15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Məhəmməd xan Naxçıvanski: hərb işi şərəf, siyasət...
Tarix: 16-03-2021 18:17 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Mühacirət tariximiz. Tariximizin və tədqiqatlarımızın keçdiyi inkişaf yolunda həmin tarixə qayğı ilə yanaşmaq tələb olunur. Həm də müstəqil dövlət quruculuğu şəraitində Azərbaycan tarix elminin bəzi araşdırıcıları ciddi mənbələrə əsaslanmadan cənuba üz tutmuş tarixi şəxsiyyətlərimizi populist tənqid edərək belə təməllər üzərində inkişaf etmək istəyirlərsə, bu, nəinki elmi, həmçinin dövlət və milli mənafelər baxımından ziyanlıdır. Belə yanaşma ilə tarix elmimizin ciddi uğur qazanacağı şübhəli görünür. Tədqiqatlarımızda ədalətli olaq.
Biz bu yazımızda şərəfli bir ömür yolu keçmiş hərbçimizin həyatını işıqlandıracağıq. Məhəmməd xan Naxçıvanskinin.
Məhəmməd xan bir Naxçıvanlı muhacir ailəsindən çıxmışdı. Atası mirpənc Məhəmmədbağır xan İran Kazak briqadasının alimənsəb zabitlərindən idi.
O, 1889-cu ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Somra İran Kazak briqadasının məktəbində oxumuşdu. Daha sonra Rusiyaya yollanmış, hərbi akademiyada ali hərbi təhsilə yiyələnmişdi. Bu təhsil ocağını tamamlayandan sonra İrana dönmüşdü. İran Kazak briqadasında xidmətini davam etdirmişdi. Atasının Əmir Müvəssəq ləqəbini daşıyırdı.

Məhəmməd xan Naxçıvanski İran Kazak briqadasının bir çox əməliyyatlarında iştirak etmişdi.
Məhəmməd xan Naxçıvanski 1916-cı ildə sərtib (briqadir) rütbəsində idi. Həmin ildə İran Kazak dviziyasının qərargah rəisi olmuşdu.
Məhəmməd xan Naxçıvanski İran Kazak dviziyasının məktəbində dərs demişdi.
Məhəmməd xan Naxçıvanski 1920-ci ildə əmir tuman (general leytenant) rütbəsi ilə İran Kazak briqadasının Qəzvin dəstəsinin (otryadının) komandiri vəzifəsini icra edirdi. (Baqir Aqili, Rza şah və qoşuni mütəhidəlşəkil, Tehran, Nəşri Namək, 1384/2007, s. 801)
Məhəmməd xan Naxçıvanski 1921-ci il hökumət çevrilişindən sonra, yeni qoşunda sərtib rütbəsinə layiq görülmüşdü. Bu rütbə ilə yeni yaranmış orduda hərbi məktəbin rəisi təyin olunmuşdu.
Rza xan Sərdari Sipəh onu ərkani hərbin (ordu qərargah şurasının) üzvü seçdi.
Məhəmməd xan Naxçıvanski 1927-ci ildə Həbibullah xan Şeybaninin əvəzinə İran Ordusunun Baş qərargah rəisi təyin edildi.
Məhəmməd xan Naxçıvanski 1931-ci ildə sərləşkər (general-mayor) rütbəsinə layiq görüldü.
Məhəmməd xan Naxçıvanski 1934-cü ildə Baş nazir Məhəmmədəli Füruği hökumətinin hərbi naziri idi. 1936-cı ilədək bu vəzifəni icra etmişdi. Sonra İsmayıl xan Əmir Fəzli onu əvəz etdi. O, da ordunun maliyyə idarəsində xidmət etməyə başladı.
Məhəmməd xan Naxçıvanski 1941-ci ildə Əhməd xan Naxçıvanskidən sonra hərbi nazir vəzifəsini icra etmişdi.
1945-ci ilin 12 dekabrında Azərbaycan Muxtar Cümhuriyyətinin yaradıldığı elan edildi. İran hökuməti Təbrizdə baş verən bu hadisələrin qarşısını almaq üçün ora ordu hissələri göndərmək istədikdə sovet hərbi komandanlığı buna mane oldu.
Məhəmməd xan Naxçıvanski 1948-ci ildə sepəhbud (general-leytenant) rütbəsi almışdı.
Məhəmməd xan Naxçıvanski sonra İran Hərbi universitetinin rəisi olmuşdu.
Məhəmməd xan Naxçıvanski Baş nazir Məhəmməd Müsəddiqin kabinəsi dövründə Fars ostanının general-qubernatoru idi.

İran iş adamlarının da böyük bir qismi daxili bazarın və ümumiyyətlə ölkənin hərtərəfli inkişafı baxımından neft sənayesinin milliləşdirilməsini qəti şəkildə tələb etməyə başladılar. Onların mövqeyini İran ziyalıları, ticarətçilər və sənətkarlar, həmçinin nüfuzlu şiə ruhaniləri müdafiə etdilər. Bütün bunlar onunla nəticələndi ki, həmin qüvvələr bir araya gəlib siyasi blok təşkil etdilər. Blok Milli Cəbhə adlanırdı, bir siyasi təşkilat olaraq 1949-cu ilin payızında yaranmışdı. Bəlli olduğu kimi, həmin dövrdə məclisə seçkilər kampaniyası gedirdi və blokun yaranmasında bu amilin də rolu az deyildi. Milli Cəbhənin başında doktor Müsəddiq (1879-1967) dururdu. O, İranın müstəqil xarici siyasət yeritməsi uğrunda çıxış edirdi, şahın və sarayın hüquqlarının genişləndirilməsinin əleyhinə idi, şaha edilən sui-qəsd cəhdindən sonra kütləvi represiyaların dayandırılmasını tələb edirdi. Ümumiyyətlə, həmin dövrdə istər İranın öz daxilində, istərsə də onunla bağlı xaricdə baş verən proseslər Milli Cəbhənin fəaliyyət imkanlarını genişləndirdi. 1949-1953-cü illərdə bu təşkilatın özəyini "Vətən" partiyası təşkil etsə də, müxtəlif görüşlü bir sıra ictimai və siyasi xadimlər də ona daxil olmuşdu. Milli Cəbhənin siyahısı ilə məclisə girənlər arasında "Mücahidane islam" təşkilatının yaradıcısı Kaşani, Demokrat Partiyasının bəzi görkəmli üzvləri, hətta İran Kommunist Partiyasının keçmiş üzvü də var idi. Onların hamısını isə bir istək birləşdirirdi: İran müstəqil daxili və xarici siyasət yeritməlidir, İİNK-ın milliləşdirilməsi ölkənin müstəqil inkişafının əsas şərti ola bilər. Elə sonuncu tezisdən çıxış edərək doktor Müsəddiq cənub neft yataqları üzərində İranın hüquqlarının bərpa edilməsini Milli Cəbhənin əsas proqram maddələrindən biri etmişdi. Nəhayət, 1951-ci ilin 19 fevralında Müsəddiq neft sənayesinin milliləşdirilməsi haqqında qanun layihəsini məclisə təqdim etdi. Neft sənayesini milliləşdirməyin mümkünsüzlüyünü söyləyən və "əlavə sazişin" təsdiq edilməsi lehinə təkidli çıxış edən baş nazir Əli Razmara martın 7-də öldürüldü. Aprelin 26-da Müsəddiqin təqdim etdiyi qanun layihəsi təsdiqləndi və üç gündən sonra o, baş nazir təyin olundu. Müsəddiq 1953-cü ilin avqustuna qədər baş nazir kimi fəaliyyətini davam etdirdi (3, 134). 1951-ci ilin iyulundan ABŞ vasitəçiliyi öz üzərinə götürdü. ABŞ prezidenti Trumenin nümayəndəsi Harriman Tehrana gəldi. Lakin bu heç bir nəticə vermədi, belə ki, Böyük Britaniya İran neftini blokadaya almağı bacardı. 1951-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəsələr də, Müsəddiq buna razı olmadı. Şah 1952-ci ilin iyulunda Müsəddiqi baş nazir vəzifəsindən götürüb, onun yerinə Əhməd Qəvvaməssəltənəni gətirdi. Lakin bu tədbir narazılıqla qarşılandı. İranda müxtəlif etiraz aksiyaları keçirildi. Polis və ordu işə qarışdı, qan töküldü. Nəticədə, iyulun 21-də Qəvvam əs-Səltənə istefa verdi və Müsəddiq yenidən Baş nazir vəzifəsinə gətirildi. Müsəddiq 1953-cü ilin fevralında şahı taxtdan uzaqlaşmağa məcbur etdi. Müsəddiq bununla da İranda bütün hakimiyyəti öz əlində toplamış olurdu. Lakin o, hakimiyyətdə çox qala bilmədi. General Fəzlulla Zahidinin başçılığı altında 1953-cü ilin 19 avqustunda hərbçilərin təşkil etdiyi dövlət çevrilişi uğurla nəticələndi. Müsəddiq hakimiyyətdən salındı və həbs edildi. Üç gün sonra isə şah ölkəyə qayıtdı. General Zahidi baş nazir təyin olundu. Bundan sonra qərblə münasibətlər bərpa olunmağa başladı. İİNK və ABŞ neft şirkətlərinin nümayəndələrindən ibarət bir komissiya yaradıldı. Həmin komissiya ilə İran arasında 1954-cü ilin 5 avqustunda müqavilə imzalandı.
Məhəmməd xan Naxçıvanski Müsəddiqin devrilməsindən sonra siyasi və hərbi işdən çəkilmişdi.
Məhəmməd xan Naxçıvanski 1975-ci ildə vəfat edib.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək