15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Oxşar süjetlər, fərqli təqdimatlar... - Firuz Mustafa yazır
Tarix: 22-04-2020 20:34 | Bölmə: Firuz MUSTAFA

...əbədi və ədəbi suallar
Dünya ədəbiyyatında oxşar, hətta, az qala eyni süjet əsasında ortaya gələn dahiyanə əsərlər az deyildir. Buna aid saysız-hesabsız nümunələr də gətirmək olar. Məsələn, yeri gəlmişkən bu yaxınlarda eyni ildə doğulan (1924-cü ildə) və eyni yaşda (96 yaşında-F.M.) vəfat etmiş iki görkəmli rus yazıçısının əsərlərini - Yuri Bondarevin “Sahil” romanının və Leonid Zorinin “Varşava melodiyası” dramını xatırlatmaq istəyirəm. Bu əsərlər sırasında Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin “Taun vaxtı məhəbbət” əsərini də yada salmağı lazım bilirəm. Məsələ burasındadır ki, hər üç əsərin süjeti və əsas qəhrəmanları bir-birlərinə çox bənzəyirlər. Hər üç əsərin qəhrəmanı yaşlı kişilərdir. Süjeti uzun-uzadı danışıb çox vaxt almaq istəmirəm. Bu əsərlərin məğzi həm də ondan ibarətdir ki, qəhrəmanlar ilk gənclik çağlarında gənc xanımlara vurulurlar və sonralar obyektiv səbəblər ucbatından öz sevgililərindən uzaq düşürlər. Aradan onillər keçəndən sonra bu qəhrəmanlar, yəni bu ahıl adamlar bir-birlərinə yenidən qovuşurlar və gənclik çağlarında olduğu kimi, yenə çılğın bir sevgi yaşayırlar.
Lakin kim deyə bilər ki, bu əsərlər “plagiatdır”, oxşardır və yaxud biri digərinin təkrarıdır? Belə bir iddiada bulunmaq yalnız səfehliyə dəlalət edə bilər. Süjet eyni olsa da təhkiyə, manera, təqdimat, təsvir, üslub tamamilə fərqlidir.
(Haşiyə. İndi bu sətirləri yaza-yaza xatırladım ki, elə mənim “Tıxac” pyesimin qəhrəmanları da təxminən bu taleni yaşamış insanlardır, amma onlar əsərdə ikinci planda iştirak edirlər. Yaxşı ki, vaxtilə Gəncə teatrında tamaşaya qoyulmuş bu əsər çox da geniş təbliğ edilməyib. Yaxşı ki, elə mən özüm də elə çox məşhur deyiləm. Yoxsa bəzi ədəbi sərsəmlər mənim də həmin dahilərdən “bəhrələndiyimi” israr edəcəkdilər. Bu anologiya, halbuki mənim yadıma elə indi düşdü).
...Lap elə, yeri gəlmişkən, bu “oxşarlıq” kontekstində dünyaca məşhur başqa bir çox əsərləri də yada salmaq olar.
Məsələn, Qustav Flöberin “Madam Bovari”, Lev Tolstoyun “Anna Karenina”, Mixail Şoloxovun “Sakit Don” adlı dünyaca məşhur romanlarının əsas qadın qəhrəmanları – Emma Bovari, Anna Karenina və Aksinya ərli ola-ola yad kişilərlə eşq yaşayırlar.
İndi bu qəhrəmanlara, necə deyərlər, “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, həmin əsərlər yüsək ödüllərə layiq görülüb.
Amma “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin müəllifi Anarı və onun qəhrəmanlarını tənqid edənlər az deyil. Yad kişiyə vurulmş ailəli qadının obrazını yaratdığına görə müəllifi az qala ittiham edirlər. Axı Anar nə vaxt, harada bu obraza bəraət verdiyini və ya Təhminənin ideal qadın olduğunu söyləyib? Belə şey olmayıb axı.
“Madam Bovari” haqda da bir neçə kəlmə əlavə etmək istəyirəm. Vaxtilə Qustav Flöberi ittiham edənlər ondan israrla soruşurdular ki, hörmətli ədib, de görək sən Fransada ərinə xəyanət edən belə bir qadını şəxsən tanıyırsanmı? Yazıq Flöber konkret fakt deməyə çəkinirdi. Axı bədii əsərdə hansı “faktologiyadan” danışasan? Amma “oxucular” ondan əl çəkmək istəmirdilər. Axırda boğaza yığılan yazıçı məcburiyyət qarşısında qalıb belə dedi: “Əzizlərim, Madam Bovari elə mən özüməm”.
Və elə buradaca bir haşiyə çıxmaq istəyirəm.
Məsələ burasındadır ki, bir varianta görə, Flöberdən heç də az məşhur olmayan digər bir dahi fransız yazıçısı Gi De Mopassan məhz ... Flöberin nikahdankənar doğulmuş oğludur.
Düzdür, Mopassanın atası rəsmən zadəgan nəslindən olan bir adamdı və tərs kimi onun da adı Qustav idi, yəni Qustav de Mopassan. Amma gələcək yazıçının anası xanım Laura Le-Puatvan o zaman məşhur olan yazıçı Flöberin fanatı idi və memurlarda yazılanlara inansaq, gələcək dahi yazıçının əsl atası onun rəsmi, yəni bizdə deyildiyi kimi, əri “kağız üstə olan” Qustav de Mopassan deyil, məhz indi hamının tanıdığı Qustav Flöber idi. Ki yəni, Mopassanın yazıçılığı da elə bu gendən, yəni anasının məşuqu olan dahidən gəlir.
Sözümün canı odur ki, özümüz özümüzə, yəni özümüzünkülərin yazdığına hücum etməyə daim hazırıq.
Təəssüf ki¸ indi bizdə az oxuyub çox danışanlar az deyil. Heç oxumayıb lap çox danışanların da sayı-hesabı yoxdur. Ən maraqlısı isə budur ki, bu “savadın” sahibləri arasında “ədəbiyyyat cəfakeşləri” də kifayət qədərdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək