15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yazıçı qonorarı və... - Firuz Mustafa yazır
Tarix: 06-05-2020 11:53 | Bölmə: Firuz MUSTAFA

Tolstoyla Dostoyevskinin qələmhaqqı arasında nə qədər fərq vardı?
Ən varlı yazıçı kimdir?
Qraf Lev Tolstoy gəncliyində pulu sağa-sola xərcləyən əhlikef bir adam olub. O, orta yaşlarından etibarən pulu sevməyə başlayıb. Amma qocalıq yaşına çatandan sonra Tolstoyun nəinki pula, hətta bu dünyada baş verən bir çox məsələlərə heç bir marağı qalmamışdı. Bunu bir çoxları bilmir, ömrünün lap son günündə evdən çıxıb getməyinə də bir səbəb yazıçı ilə öz arvadı Sofya Bers arasında pul və sərvətlə bağlı yaranan mübahisə olmuşdu. Yox, bu, pula sevgidən deyildi...
Dediyim kimi, artıq bu vaxtlar Tolstoy üçün pul elə bir mahiyyət kəsb etmirdi. Hələ bu azmış kimi, qoca Lev Nikolayeviç öz ailə büdcəsini də “talayır”, xeyriyyəçilik edir, kasıblara əl tuturdu. O vaxtlar Rusiyada haqları pozulan dini azlıqların - duxoborların Rusiyadan sağ-salamat çıxıb getməsinə də Tolstoy yardım etmişdi. Yazıçı “Hərb və sülh” romanını nəzərdə tutduğu vaxtdan xeyli əvvəl bitirib nəşriyyata vermiş, aldığı yüksək qonorarın hamısını Rusiyadan Kanadaya köçən dini təriqətin üzvlərinə, yəni duxoborlara xərcləmişdi.
Qonorar demişkən...
Xatırladaq ki, Lev Tolstoy sağlığında Rusiyanın ən çox qonorar alan yazıçılarından biri, lap elə birincisi idi. Belə ki, Dostoyevski hər çap vərəq üçün yüz rubl alırdısa, Tolstoy beşyüz rubl alırdı.
Tarixən Şərqdə yazı-pozu adamlarına qonorar yox, ənam verirdilər.
İlk qonorarı Avropa yazıçıları almağa başlayıb.
Rus ədəbiyyatında ilk sistemli qonorar alan Puşkin olub.
Şeir kitabları elə o vaxt da gəlirli deyildi. Daha çox nəsr əsərləri qazanc gətirirdi.
Bəs görəsən, ümumiyyətlə, rus yazıçıları nə qədər qonorar alırdı?
Məsələn, Mixail Zaqoskin 1831-ci ildə nəşr edilən “Roslavlev” kitabına görə 40.000 rubl, A. S. Puşkin 1833-cü ildə nəşr edilən “Yevgeni Onegin”ə görə 12.000 rubl, M. Lermontov “Zəmanəmizin qəhrəmanı” romanına görə (1841-ci ildə) 1.500 rubl, İ. Qonçarov “Oblamov” romanına görə (1859-cu ildə) 10.000 rubl, İ. Turgenev “Zadəgan yuvası” romanına görə (1859-cu ildə) 4.000 rubl, F. Dostoyevski “İdiot” romanına görə (1868-cu ildə) 7.000 rubl, L. Tolstoy “Anna Karenina” romanına görə (1877-ci ildə) 20.000 rubl qonorar almışdı.
O dövrdəki pulun dəyərini öyrənmək istəyənlərin nəzərinə belə bir “aydınlaşdırıcı məsəl” çəkmək istəyirəm. Məsələn, 12.000 rubla Moskvada ev almaq olurdu. 2.000 rubla dördnəfərlik kareta, 30 rubla 30 şüşə amerikan romu, 400 rubla 400 kisə kartof, 600 rubla dörd yüz dənə yekə qarpız, 2 rubla 500 yumurta almaq olurdu.
Dediyim kimi, Rusiyada təxminən iki yüz il bundan əvvəl formalaşmağa başlayan qonorar sistemi, yaradıcı adamların həyatının stimullaşmasında mühüm rol oynadı. Xüsusən adlı-sanlı nasirlər aldıqları qonorarın hesabına normal yaşayırdılar. Sonralar bu cəhətdən dramaturqlar nasirləri üstələməyə başladılar.
Zəruri qeyd. Yarızarafat-yarıciddi, hərdən düşünürəm ki, o vaxt mənim bu vaxtkı qədər əsərim tamaşaya qoyulsaydı, gör bir nə qədər qonorar alardım... Hərçənd ki, əlimə qələm alanda və yazı prosesində heç vaxt əsərin gətirəcəyi gəlir, yəni qonorar haqda düşünmürəm. Yalnız əsəri bitirəndən sonra zarafatla “qara nər” dediyim qələmhaqqı yadıma düşür.
Bəs görəsən bu günkü yazıçılar nə qədər qonorar alır?..
Bəribaşdan deyim ki, bizim yazıçıların əksəriyyəti nəinki qonorar almır, heç bu barədə təsəvvürləri də yoxdur. Bilirəm, bu yerdə “bəziləri” köks ötürüb deyəcək ki, heyif deyildi Sovet vaxtı, yazıçıların hamısı qonorar alırdı. Doğrudur, həmin dövrdə kitabları çıxanlara qonorar verirdilər. Amma məsələ burasındadır ki, o vaxtkı yazıçıların kitabları nəyəsə yarayırdı. Olsun ki, o əsərlərin bir çoxu ideoloji cəhətdən bu günlə səsləşə bilməsin. Amma heç olmasa cümlələr yerli-yerində idi. Bədii əsərlərin çoxu sözün yaxşı (və ya pis) mənasında “süzgəcdən” keçirdi. Redaktə və korrektə işinə də söz ola bilməzdi. Amma indi...
İndi özünü “yazıçı” hesab edənlərin çoxunun kitablarını o vaxt nəşriyyatlar yaxına belə buraxmazdılar.
Bəli, indi kitab çıxarmaq istəyən adam “tərləməlidir”, yəni pul xərcləməlidir. Hələ pul verib başqasına “əsər” yazdıran “ədib” və “ədibələri” demirəm.
Ortaya daha konkret bir sual da çıxır: bəs görəsən bu günün ən çox qonorar alan qələm sahibi kimdir?..
Haşiyə. Coan Roulinq, Ceyms Patterson, Stiven Kinq, Canet İvanoviç Amerikanın ən varlı yazıçısıdır. Onların illik gəliri dollar hesabı ilə milyonlarla dəyərləndirilir.
Rusiyada da qonorarla yaşayan yazıçılar vardır. Məsələn, Pelevin, Bıkov, Donsova, Akunin kimi yazıçıların illik gəliri aşağı-yuxarı yüz min dollardan yuxarıdır.
Və onu da əlavə etmək istəyirəm ki, bu günkü yazıçıların əksəriyyəti ədəbiyyata “söz sənəti”, “mənəviyyat güzgüsü” kimi yox, biznes kimi yanaşırlar. Ədəbiyyat və bazar. Vaxtilə bu barədə də yazmışam.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək