15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Gələcək nazir... kim olmalıdır? - Firuz Mustafa yazır
Tarix: 24-05-2020 18:59 | Bölmə: Firuz MUSTAFA

Bir neçə gündür ki, sosial şəbəkələrdə mədəniyyət naziri “seçirlər”. Başadüşüləndir. Nə “seçənləri”, nə də “seçiləni” istehza ilə qarşılamaq düzgün deyildir. Geniş əhali təbəqəsi milli mədəniyyət və incəsənət sferalarının idarə olunması kimi mühüm bir işin kimə tapşırılmasının fərqindədir. Hətta, buna görə narahatlıq hissi keçirir. Anlaşılandır. Mən də bir qələm əhli və sosioloq kimi, konkret olaraq heç bir “namizədin” adını çəkmədən gələcəkdə kimi nazir görmək istədiyimi bəyan etmək niyyətindəyəm.
Bəribaşdan deyim ki, “gedənin” arxasınca danışmaq istəmirəm. Ona görə yox ki, “neytraliteti” gözləyirəm və ya “bitərəfəm”. Xeyr. Səbəb bunda deyil. Əslində nazir Ə. Qarayevlə mənim aramda elə bir xüsusi ixtilaf olmayıb. O, mənim əsərimin premyerasında da iştirak edib. Hətta, mən ötən il MN-nin keçirdiyi dram müsabiqəsində birinci yeri tutmuşam. Amma bu qurumla “davam” (görünür, dramaturgiya ilə məşğul olduğum üçün) əsasən teatrlarla bağlı olub. Və bu “dava” heç vaxt şəxsi səciyyə daşımayıb. Mən zaman-zaman teatrlarda baş verən neqativ halları, o cümlədən “direktor teatrlarını”, savadsız rejissorları, istedadsız dramaturqları, zəif repertuarı tənqid etmişəm. Növbəti yazımdan sonra ölkə teatrlarının qapısı üzümə bağlanıb, əsərim “Azdrama”nın repertuar planından çıxarılıb, ssenarim əsasında çəkilməsi planlaşdırılan film “gedər-gəlməzdə” qalıb. Halbuki bu “qadağalar dövründə” mənim bir sıra xarici ölkə teatrlarında (Türkiyə, Rusiya, Ukrayna) əsərlərim tamaşaya qoyulub. Qəribədir, bəzən səsimiz yaxında olanlara çatmır.
Əlbəttə, mən nazirlikdə baş verən nöqsanları pisləyirəm. Amma günahkar təkcə bir adammı? Zənnimcə, bu yerdə uzun müddət qabda qalan su haqda məşhur məsəli də xatırlatmaq yerinə düşər.
Artıq dediyim kimi, mən indi öz şəxsi problemlərimi qabartmaq niyyətində deyiləm. Yalnız öz “ictimai xarakterli” təkliflərimi irəli sürə bilərəm.
Bildiyiniz kimi, Mədəniyyət Nazirliyi “Hökümət evi”ndə yerləşir. Həmin binanın bütün giriş və çıxış qapılarında polis məntəqələri var. Yəqin ki, elə bu cür də olmalıdır; çünki burada bir neçə strateji təsisat və nazirlik yerləşir. Məsələ burasındadır ki, “polis səddini” keçib binaya daxil olan adam mərtəbələrin birində ikinci bir mühafizə xətti ilə də qarşılaşır. Bura MN-dir. Bəli, Mədəniyyət Nazirliyinin əməkdaşları əlahiddə bir qurum kimi mühafizə olunur, “qorunur”. Digər nazirliklərə daxil olmaq qismən asan olsa da mədəniyyətimizin keşiyi və beşiyi başında olan Nazirliyə qədəm basmaq əmri-mahaldır. Xatırladaq ki, bu “polad sədlər” əvvəlki nazir Polad Bülbüloğlunun vaxtından çəkilib və bu günəcən qalmaqdadır. Hesab edirəm ki, gələcək nazirin başlıca vəzifələrindən biri və ya birincisi mədəniyyət adamlarının üzünə qapanmış bu “polad sədləri” aradan götürmək olacaq.
Bəs kim nazir olmalıdır? Məlum məsələdir ki, bu cür postlara adamlar seçki ilə və ya qazandığı şöhrətə, populyarlığa görə deyil, dövlət başçısının təyinatı ilə təsdiq olunur. Amma bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə bir çox məşhur incəsənət xadimlərinin adı çəkilir. Burada da xoş niyyət yox deyildir.
Əlbəttə, bizdə gözütox, vicdanlı, ləyaqətli adamlar çoxdur. Elə sənət və incəsənət xadimləri arasında da belələri kifayət qədərdir. Amma nədənsə bir çoxları məmurluqla sənət anlayışının yaxın və uzaq, hətta, bəzən bir-biri ilə ziddiyyət təşkil edən cəhətlərini nəzərə almırlar.
Tam səmimiyyətlə deyirəm ki, Mədəniyyət Nazirliyində kifayət qədər savadlı, vətənpərvər, ziyalı, gözütox, bir sözlə “adam içinə çıxarılmalı” adamlar çoxdur. Mən onların bəzilərini yaxşı tanıyıram. İndi sosial şəbəkələrdə adı çəkilən “ünvanlara”, o cümlədən MN-ə tuşlanan nifrət və qəzəbin səbəbini yaxşı anlasam da, belə yerdə qeyd-şərtlərsiz keçinməyin mümkünsüzlüyünü də vurğulamaq zorundayam. Bəli, həmin qurumda həm gənclər, həm də ortayaşlılar arasında, lap elə nazir olmaq üçün də layiqli kadrlar vardır.
Sonra. Açıq deməliyik ki, vətəndaşlarımızı qıcıqlandıran əsas məsələlərdən biri də yüksək ranqlı məmurların öz doğma dilini bilməməsi və ya çox pis bilməsidir. Və bu, haqlı olaraq geniş auditoriyada gülüş, tənqid hədəfinə çevrilir. Düzünü deyim ki, mən öz dilini bilməyən adamla öz dilindən başqa heç bir əcnəbi dil bilməyən adam arasında elə bir fərq görmürəm. Yəni hər iki hal yarımçıqlıq nümunəsidir. Bu gün məmurların bir neçə dil bilməsi qanunauyğun hal hesab olunmalıdır. “Dilbilməzlər” yaşadığımız dövrün, mühitin nəbzini necə tuta bilərlər? Əlbəttə, dediyim kimi, bütün bu yada düşən və düşməyən keyfiyyətlər ilk növbədə öz dilimizə, öz adət-ənənələrimizə bələdçilikdən keçir və ya keçməlidir.
Sonra. Yeni nazir yeni vəzifəyə yeni “uzaqmənzilli” mədəni proqramla gəlməlidir.
Düzünü deyim ki, əslində bu saydığım keyfiyyətlər (peşəkarlıq, dil, proqram və sair) hələ işin bir növ “texniki” tərəfidir. Hər bir vəzifəli məmurun sinəsində bir vətəndaş ürəyi də vurmalıdır. Vicdanı və şərəfi olmayan adamdan nə dövlət, nə də millət xeyir götürə bilər. Vəssalam.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək