qasımov, Qabil, Atif Zeynallı, Hüseyn Arif... Hətta, bir neçə dəfə o vaxtlar məşhur olan Əliağa Vahid də bizimlə bir masa arxasında əyləşmişdi...

V. Axundov
Yadımdadır, qış günü idi. Qələm dostlarımla “Novı Yevropa”da, ya da ki, “Novbahar”da yaxşıca yeyib-içmişdik. Əhvalımız yaxşı idi. Məclis başa çatandan sonra qərara aldıq ki, dəniz kənarında bir az gəzişək, daha sonra isti çayxanalardan birində çay içib qızınaq...
Quşbaşı qar yağırdı. Neftçilər prospekti ilə deyə-gülə gedirdik. Birdən bir az irəlidə gedən dostlardan biri geri çevrilib, əlini yuxarı qaldırdı, sakit olmaq işarəsi verdi. Əvvəlcə heç nə anlamadıq. Sonra elə həmin dostumuz yuxarı qaldırdığı əlini irəli uzatdı. Biz diqqətlə dostumuzun işarə etdiyi istiqamətə baxdıq. O vaxtkı dövlət rəhbərimiz Vəli Axundov bizdən bir-iki addım irəlidə gedirdi. Təbii ki, biz hamımız onu tanıdıq. Ondan bir qədər aralıda ucaboy, enlikürəkli bir gənc də vardı; yəqin ki, həmin gənc Vəli Yusif oğlunun mühafizəçisi idi. Biz addımımızı bir qədər yavaşıtdıq. Səsimizin tonu aşağı düşdü.
Elə bu əsnada Atif bizdən aralanıb Vəli Axundova yaxınlaşdı və ucadan:
- Yoldaş Axundov, olar Sizi bir dəqiqə,-deyə səsləndi.
Ucaboy oğlan geri dönüb təəccüblə soruşdu:
- Sizə nə lazımdır?
Atif ölkə rəhbərinə sözü olduğunu bildirdi. Paltosunun çiyinlərində qar topası qalaqlanmış Birinci katib, çox güman ki, bu dialoqu eşidirdi. Ona görə də ayaq saxlayıb üzünü əvvəlcə bizə, sonra da Atifə sarı tutub təmkinlə dilləndi:
- Buyurun. Eşidirəm...
Atif Bakıda böyümüşdü. Bizdən bir az yaşlı, həm də dilli-ağızlı idi. Şeirləri tez-tez mətbuatda çap olunurdu. Süleyman Rüstəmin dostu idi, ondan dissertasiya yazırdı. Zarafatcıl, sözü üzə deyən bir adamdı.
Atif Axundova yaxınlaşıb dedi:
- Yoldaş Axundov, bax bunların hamısı qələm adamlarıdır. Şair, yazıçı, tənqidçi... Hətta, aralarında alim də var.
Vəli Axundov bizi gözdən keçirib gülümsədi.
- Çox yaxşı... Tanışlığa şadam. Bəlkə bir sözünüz var mənə?
Atif sanki dövlət başçısının bu sözündən sonra daha da cəsarətlənərək dedi:
- Bəli, Sizdən bir xahişimiz var, yoldaş Axundov. Bax buradakı yoldaşların, demək olar ki, heç birinin ev-eşiyi yoxdur. Kimi kirayədə qalır, kimi yataqxanada... kimisi də vağzalın gözləmə zalında... Bax indi qışdır, qar yağır. Gecə şaxta düşəcək... Bu cavanlar da Sizin məmurlar kimi isti mənzillərdə, isti yorğan-döşəkdə yatmaq istəyirlər.
Çox güman ki, şairin dediyi son cümlə dövlət başçısının xoşuna gəlmədi. Amma o, qısaca: “Oldu, baxarıq”, - deyib, xudahafizləşərək bizdən ayrıldı.
Bundan sonra araya qızğın mübahisə düşdü. Kimi Atifi qınayır, kimi də müdafiə edirdi...
Elə həmin günün sabahı bizi Yazıçılar İttifaqının sədri Mehdi Hüseynin iş otağına çağırdılar. Dedik yəqin ki, kimsə dünənki söhbəti Mehdi müəllimə çatdırıb. Orasını da deyim ki, Mehdi Hüseyn xaraktercə sərt, ötkəm bir adamdı.
Sən demə, Mehdi müəllim doğrudan da, Axundovla aramızda olan söhbətin məğzini bilirmiş. Amma... Amma sədrimiz bizi bəzi çatışmayan cəhətlərimizə görə haqlı olaraq bir qədər məzəmmət edəndən sonra dedi:
- Yoldaş Axundov bu gün Baksovetə göstəriş verib, yeni tikilən evlərdən bir neçəsinin cavan yazıçılar üçün ayrılması nəzərdə tutulub...
Bir il sonra indiki Elmlər Akademiyası ilə üzbəüz binadan, “xruşşovkadan” mənə, o cümlədən bir neçə qələm yoldaşımıza mənzil verildi. Allah o kişiyə qəni-qəni rəhmət eləsin”.
Bax belə...
Qocaman qələm dostumun çoxdan danişdığı bu əhvalatı qələmə almaq qərarına gəldim.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək