15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Zəbihullah Səfa: mötəbər mənbələrin müəllifi
Tarix: 09-04-2022 14:08 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Zəbihullah Səfa İranın ədəbi-ictimai tarixində müstəsna rol oynamış bir ədəbiyyatşünasdır. O, ədəbiyyat tarixinin digər sahələri ilə yanaşı, xüsusi çətinlikləri olan İran klassik ədəbiyyatının fədakar və ardıcıl tədqiqatçılarından biridir.
Zəbihullah Səfa 7 may 1911-ci ildə Qacarlar dövlətinə bağlı Simnan vilayətinin Şahmirzad qəsəbəsində doğulmuşdu. Seyid Ələsgərin oğlu, Mir Səfinin nəvəsidir.
O, ibtidai təhsilini atasının ticarətlə məşğul olduğu Babüldə (1925), orta və ali təhsilini isə Tehran Ali Müəllimlər məktəbində və Tehran Universitetinin ədəbiyyat fakültəsinin fılsəfə və fars dili və ədəbiyyatı bölümlərində tamamlayıb (1936). Dörd il litseydə müəllimlik etdikdən sonra məzun olduğu universitetdə akademik kariyerinə başlayıb və 1948-ci ildə fars dili və ədəbiyyatı professoru ünvanı alıb. 1962-1963-cü illər dərs ilində saat hesabı olaraq Hamburq Universitetində dərs verib. Almaniyadan dönüşündə kafedra müdiri vəzifəsin gətirilib və fakültənin dekanlığına seçilib. Universitet müəllimliyi sırasında ayrıca prorektor, Tehran Universiteti nəşriyyat müdiri, UNESCO Milli Komissiyası katibi və İran Qızıl Aypara Cəmiyyətinin başçısı vəzifələrində çalışıb. Hələ tələbəliyi dövründə başladığı qəzet və dərgilərə yazı yazma, tərcüməçilik, idarəçilik və redaktorluq kimi işlərlə də maraqlanıb.

1969-cu ildə Tehran Universiteti müəllimliyindən əməkliyə ayrılan Zəbiullah Səfa Almaniyaya gedərək bir il müddətində Hamburq Universitetində dərs deyib. Ardından İrana dönüb və Tehranda elmi tədqiqatlarına davam edib. Həyatı boyunca can qoyduğu elmi və ədəbi xidmətlərindən dolayı Palmes Académiques (Fransa, 1970) daxil müxtəlif mükafatlar alıb.
Zəbihullah Səfa 29 aprel 1999-cu ildə Almaniyanın Lübek şəhərində vəfat edib. O, Hamburqdakı müsəlman məzarlığında dəfn edilib.
Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən görkəmli alim bir çox əsərlərin müəllifidir. Onun əsərləri sırasında “Həmase-serayi dər İran ta qərn-i çahardehom-i hicri” (Tehran, 1324/1945), “Tarix-i ulum-i ʿəqli dər təməddün-i İslami” (Tehran, 1331/1952.), “Le livre du millenaire dAvicenne” (Tehran, 1953), “Anthologie de poésie persane” (Paris, 1964), “Gənc-I söxən” (I-VI, Tehran, 1339/1960), “Əl-Biruni, ses oeuvres et ses pensés” (Tehran, 1353/1973), “La prose rythmique persane” (Paris, 1976), “Amuzişgahha və amuzişha dər İran” (Tehran, 1354/1975), “Gahşomari və cəşnha-yi milli-yi İraniyan” (Tehran, 1355/1976), “Tarix-i ədəbiyyat dər İran və dər qələmrov-i zeban-i farsi” (I-V, Tehran, 1358/1979), “Gəncine-i söxən” (I-VI, Tehran, 1363/1984) kimi əsərlər yer alıb. Bunlar klassik ədəbiyyatın bu mahir tədqiqatçısının çoxillik elmi axtarışları nəticəsində meydana çıxmış sanballı kitablardır.
Zəbihullah Səfa görkəmli ədəbiyyatşünas alim, fədakar tərtibçi-mətnşünas və bacarıqlı tərcüməçi kimi bir çox kitablara imza atıb. Tərcümə kitablarından “Mərg-i Soḳraṭ” (Tehran, 1314, Lamartinein La mort de Socratdan); “Rəfail” (Tehran, 1317, Lamartinein Rafaelindən), “Kəyaniyan” (Tehran, 1336, Arthur Christensenin Les kayanidesindən) adlı əsərləri göstərmək olar.

Qədim dövr və Orta əsrlər ədəbiyyatına müraciət edərkən Zəbihullah Səfa İran klassik ədəbiyyatının az öyrənilmiş, bir çox hallarda isə naməlum qalmış qatlarının üzə çıxarılıb öyrənilməsinə, tədqiq edilib dəyərləndirilməsinə həmişə xüsusi diqqət yetirib. Onun nəşr etdiyi kitablar fikrimizi sübut edir. “Mənẓume-yi yadgar-i Zərir” (Tehran, 1322.), “Divan-i Əbdülvasiʿ-i Cəbəli” (1339); “Darabname-yi Biġəmi” (Tehran, 1339), “Divan-i Seyfəddin Məḥəmməd Fərqani” (Tehran, 1341), “Darabname-yi Ṭərsusi” (Tehran, 1344), “Bəxtiyarnamə” (Tehran, 1345), “Vərqa və Gülşah” (Tehran, 1349) kimi əsərlər mühüm əhəmiyyət daşıyır.
Yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində mühüm rol oynayan, eyni zamanda zəngin mətnşünaslıq fəaliyyəti göstərən görkəmli alimin əsərləri bir çox dillərə tərcümə olunub.
İran ədəbiyyatı klassiklərinin zəngin ədəbi irsini, bədii mətnlərin dərin qatlarını, daxili dünyasını diqqətlə araşdırıb öyrənməsi və elmi-nəzəri cəhətdən obyektiv şəkildə qiymətləndirilməsi əsasında dəyərləndirməsi onun ədəbiyyatşünaslıq elmindəki özünəməxsus yerini və mövqeyini müəyyənləşdirir.
Zəbihullah Səfanın sanballı elmi əsərləri yeni nəsil tədqiqatçılar üçün mötəbər mənbələrdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək