15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əllamə Cəlaləddin Hümayi kimdir?
Tarix: 16-04-2022 09:26 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İranda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş alimlərdən biri də Əllamə Cəlaləddin Hümayidir. O, yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə İran ədəbiyyatşünasları arasında özünəməxsus yer tutur.
Cəlaləddin Hümayi 1900-cü ildə Qacarlar dövlətinə bağlı İsfahan şəhərinin Baqala məhəlləsində dünyaya göz açıb. Tərab təxəllüslü şair və alim Əbülqasım Məhəmməd Nasirin oğludur. Babası Hümayi Şirazi də alim və şair idi.
Cəlaləddin Hümayi kiçik yaşlarında bir müddət Mədrəsə-i Həqaiq və Mədrəsə-i Qüdsiyyədə oxuyub. Ayrıca atasından və Şeyx Əbülqasım İraqidən sərf, nəhv və məntiq dərsləri alıb. 1910-cu ilin sonlarına doğru Nim-Avurd adı verilən bir mədrəsəyə gedib. İyirmi il sərasər oxuduğu bu mədrəsədə Ayətullahil-uzma Seyyid Mirzə Bağır Durçəi kimi dönəmin tanınmış alimlərindən faydalanıb. Dərs aldığı digər müəllimlər Hakim Məhəmməd Xorasani, Əli Müdərris Yəzdi, Seyyid Mehdi Durçəi, Mirzə Əli Cənabdır. Burada fiqh, üsul-i fiqh, kəlam, məntiq, təsəvvüf, ədəbiyyat, astronomiya və fəlsəfə oxuyub. Bir tərəfdən təhsilini davam etdirərkən, bir tərəfdən də İsfahanda yeni qurulan mədrəsələrdə dərs deyib.

Cəlaləddin Hümayi 1929-cu ildə Milli Təhsil nazirliyində çalışmağa başlayıb. Orta təhsildə ədəbiyyat sinifi açmaq üçün Təbrizdə göndərilib. 1931-ci ildə Tehrana dönüb. Mədrəsə-i Darülfünun, Mədrəsə-i Şərəf-i Müzəffəri, Dəbiristan-ı Nizam və Danişkədə-i Əfsəridə fars dilində mətnlər, ədəbiyyat tarixi və ədəbi sənətlər öyrədib. Tehran Universiteti Hüquq fakültəsində, Fiqh və ədəbiyyat fakültəsində ədəbi sənətlərlə bağlı mühazirələr aparıb.
Cəlaləddin Hümayi şair idi. Səna təxəllüsü ilə şeirlər yazırdı. 1966-ıcı ildə əməkli olduqdan sonra bütün vaxtını elmi çalışmalara ayırıb. Yazdığı əsərlərlə bərabər bir çox klassik əsəri nəşrə hazırlayıb.
Cəlaləddin Hümayi 19 iyul 1980-ci ildə Tehranda vəfat edib və İsfahanda toprağa tapşırılıb.
“Əncümən-i ustadan-i zəban u ədəbiyyat-i farsi” cəmiyyəti tərəfindən onun xatirəsinə “Hümayinamə! adlı bir ərmağan kitabı nəşr etdirib. Bu kitab görkəmli ədəbiyyatşünasa böyük ehtiramın ifadəsidir.
Əllamə Cəlaləddin Hümayinin yaradıcılığı çoxcəhətli və rəngarəngdir. Çox sayda əsər qələmə alan Hümayinin əsərlərinin bəziləri bunlardır:
“Tarix-i ədəbiyyat-i İran”. Beş cild olaraq hazırlanan əsərin ilk iki cildi bir arada Təbrizdə (1308/1929) və Tehranda (1340/1961) nəşr olunub. “Risalə dər şərḥ-i əhval-i şüʿara-yı İṣfahan-ı qərn-ı 13-14 hicri”, “Ṣınaət-i ədəbi dər fənn-i Bədiʿ u axsam-ı şeir-i farsi” (Tehran, 1342/1963). “Ṭablə-i Əṭṭar və nəsim-i gülistan” (Tehran, 1346/1967). Kitab Fəridəddin Əttar və Sədi Şirazi haqqında yazılmış iki məqalədən ibarətdir. “Xəyyaminamə” (Tehran, 1346/1967.). Ömər Xəyyamın həyatı və əsərləri haqqında yazılan iki cildlik bu əsərin sadəcə ilk cildi nəşr olunub. “Təfsir-i məsnəvi-i Mövləvi: Dastan-i qalʿa-yi zatüṣ-ṣuvər ya diz-i Xoşrüba” (Tehran, 1349/1970.). Mövlanə Cəlaləddin Ruminin Məssnəvisindəki bir hekayəsinin şərhidir. “Fünun-i bəlaġət və sınaət-i ədəbi” (Tehran,1370/1985). “Təsəvvüf dər İslam”. Əbu Səid-i Əbülxeyr ilə ilgili bir çalışmadır (Tehran, 1374/1989). “Divan-ı S̱əna” (Tehran, 1367/1982.). Daha öncə bir qismi “Danişnamə” adıyla (İsfahan, 1302/1923.), bir qismi də müxtəlif dərgi və kitablarda dərc olunan şeirləri Mahiduxt Banu Hümayi tərəfindən nəşrə hazırlanıb.

Əllamə Cəlaləddin Hümayi sələflərinin ən yaxşı ənənələrini davam etdirərək klassik ədəbiyyatın araşdırılmasına sanballı elmi əsərlər həsr etdirib.
Mətnşünaslıq sahəsində yazdığı əsərlər, tərtib etdiyi klassik ədəbiyyat nümunələri, nəşr etdirdiyi kitablar, təqdim etdiyi müqəddimələr, şərhlər və izahlar Hümayinin fədakar mətnşünas olduğunu qabarıq surətdə nəzərə çarpdırır. Əllamə Cəlaləddin Hümayinin “Müntəxab-i əxlaq-i Nasıri” (Tehran, 1320/1941) əsəri Tusişünaslığa layiqli tövhədir. Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri haqqında xüsusi tədqiqat aparmış Cəlaləddin Hümayi həmin təqlidi kitabların bəzilərinin adını çəkməklə onların “Əxlaqi-Nasiri”yə nisbətən çox aşağı səviyyədə olduqlarını qeyd edir. Bunların içərisində “Əxlaqi-Cəlali”, “Əxlaqi-Möhsini”, “Əxlaqi-Mənsuri” və “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki, son yeddi yüz əlli beş ildə yaradılmış bu tipli kitablar heç “Əxlaqi-Nasiri”nin yüzdə bir səviyyəsinə yüksələ bilməyib.
Əllamə Cəlaləddin Hümayinin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətləri əvəzolunmazdır. O, zəngin, mənalı, şərəfli bir alim ömrü yaşayıb. Alimin bir sıra kitabları elmi-ədəbi ictimaiyyət tərəfindən dönə-dönə təqdir edilib. Məşğul olduğu elm sahələri və istiqamətlərin hamısında o, yüksək professionallıq nümayiş etdirib. Mətnşünas kimi bir çox əsərləri nəşrə hazırlayıb. Bunlardan: Sultan Vələdin “Vələdnamə” (Tehran, 1316/1937), Biruninin “Kitabüt-təfhim” (Tehran, 1316/1937); Hakim Muxtari Qəznəvinin “Təsḥiḥ-i divan-ı Ḥakim Muxtari-i Qəznəvi” (Tehran, 1340/1961), Kaşaninin “Miṣbaḥul-hidayə və miftaḥul-kifayə” (Tehran 1325/1946.) adlı əsərlərini göstərmək olar.

Əllamə Cəlaləddin Hümayinin nəşrə hazırladığı kitablardan biri də Höccətülislam Əbu Həmid Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd ibn Əhməd əl-Qəzzali ət-Tusinin (1058-1111) “Nəsihətül-müluk” (Tehran 1316/1937) əsəridir. Onun “Qəzzalinamə: Şərḥ-i hal u asar u əfkar-ı İmam Məḥəmməd Ġəzzali” (Tehran, 1318/1939) adlı sanballı əsəri dövründə öz dəyərini alıb. Əsər İmam Qəzzalinin həyatı və əsərləri ilə bərabər İslami elmlər, ədəbiyyat və İslam məzhəbləri haqqında geniş bilgi ehtiva edir. Hümayi bu əsərində üzə çıxardığı çoxsaylı əlyazmaları və dövrü mətbuat materiallarını elmi ictimaiyyətə və oxuculara çatdırmaq üçün onları sadəcə təqdim etməyib, mahiyyətini açaraq, elmi əhəmiyyətini aydınlaşdırmaqla həm də nəzəri cəhətdən şərh edib.
Əllamə Hümayinin “Tarix-i İṣfahan”, “Tarix-i ədvar-ı fiqh-i İslami”, “Şərḥ-i müşkilat-i əşʿar-i məs̱nəvi-i Mövləvi”, “Risalə-i əfkar u əqayid-i Mövləvi” kimi bəzi əsərləri hələ nəşr olunmayıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək