15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bu cür “yazının” bir adı var: biabırçılıq
Tarix: 31-05-2020 11:20 | Bölmə: Firuz MUSTAFA

Bakının gur yerlərindən birində xalq arasında “sürüşdürülən bina” kimi tanınan bir tarixi-memarlıq abidəsi var. Bəli, söhbət Füzuli küçəsində yerləşən məşhur binadan gedir. Bir neçə il əvvəl həmin bina öz əzəli yerindən tərpədilərək bir neçə metr kənara doğru “itələnmişdir”. Hər gün o binanın önündən minlərlə insan keçir.
İndiki halda söhbət nə o binanın şərəfli tarixindən, nə təmirinin keyfiyyətindən, nə də bahalı bərpasından gedir. Söhbətin məğzi, mövzusu əslində çox “xırda” bir məsələ ilə bağlıdır. Bu “xırda” məsələnin kökündə, yumşaq şəkildə ifadə etməyə çalışsam, bizim doğma dilimizə laqeydlik, biganəlik, etinasızlıq dayanır.
Ortaya təbii olaraq belə bir sual çıxır: bina hara, dil məsələsi hara? Yaxşı sualdır. İş burasındadır ki, haqqında söhbət açılan binanın yaxasından bir lövhə asılıb və həmin lövhədə cəmi bir cümlədən ibarət olan çox əcaib-qəraib bir mətn yazılıb. Gəlin əvvəlcə həmin “mətnlə” tanış olaq:
“Azərbaycan Respublikasının Prezidenti
CƏNAB İLHAM ƏLİYEVİN
sərəncamı ilə 1908-ci ildə
Hacınski qardaşları tərəfindən
inşa olunmuş 18000 ton ağırlığında
tarixi-memarlıq abidəsi kimi
qeydiyyata alınmış yaşayış binası
Füzuli küçəsinin genişləndirilməsi
məqsədilə 23+27 aprel 2013-cü il
tarixdə 10.5 metr geriyə
sürüşdürülmüşdür”.
Bu bir cümləlik məlumatın elə ilk söz və ifadələrini oxuyarkən, indiki “jurnalistlərin” və jurnalistikanın tez-tez istifadə etdiyi bir söz yada düşür: şok. Hələ şok bir yana, sanki adamı üstəlik “tok” da vurur. Necə yəni “Azərbaycan Respublikasının Prezidenti CƏNAB İLHAM ƏLİYEVİN sərəncamı ilə 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa olunmuş” bina? Bu nə deməkdir? Bu hansı dilin “məhsuludur”? Hələ orasını demirik ki, “18000 ton ağırlığında tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmış” söz birləşməsinin “açmasını” kimin verəcəyi də sual altındadır.
Əslində bu bir cümlənin “siqləti” haqqında çox şey yazmaq olar. Amma oxucuların qızıldan qiymətli vaxtını almaq istəmədiyim üçün, siyasətçilər demiş, birbaşa konstruktiv təklifə keçmək istəyirəm. İndi gəlin, təqdim edilən cümlənin quruluşunu bir az dəyişib “adam dilində” birlikdə “tərtib” edək.
Birinci variant:
“1908-ci ildə
Hacınski qardaşları tərəfindən
inşa olunmuş 18000 ton ağırlığında
tarixi-memarlıq abidəsi kimi
qeydiyyata alınmış yaşayış binası
Füzuli küçəsinin genişləndirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti
CƏNAB İLHAM ƏLİYEVİN
sərəncamı ilə 23+27 aprel 2013-cü il
tarixdə 10.5 metr geriyə
sürüşdürülmüşdür”.
Əgər hiss etdinizsə, bu cümlədə də “nəsə” bir “çatışmazlıq” vardır. Elə isə digər bir variantı təklif etmək olar:
“Hacınski qardaşları tərəfindən 1908-ci ildə inşa olunmuş 18000 ton ağırlığında tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınmış yaşayış binası Füzuli küçəsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti CƏNAB İLHAM ƏLİYEVİN sərəncamı ilə 23+27 aprel 2013-cü il tarixdə 10.5 metr geriyə
sürüşdürülmüşdür”.
Əlbəttə, yalnız “lövhədə” istifadə olunmuş leksemlərə istinadən yazılmış bu “mətn”də də çatışmazlıq var.

Amma “ehtiyatda” başqa variantlar da var. Allaha şükür, bizim zəngin dilimiz ən mürəkkəb fikri belə ifarə etməyə qadirdir.
Bu kiçik mətnin baş-ayaq qurulmuş strukturundan hiss olunur ki, “lövhəni” hazırlayan və ya hazırladan şanlı məmurlar bütün “intellektual” güclərini səfərbər edərək, nəyin bahasına olursa-olsun dövlət rəhbərinin adını cümlənin əvvəlində işlətməyə çalışıblar. Çalışıblar və çaşıblar. İstəkləri və istədikləri alınmayıb. Halbuki onların ürəklərindən keçən fikri ifadə edə biləcək kifayət qədər “variantlar” tapmaq olardı. Sadəcə, bunun üçün bir az baş işlətmək lazım idi. İndi mən həmin variantlardan birini sizə təqdim edirəm. Və rica edirəm ki, Allah xatirinə, o lövhədəki mətni tezliklə dəyişin. Belə bir “lövhəni” şəhərin düz ortasındakı gözəl bir binanın yaxasından asmaq həm onu inşa edənlərin, həm onun bərpasını və yerinin dəyişdirilməsini təşkil edənlərin adına təhqirdir. Hələ Füzulini demirəm. Axı həmin bina dilimizdəki hər sözün üstündə ürəyi nanə yarpağı kimi əsən dahi şairin adını daşıyan küçədə yerləşir.
Hə, indi isə elə bu “yazını” mərmər lövhənin üstündə həkk etdirmiş məmurların da arzu və istəyini təmin edə biləcək alternativ mətni təqdim edirəm:
“Azərbaycan Respublikasının Prezidenti
CƏNAB İLHAM ƏLİYEVİN
sərəncamı ilə 23-27 aprel 2013-cü il
tarixdə Füzuli küçəsinin genişləndirilməsi
məqsədilə 10.5 metr geriyə
sürüşdürülmüş, 18000 ton ağırlığında
tarixi-memarlıq abidəsi kimi
qeydiyyata alınmış yaşayış binası
Hacınski qardaşları tərəfindən
1908-ci ildə
inşa olunmuşdur”.
Vəssalam. Cümlədəki “18000 ton ağırlığında” ifadəsini dəyişib “ümumi çəkisi 18000 ton olan” şəklində vermək daha münasib olardı...
Əlbəttə, bu kiçik lövhənin arxasında böyük istehlakçı məqsədi və merkantel maraq, sadə şəkildə desək “çörək ağacı” aşıq-aşkar görünür. Amma, ancaq, lakin və fəqət... Bu cür məsuliyyətsiz, savadsız, başdansovdu “yazının” bir adı var: BİABIRÇILIQ...
Öz şəxsi maraqlarınız naminə dilimizi korlamayın, cənablar. “Dilbilən” olmaq hələ “dili bilən” olmaq deyil. Çalışın yanınızda dili bilənlər olsun.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək