15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
Tarix: 16-08-2021 15:51 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Klassik İran ədəbiyyatının, tarixinin, eləcə də fars dilinin tədqiqi, tədrisi və təbliği sahəsində yorulmadan çalışan alimlərdən biri də Seyid Məhəmməd Dəbirsiyaqidir.
Seyid Məhəmməd Dəbirsiyaqi 24 fevral 1920-ci ildə Qəzvində alim və arif sülaləsinə aid bir ailənin övladı olaraq dünyaya gəlib. Ulu babaları Səfəvilər dönəmində Livandan Qəzvinə köç etmiş bir sadat soyuna bağlıdır. Atası Seyid Bağır ibn Seyid Siyaq dönəminin ünlü xəttatlarından idi. Onlar Qəzvinin Gülbin məhəlləsində yaşayırdılar. Anası Mirzə Ağa xan Mustovfinin qızı olub, Mirzə Əbülqasim Mollabaşının nəvəsi idi.
Seyid Məhəmməd ibtidai və orta təhsilini məmləkəti Qəzvində tamamladıqdan sonra ali təhsil üçün daxil olduğu Tehran Universitetindən 1939-cu ildə məzun olub. Dəbirsiyaqi bu universitetdə Məliküşşuara Məhəmmədtağı Bahar (1886-1951), Bədiüzzaman Füruzanfər (1897-1970), Əliəsgər Hikmət (1893-1980), Cəlal Hümayi, Səid Nəfisi (1895-1966), İbrahim Purdavud (1885-1968), Həsən Xətibi (1917–1989) və Məhəmmədtağı Məclisi kimi birinci dərəcəli fars dili və ədəbiyatı müəllimlərindən dərs alma fürsəti tapmış və Füruzanfərin rəhbərliyi ilə hazırladığı “Mənuçəhri divanının təshihi” mövzusunda dissertasiyanı müdafiə edərək, 1945-ci ildə eyni universitetdən doktorluq dərəcəsi alıb. Dəbirsiyaqi bundan bir il sonra Beynəlxalq İranoloji Dərnəyinə (Əncümən-i Beynəlmiləl-i İran) üzv olub və 1978-ci ildə Mədəni Miras Dərnəyi (Əncümən-i Asar və Məfaxir-i Fərhəngi) elmi təşkilatın üzvü seçilib.

Mağistr pilləsini oxuduğu 1941-ci ildə Maliyə nazirliyində təhsil personalı olaraq vəzifəyə başlayan Dəbir Siyaqi 1974-cü ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışıb.
Seyid Məhəmməd Dəbirsiyaqi doktorluq təhsilini tamamladıqdan iki il sonra lüğət çalışmalarına başlamış və “Dehxuda lüğəti” hazırlanarkən çağdaş İran lüğətçiliyinin qurucusu Mirzə Əliəkbər Dehxudanın (1879-1955) 9 və Məhəmməd Muinin (1918-1971) 12 il asissenti olub. Muinin vəfatından lüğətin tamamlandığı 1980-ci ilədək bu layihədə çalışaraq bir çox maddə yazıb.
“Dehxuda lüğəti” hazırlanarkən əldə etdiyi təcrübə və bu çalışmada müşahidə etdiyi əksikliklər Dəbirsiyaqini; Seyid Cəfər Şəhidi, Rəsul Şayəstə və Həsən Əhməd-i Givi kimi önəmli alimlərlə birlikdə “Böyük Farsca Lüğət” (Lügətnamə-i Bozorg-i Farsi) adlı yeni bir əsər hazırlamağa sövq edib. Həmin lüğətin bu ana qədər “Əlif” hərfi 6 cild və “Bə” hərfinin bir qismi 2 kitab halında nəşr edilib.
Seyid Məhəmməd Dəbirsiyaqi lüğət çalışmaları ilə bərabər təhsil fəaliyətlərini də sürdürmüş, Tehran və Qəzvin universitetlərində və Milli (Behişti) Universitetində başda “Şahnamə” gəlmək üzərə farsca mətn və qrammatika dərsləri vermiş və fars dili müəllimi olaraq bir dəfə Çinin Pekin Universitetində, iki dəfə də Misirin Eyn-i Şəms Universitetində dərs deyib.
1994-cü ildə doğma yurdu Qəzvinə dönərək buraya yerləşən Dəbirsiyaqi bu müddətdə elmi çalışmalarına davam edib. Sadə bir yaşam sürdüyü və mövqe-məqam sahibi olmağa meyl etmədiyi görülən Dəbirsiyaqinin evi ədəbi çalışmaların aparıldığı bir məclis halına gəlib. Evdə başlanğıcda “Şahnamə” oxumaları aparılarkən irəliləyən illərdə “Beyhaki tarixi”, “Bustan” və “Çahar məqalə” kimi klassik əsərlər də ələ alınıb. Dəbirsiyaqi Qəzvinə döndükdən 13 il sonra lüğətşünas olmayan Tehran universiteti müəllimlərindən birinin Dehxuda institutuna müdir olaraq təyin edilməsiylə həmin qurumla əlaqəsini kəsmiş, amma akademik çalışmalarına davam etmiş və 2012-ci ildə Qəzvində öz adıyla bir xalq kitabxanası qurub. 2013-cü ildə nəşr edilən “Sugnamə” (Mənzum ağılar) Dəbirsiyaqinin çap olunan son əsəridir.

Dəbirsiyaqi elmi, mədəni və ədəbi çalışmaları səbəbiylə bir çox çevrənin sayğı və təqdirini qazanmış və 13-cü Əlyazma Əsər Mühafizəçiləri Konqresində “Seçkin Əlyazma Mütəxəssisi” mükafatına layıq görülüb. “Buxara” dərgisi də farscanın bu önəmli simasını anmaq üçün bir sayını onun haqqındakı yazılara həsr edib. Eyni amacla 1996-cı ildə Kamal Hacı Seyid tərəfindən “Dəbir-i Ədib” 2013-cü ildə isə Fərşid Sadat Şərifi tərəfindən “Ərcnamə” adlı iki kitab nəşr edildiyi kimi, Dəbirsiyaqinin həyatı bir sənədli filmə də növzu olub.
Seyid Məhəmməd Dəbirsiyaqi yaradıcılığının bir yönü də tarixi tədqiqatdır. Görkəmli mətnşünas bir çox tarixi əsərləri işləyib, giriş və indekslə nəşr edib.
Bu tipli əsərlərdən biri də Mirzə Səmianın 1725-ci ildə yazdığı “Təzkirət əl-müluk” kitabıdır. Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunu öyrənmək üçün bu əsərin xüsusi əhəmiyyəti vardır. Əsərdə verilən məlumatlardan aydın olur ki, qaynağın müəllifi dövlət təşkilatı məsələlərinə mükəmməl bələd olub. Əsərdə Azərbaycan Səfəvi dövlətinin quruluşu, orqanların statusları, məmurların səlahiyyətləri, onların ləqəb və titulları haqqında ətraflı məlumat verilib. “Təzkirət əl-müluk” əsərinin əlyazmalarından birinin fotoşəkli 1943-cü ildə məşhur şərqşünas V. Minorski tərəfindən Kembric şəhərində nəşr edilib. Həmin nəşrdə “Təzkirət əl-müluk” əsərinin əlyazmasının fotoşəklindən başqa, onun İngilis dilinə tərcüməsi və geniş izahı verilib. V. F. Minorski “Təzkirət əl-müluk” əsərinə şərh və əlavələrində dövlət və idarə quruluşu ilə yanaşı bəylərbəyiliklərdən də qısa bəhs edib.

1956-cı ildə Seyid Məhəmməd Dəbirsiyaqi həmin əsəri yenidən nəşr etdirib. Daha sonra İran alimlərindən Məsud Rəcəbniya V. Minorskinin həmin əsəri haqqında izahlarını "Səfəvi hökumətinin idarə təşkilatı" adı altında 1958-ci ildə Tehranda nəşrə hazırlayıb.
Təəssüflə qeyd etməliyik ki, bu alim Azərbaycanda o qədər də tanınmır. Belə ki, ölkəmizdə ədəbiyyat və tarix sahəsində fəaliyyət göstərmiş tədqiqatçı alimlərin fəaliyyəti yalnız filologiya və tarix sahəsinə böyük töhvələr vermək baxımından deyil, eyni zamanda oxucuların dünyagörüşünün genişlənməsi, nəzəri biliklərin artması, digər humanitar fənlərlə qarşılıqlı əlaqələr cəhətindən də böyük maraq doğurur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək