15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Mirzə Fətəli Axundov türkdür - Firuz Mustafa yazır
Tarix: 23-05-2020 23:35 | Bölmə: Firuz MUSTAFA

Dahi ədibin milli mənsubiyyəti haqqında müxtəsər qeydlər
Son vaxtlar bir sıra müəlliflərin yazılarında belə bir fikrə rast gəlirik: Axundov (Axundzadə) öz tərcümeyi-halında yazıb ki, “milliyyətcə farsam”.
Axundov doğrudanmı farsdır?
Əslində Axundov çar Rusiyasında qəbul olunmuş rəsmi dövlət qaydalarına görə doğru deyirdi - o, “fars” idi. Çünki bu cür “rəsmiyyəti” həmin dövrün mövcud ərkanı tələb edirdi. Amma indiki zaman üçün həmin fikir əsassızdır, o, milliyyətcə türkdür. (Hətta, Axundovu ərəb hesab edənlər də var).
Etiraz edib deyə bilərlər ki, bu məsələdə nə “ozaman-buzaman” söhbəti ola bilər ki? Kişinin oğlu öz dəst-xətti ilə milliyyətcə kim olduğunu yazıbsa, ta biz buna nə əlavə edə bilərik?.. Əslində isə bu barədə çox şey demək olar.
Bəyəm bizim millətin adının, bəzənsə bizim soyadımızın neçə dəfə dəyişdirildiyindən xəbəriniz yoxdur?
Məsələ burasındadır ki, Axundov dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisi hesab olunurdu. Mirzə Fətəlinin atası Məmmədtağı tərtəmiz türk qövmünə mənsubdur - Təbriz yaxınlığındakı Xamnə kəndində doğulub. Bildiyiniz kimi, böyük mütəfəkkirin anası Nanə xanım isə Nuxada (Şəkidə) dünyaya göz açıb.
İran ərazisi uzun illər və əsrlər boyu müxtəlif cür adlandırılmışdır. Bütün bu “adlandırmaların” və dövlət quruluşlarının sadalanması geniş bir təsnifat tələb edir. Fakt budur ki, 1935-ci ilə qədər İran Persiya adlandırılmış, onun vətəndaşları isə “fars” və “pers” adlandırılmışdır. Axundov dünyaya gələndən az sonra biz rus imperiyasının təbəliyinə daxil olsaq da, həmin dövrəcən doğulanların indiki anlamda desək “doğum haqqında şəhadətnaməsi” olmayıb, amma sonralar dövlət qulluğuna götürülən adamları dəftərxanalarda “fars” kimi qeyd ediblər.

Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mizə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərin milliyəti də müxtəlif rəsmi və qeyri-rəsmi sənədlərdə gah “tatar”, gah “qafqazlı”, gah da “fars” kimi qeyd olunub. Hətta soydaşlarımızdan bir çoxu xristian və ya slavyan təbəliyini qəbul etmişlər.
İstər-istəməz sual çıxır: bəs niyə türk yox, fars?
Məsələ burasındadır ki, o vaxtlar əksər hallarda İran ərazisində doğulan insanlar fars, Rusiyada doğulan insanlarsa rus adlandırılırdı.
Təkcə İranda və Rusiyadamı belə idi? Xeyr. Lap elə bu yaxınlara qədər, yəni Sovetlər Birliyi çökənəcən, SSRİ-dən xaricə gedən vətəndaşların az qala hamısına ya “rus”, ya da “sovet adamı” deyirdilər. Və yaxud lap indinin özündə də Çindən gələnin hamısına çinli, İngiltirədən gələnin hamısına ingilis, Afrikadan gələnin hamısına zənci deyilmirmi?
Axundovun zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara fars və ya qafqazlı, bəzənsə tatar deyirdilər. Hətta, Mirzə Fətəliyə tiflisli, nuxalı, rus deyənlər də olub.
Qəribədir, bu gün Axundovu “İranpərəstlikdə”, İranı sevməkdə təqsirləndirən adamlar var. Burada hansı “pərəstlikdən” söhbət gedə bilər ki, Mirzə Fətəli daim İran mollalarını xalqı cəhalətə sürəklədiklərinə görə tənqid atəşinə tutub? Düzdür, böyük ədibin “Kəmallüdövlə məktublarında” İranın “şanlı keçmişindən” söhbət açmışdır. Lakin bu hisslər Axundovun öz uşaqlığını keçirdiyi doğma vətənə, doğma dilə və doğma adamlara olan məhəbbətdən qaynaqlanır.
Bəzən Mirzə Fətəlinin ümumiyyətlə türkləri və ya Türkiyəni sevmədiyi iddia olunur. Yalandır. Axundov yazırdı: “Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt bir xalq olsun”. Böyük mütəfəkkir sonra qeyd edirdi ki, “lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”. Bəli, Axundov xalqa zidd olan bütün əməlləri qamçılayırdı.
Axundovu “ərəbçilikdə” ittiham edənlərə də təsadüf olunur. Mirzə Fətəli sanki xalqa üz tutaraq yazırdı: “Ac və çılpaq ərəblər səni 1280 ildir bədbəxt etməkdədir”.
2020-ci ildə YUNESKO-nun təşəbbüsü ilə 150 illiyi qeyd edilən böyük ədibimiz Ə. Haqverdiyevin 1928-ci ildə “Maarif və mədəniyyət” jurnalının 3-cü sayında çap olunmuş “M.F.Axundzadə haqqında” adlı məqaləsində yazırdı: “Epoletli, mükafatlar, medallarla bəzədilmiş mundirlər...altında odlu bir ürək döyünürdü”.
Bu gün Axundovu, hətta, mason lojasının üzvü olduğunu iddia edənlər də vardır. Amma ortada bunu təsdiq edən bir fakt yoxdur. Axundov təpədən-dırnağacan xalqına bağlı bir şəxsiyyət olub. O yazırdı: “Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir”.
“Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur”. Bu, Mirzə Fətəli Axundovdun dediyi sözlərdir.
Mən bu müxtəsər qeydləri niyə yazıram?
Çünki indi təkcə adi adamların arasında deyil, özünü “alim” hesab edən şəxslərin sırasında da bisavadlıq artmaqdadır... Və onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edir.
Qısası, Axundov türkdür.
P.S. Yeri gəlmişkən, Mirzə Fətəlinin soyadı barədə bir-iki kəlmə demək istərdim. Doğrudur, ədibin ilk ədəbi əsərlərinin mühüm qismi “Axundzadə” soyadı ilə dərc edilib. Amma bütün dünyada o həm də “Axundov” soyadı ilə tanınır. Elə bu səbəbdən də böyük mütəfəkkirin soyadının “sabitləşməsi” zəruridir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək