15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Şücaləşkər Xalxali: mülkədarlıqdan mübarizliyə
Tarix: 14-05-2022 19:00 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Şücaləşkər Xalxali Cənubi Azərbaycanda və bütün İranda imperializmə qarşı və demokratik azadlıqlar uğrunda mübarizə aparmış ictimai-siyasi mübarizlər arasında xüsusi yer tutur.
1882-ci ildə Xalxal vilayətinin Xuruşi-Rüstəm bölgəsinin mərkəzi Heşəcin kəndində doğulan Rza xan Paşa xan oğlu orta təhsilini doğma kəndində alıb. Daha sonra Tehranda oxuyub. Əvvəlcə Əmir Müzəffər, sonra Şücaləşkər ləqəbini daşıyıb. Atası "Xancan ağa" kimi tanınan Paşa xan Xuruşi-Rüstəm bölgəsinin möhtərəm maliklərindən idi.
Şücaləşkər hələ Tehranda oxuyarkən azadxahlara qoşulub. O, Heydər xan Əmioğlu ilə dostluq edib.
Şücaləşkər Xalxali təhsilini tamamlayandan sonra siyasi işlərə başlayıb, məşrutəçilərə qoşulub və Azərbaycan əncüməninin üzvü olub.
Şücaləşkər Xalxali İran Milli Məclisinin topa tutulması zamanı bir çox mücahidlə İran Kazak briqadasının mənsublarına qarşı mübarizə aparıb.

Şücaləşkər Xalxali Ərdəbil hakimi Nağı xan Rəşidülmülkün ordusuna daxil olub və qırx nəfərdən ibarət qafqazlı mücahidə başçılıq edib. O, Rəşid Əmir Nizam Gərrusinin yardımı ilə 1907-ci ildə Xalxal şəhərinə daxil olub, Nasir-Dəftərin mənzilində məskunlaşıb. Şəqaqi elinin, Şatiranlı oymağının başçısı Əmir Əşairin sakitləşdirilməsində fəal iştirak edib.
Şücaləşkər Xalxali Məşrutə hərəkatı dövründə Xalxal şəhərinin və mücahidlərin başçısı olub.
1907-ci ildən başlayaraq Xalxal vilayətində xalq hərəkatı genişlənib. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri, o cümlədən Xalxal irticaçılardan təmizlənib. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar.
Xalxal mücahidləri daim Ərdəbillə əlaqə saxlayırdılar. Ərdəbil doğrudan da inqilabın genişlənməsi və dərinləşməsi nöqteyi-nəzərindən ikinci Təbrizə çevrilmişdi.
Üsyanın qələbəsindən sonra Ərdəbil vilayət əncüməninə yeni seçkilər keçirilib. Həmin seçkilərdə Ağa Mir Tahir (sədr), Molla Ağa Mirzə Lütvəli, Hacı Mirzə Yaqub, tacirlərdən Abdulla Xanık, Mirzə İbrahim Ərbab gəlmə fədailərin başçısı Mir Mahmud inqilabi əncümənə üzv seçiliblər.
Yeni əncümənə burjua-mülkədar nümayəndələri ilə birlikdə, yoxsul xalqın mənafeyinin ifadəçiləri də seçilib. Gördüyü tədbirlərə görə yeni əncümən əvvəlkilərə nisbətən demokratik olub.
Vilayət əncüməni bir sıra inzibati idarələr yaradıb. Bunlardan məhkəmə - “Əncüməne ədliyyə”ni göstərmək olar. Həmin əncümənə dörd nəfər daxil idi və onlar kiçik məhkəmə işlərinə baxırdılar.
Şəhərdə qayda-qanunu gözləmək üçün yerli fədilərdən şəhər nəzmiyyə hissələri də yaradılıb. Nəzmiyyə idarəsinə 150 nəfər polis, on nəfər polis zabiti cəlb edilib və onların rəisi Ağa xan olub (Gürcüstan MA, f. 15, siyahı, 1, iş 170, v. 150-158).
1909-cu il avqustun axırlarında Səttar xan Kirmanşahlı Yarməhəmməd xan və Hüseyn xan, Mirzə Əli xan Yavərzadə və Ağayi Mirzə Ələkbər xan Ətailə birlikdə 70-80 nəfərlik kiçik bir dəstə ilə Təbrizdən yola düşüb. Həmişə Səttar xanla olan Hacı İsmayıl ağa Əmirxizi və Ağa Mirzə İsmayıl Yekani də onlarla idi. Sarabda onları çox təntənə ilə qarşıladılar və bir çoxları onun dəstəsinə qoşulub. Onun dəstəsi artaraq 250-300 nəfərə çatıb.
Sentyabrın 6-da Səttar xan öz dəstəsi ilə Ərdəbilə çatıb. Milli qəhrəman onu qarşılamağa gəlmiş əncümən üzvləri, başqa siyasi xadimlər və demək olar ki, bütün şəhər əhalisinin alqışları altında təntənəli surətdə şəhərə daxil olun (Əhməd Kəsrəvi, Tarixe-Məşruteye-İran, 3-cü cild, Tehran, 1323, s.422).
Buradakı fədailər, xüsusən gəlmə fədailər öz qəhrəmanlarını qarşılamaq üçün hazırlaşaraq, şəhərin bir neçə kilometrliyində yaxşı təşkil edilmiş düşərgələr yaradıb və onun pişvazına çıxmaq üçün Konstitusiya tərəfdarlarından xüsusi nümayəndəlik yaradaraq Saraba göndəriblər.
Şahsevən başçıları da, demək olar ki, hamısı Ərdəbilə gələrək Səttar xanla tanış olublar. Lakin bir neçə gün keçdikdən sonra onlar gediblər.
1911-ci ilin avqust ayında Marağa valisi Hacı Səməd xan Şücaüddövlə özünü keçmiş monarx Məhəmmədəli şahın tərəfdarı elan edib. 4.000 nəfərlik qoşun və hərbi texnika ilə Təbrizə yaxınlaşaraq, əncümənə göndərdiyi telqramla Məhəmmədəli şah tərəfindən Azərbaycana vali təyin edildiyini bildirib. Təbrizlilərə müraciətlə Məhəmmədəli şahın hakimiyyətinə tabe olmalarını tələb edib. [Əhməd Kəsrəvi, Tarixe-Məşruteye-İran, 2-ci cild, Tehran, 1323, səh.204.].
Eyni zamanda, Məhəmmədəli şahın yaxın adamı Mücəlalüssultanın təhriki ilə Ərdəbil, Meşkin və Xalxalda yaşayan Şahsevən elinin xanları da keçmiş şahın tərəfinə keçiblər. Onlar avqust ayının əvvəlində Ərdəbili, sentyabr ayında Xalxalı tutublar.

Hələ Müxbirüssəltənə Mehdiqulu xan Hidayət vali olduğu zaman, 1911-ci ilin may ayından başlayaraq, Azərbaycan əyalət əncüməni Şahsevən və Qaradağ feodallarının əksinqilabi yürüşlərinin qarşısını almaq məqsədilə Sərab bölgəsinə 4 min nəfərlik silahlı qüvvə toplanmışdı. Vali Müxbirüssəltənə tərəfindən marağalı Hacı Səməd xan Şücaüddövlə onlara başçı təyin edilmişdi. Müxbirüssəltənə valilikdən götürüldükdən sonra əncümən bu qüvvənin tərkibində dəyişiklik aparmamışdı. Mücəlləlüssultan Şahsevən elinin qüvvələrilə Ərdəbil üzərinə hücuma keçdikdə Azərbaycan əncüməni həmin qüvvənin Ərdəbili müdafiə etməsinə göstəriş verib. Lakin Şücaəddövlə əncümənin əmrini həyata keçirməyib, hətta Məhəmmədəli şah tərəfindən Azərbaycana vali təyin olunduğunu elan edib. [СДД, вып. VII, стр.110.] Hacı Səməd xan Şücaüddövlə Cənubi Azərbaycanın əksinqilabi qüvvələrini öz ətrafına toplamaq, Təbriz üzərinə hücuma keçmək məqsədilə və Qaradağ feodalları və digər əksinqilabi qüvvələrlə əlaqə yaradaraq Təbriz yaxınlığında yerləşən Basmınc qəsəbəsində hərbi düşərgə salıb. [“İrani-nou” qəzeti, №103, 29 iyul 1911-ci il.]
Şücaləşkər Xalxali I Dünya müharibəsi dönəmində Osmanlı dövlətinə mühacirət edib.
Şücaləşkər Xalxali 1922-ci ildə Məşrutə inqilabının fəal iştirakçılarından biri olan mayor Əbülqasim Lahutinin başladığı üsyana qoşulub. Üsyançılar 1922-ci il fevralın 1-də Təbrizdə hökumət idarələrini ələ keçirərək "Komite-ye Milli" (Milli Komitə) təşkil edib və mərkəzi hökumətin hakimiyyətini tanımadıqlarını bildiriblər. Milli Komitə mərkəzi hökumətdən ingilis imperializminin ölkədə ağalığına son qoymağı və demokratik islahatlar həyata keçirmək tələbini irəli sürüblər. Lakin Qacarlar dövlətinin hərbiyyə naziri Rza xan polis və jandarmın da səlahiyyətlərini öz üzərinə götürərək topxana və sair təchizatlarla böyük kazak qoşununu üsyançıların üzərinə yeridib və bu qiyam bir həftədən sonra yatırılıb. Üsyan məğlub olduqdan sonra, Şücaləşkər Xalxali Naxçıvana qaçıb. Ordan da Bakıya yollanıb. Azərbaycanda Rza Paşazadə kimi tanınıb. Ədəbi fəaliyyətlə məşğul olmağa başlayıb.
Şücaləşkər Xalxali 1943-cü ildə Bakıda vəfat edib. Bibiheybət qəbirstanlığında torpağa tapşırılıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək