15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İtin dişləməkliyi... - Firuz Mustafa yazır
Tarix: 26-04-2020 19:08 | Bölmə: Firuz MUSTAFA

Və ya şikəst olmaqdan necə qurtuldum?
Bir müddət yayılan məlumata görə, rayonlardan birinin polis idarəsinin müstəntiqi küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri müstəntiqin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.
Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.
Bu məlumatı oxuyarkən xatırladım ki, mənim ayağımı da bir dəfə küçədə it dişləmişdi...
Yaxşı yadımdadır, Karl Marksın heykəlinin yanından keçirdim. İlini dəqiq xatırlamasam da, orası dəqiq yadımdadır ki, həmin vaxt artıq proletariatın dahi rəhbərinin heykəli götürülmüşdü, postamentin də yeri boş idi və deyəsən hələ orada yanacaqdoldurma məntəqəsi qərarlaşmamışdı..
Yaxınlıqda uşaqlar futbol oynayırdılar. Qəflətən arxa tərəfdən ayağıma nəyinsə zərblə toxunduğunu hiss etdim. Ani olaraq beynimdən keçdi ki, yəqin ki, yaxınlıqda futbol oynayan uşaqların topu dəyib ayağıma. Geri çevrilib “topu” geri qatarmaq istəyəndə şalvarımın balağından yapışan qıllı bir itin iri başını və zəhmli gözlərini gördüm. İti təpikləməyə başladım. Nə qədər humanist və insanpərvər... bağışlayın, heyvanpərvər olsam da belə, özümü müdafiə etməli idim. Bayaqdan kəllə vuran it, indi hirslənib iti dişlərini ayağıma saplamağa çalışırdı. İtlə əlbayaxa olduq.
Sən demə, həngamə geridə imiş. Bir cavan, sarışın oğlan itə sarı qaçaraq hündürdən söyə-söyə haray-həşir salmağa başladı. Düşündüm ki, yəqin bu gənc mənə kömək eməyə tələsir. Sən demə, oğlan doğrudan da köməyə tələsirmiş, amma mənim yox, itin köməyinə. İt də həşir qoparmağa başladı.
Oğlan rus idi. İt isə öz sahibini görüb daha da şitənmişdi.
Oğlan iti birtəhər sakitləşdirdi. Belə məlum oldu ki, bu rus uşağı bu itin sahibidir. Mən əsəbi halda dedim ki, niyə ağzına ağızlıq-burunluq keçirilməmiş itlə bayıra çıxmısan? Oğlan dedi ki, kefim belə istəyir, yəni əcəb eləmişəm. Mən irəli yeriyib bu həyasız oğlana itin həmlə etdiyi ayağımla bir təpik ilişdirmək istədim. Oğlan qırımımı başa düşüb geri çəkildi. Deyəsən, it oğlanın qorxub öz mövqeyindən geri çəkiləcəyini və bizim mübahisə etdiyimizi hiss etmişdi. Və bununla barışmaq istəmirdi. İt təzədən həşir qoparmağa başladı. Yaxınlıqda futbol oynayan uşaqlar bizə yaxınlaşaraq iti və onun sahibini qovmağa başladılar. İtlə rus uşağının səsi bir-birinə qarışmışdı.
Yoluma davam etməyə başladım.
Az sonra ayağımda agrı qarışıq gicişmə duyub ayaq saxladım. Sən demə, şalvarın balağı şilimlənmiş, itin iti dişi isə ayağımım arxasını siyiribmiş.
Baş verənlərə çox da fikir verməməyə çalışırdım. Amma aradan bir müddət keçəndən sonra rastlaşdığım tələbəlik dostum Tofiq Xəlilə bu barədə danışanda, o, mənə dedi ki, belə şeylə zarafat etmək olmaz, gedək həkimə müraciət edək. Razılaşdım. Getdik. Bizi ixtisasca neftçi olmuş bolşevik Semaşkonun adını daşıyan (indi Nağıyevin adını daşıyan) xəstəxanada qocaman bir həkimin yanına apardılar. Həkim köhnənin adamı idi. Sifəti kobud baltanın yonduğu düyünlü ağaca bənzəyirdi. Bomboz-pırpız qaşlarının altından muncuq boyda kiçik-dəyirmi gözləri işıldayırdı. O anlarda gözümün qarşısında məni dişləyən itin zəhmli suratı (yəni sifəti) canlandı. Az sonra həmin qocaman həkimin yanında gənc bir “medsestra” xanım da peyda oldu.
Həkim qalın şüşəli eynəyini taxıb ayağımın sıyrılan nahiyəsinə baxdı və başladı öz “şərtlərini” diktə etməyə:
- Bilirsən, cavan öğlan, məsələ qəlizdir. Biz sənin ayağının bu hissəsini deşib oradan nümunə götürəcəyik. Səni qorxutmuram ha... Nə desən ola bilər. Sonra həmin nümunəni tədqiq etməyə göndərəcəyik... Səni qorxutmuram ha... Sonra o nümunəni əkəcəyik... Səni qorxutmuram ha... Nümunə diqqətlə öyrəniləcək... Səni qorxutmuram ha...
Bu yorucu və qorxulu söhbət əsnasında başımı qaldırıb həkimin arxasında dayanaraq mənə müəmmalı şəkildə göz-qaş edən “medsestra” xanıma baxmalı oldum. O, deyəsən, mənə “qarğa dilində”, daha doğrusu pontomim üsulla, əl barmaqlarının müəmmalı işarələri ilə nəyisə izah etmək istəyirdi. Arxa planda gedən “oyundan” təbii ki, bixəbər olan qocaman həkimsə hələ danışmağında idi. O, işə başlamaq üçün mənim razılığımı almaq istəyirdi. “Bax, səni qorxutmuram ha...”
Həmin vaxt qocaman həkimin peysərinin arxasında dayanmış “medsestra” xanım əlini kəskin şəkildə sağa-sola yellədib israrla mənə “yox de”, “razı olma” işarəsini verdi. Mən onun işarələrinin “dilini” anlayıb üzbəüz dayandığımız həkimə dedim:
- Yox, doktor, mənim elə uzun-uzadı proseduraya baş qoşmağa vaxtım yoxdur... Məsləhətinizə görə təşəkkür edirəm.
Qısası, ortaq məxrəcə, siyasilər demiş konsensusa gəldik. Bərayi-ehtiyat bir iynə vurdular. Qocaman həkimi “razı salıb” gənc tibb baçısının əyləşdiyi kabinəyə getdik. Ondan nə üçün mənim müalicəyə razılıq verməməyimi işarə ilə də olsa izah etməsinin səbəbini soruşdum.
Xanım bir qədər duruxub dedi:
- Bu adam indiyəcən neçə-neçə adamı az qala şikəst edib. Pulgirin biridir. Yaşlı adamdır. Heç huşu-zadı qalmayıb. İşdən də çıxara bilmirlər, çünki yuxarıda adamı var.- Bu yerdə əl işarələri ilə işləməyi yaxşı bacardığını bayaqkı fəaliyyətində gözəl nümayiş etdirən gənc xanım şəhadət barmağını yuxarı tuşladı.- Ona görə sizə işarə elədim ki, bunun dediyinə qəti razılıq verməyin.
Xanıma təşəkkür edib xəstəxanadan çıxdıq.
Dostum gülüb dedi:
- Şikəst olmaqdan yaxşı canını qurtardın.
Gülüşdük.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək