15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Cek London və Martin İden - Firuz Mustafa yazır
Tarix: 03-05-2020 00:10 | Bölmə: Firuz MUSTAFA

Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun özünə bənzəyən qəhrəmanının həyatından bəhs edən “Martin İden” romanıdır.
Mən bu iki adın bir-biri ilə “səhv”, daha doğrusu “qarışıq” düşdüyünün çox şahidi olmuşam. Yəni dəfələrlə təhsilli, yarımtəhsilli və təhsilsiz adamlardan eşitmişəm: “Martin İdenin Cek London romanı”... Və yaxud, əksinə...
Çek Londonun kim olduğu ədəbiyyatsevərlərə yaxşı məlumdur. O, amerikan yazıçısıdır. Cəmi 40 il yaşayıb.
“Martin İden” romanının eyniadlı qəhrəmanı da müəllifin özü kimi yazıçıdır. Martin İden təkcə ədəbi qəhrəman yox, həm də həyat qəhrəmanıdır. Özü də sərt həyatın sərt qəhrəmanı.
Martin İden moryakdır, dənizçidir. O, fiziki cəhətdən güçlü bir gəncdir. Cəmi 21-22 yaşı var. O, “yüksək” dairədən olan Ruf adlı qıza ilk baxışdan vurulur. Ruf savadlıdır, həssasdır, şıltaqdır, ağıllıdır. Bu xanım qız gənc dostuna ədəbiyyat, dil, mədəniyyət haqda ətraflı bilgi verir. “Qaba” Martin get-gedə elit həyata nüfuz edir və... yazıçı olmaq qərarına gəlir...
Bundan sonra ədəbiyyata gəlmək istəyən gəncin ağır, məşəqqətli, həmçinin maraqlı həyatı başlayır.
Martin İden dəniz fırtınalarından uzaqlaşıb həyat və yaradıcılıq fırtınalarına baş vurur. Sən demə, həyatın fırtınaları daha təhlükəli imiş. Bunu qəhrəman və oxucu bütün çalar və rəngləri ilə görür.
Gənc, güclü, əzmkar Martin gecə-gündüz yazır. O, yüksək cəmiyyətə can atır. Kitablarından bolluca qonorar almaq istəyir. Vurulduğu qızın - Rufun rəğbətini qazanmaq istəyir. Bir sözlə, o, cəmiyyətdə özünü təsdiq etmək istəyir.
Nədənsə bu qəhrəman mənə hər zaman təkcə müəllifin (Cek Londonun) özünü yox, həm də dahi fransız yazıçısı Balzakı xatırladıb. Çünki Onore de Balzak da bu “de” titulunu və sevdiyi qrafinya Evelina Qanskayanın rəğbətini, əslində məhəbbətini qazanmaq üçün çox məşəqqətlərə düçar olur.
Martin İden gecə-gündüz yazır və öz arzusuna çatır. O, artıq məşhur, imkanlı bir şəxsdir. Bütün Amerika ondan danışır.
O vaxtlar cəmiyyətdə ədəbiyyatın və yazıçının hörməti böyük idi. Hazırkı vaxt olsaydı ola bilsin ki, Cek London öz əsərinə ya siyasətçini, ya idmançını, ya da müğənni və ya da hansısa mafiozu, indiki anlamda “biznesmeni” qəhrəman seçərdi...
Mən əsərin məzmununu danışmaq niyyətində deyiləm.
Vaxtilə Fəlsəfə tarixi ilə paralel Dünya ədəbiyyatı tarixi üzrə də mühazirələr demişəm.
“Martin İden” romanını bir neçə dəfə oxumuşam. Əlbəttə, təkcə dərs dediyim üçün yox.
Mən hələ orta məktəbdə oxuyarkən bir neçə dəfə bu əsərin o başından vurub bu başına “çıxmışam”. Martin İden sonralar evdə, işdə, səfərlərdə də mənimlə çox “dostluq” edib. Hər oxuduqca da heyran olmuşam bu qəhrəmana.
Mən indi onunla “mübahisələrimi” də xatırlayıram. Əslində o, intihar etməyə də bilərdi. Onun yaşamaq “limiti” hələ tam tükənməmişdi. Belə bir nəhəng enerjiyə malik adam mövcud cəmiyyətə uzun müddət müqavimət göstərə bilərdi...
Amma Cek Londona və ya Martin İdenə “bəraət” verdiyim vaxtlar da az olmayıb. Axı bu zalım oğlu Cek London özü də sonda öz qəhrəmanı kimi intihar edir. Belə çıxır ki, yazıçı bu əsəri yazmaqla özünü bir növ ölümə hazırlayırmış.
Mən sonralar cəmi qırx il ömür sürmüş bu böyük ədibin “Həyat eşqi”, “Dəniz canavarı”, “Dəmir daban”, “Meksikalı”, “Aylı vadi” və digər əsərlərini də oxudum. Amma “Martin İden” sərt dəniz rəngləri və cəsur dənizçi xarakteri ilə yaddaşımda əbədi iz qoydu.
Yeri gəlmişkən, “Martin İden” romanını mərhum İslam İbrahimov dilimizə çox yüksək səviyyədə çevirib.
Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini mütləq oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun özünə bənzəyən qəhrəmanının həyatından bəhs edən “Martin İden”idir. Bu əsər həm də ədəbi fırtınanın qoynuna atılmaq istəyənlər üçün bir dərslikdir, bir xrestomatiyadır.
Böyük yazıçının olumundan və ölümündən onillər keçir.
Cek London bu gün də əsərləri dünyada ən çox tirajlanan, deməli ən çox oxunan yazıçılardan biridir.
Elə bu gün də Cek London öz əsərləri ilə daim müasirdir, maraqlıdır, aktualdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək