15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Zindan və zillət görmüş ziyalı... - Ənvər Çingizoğlu yazır
Tarix: 18-04-2022 21:22 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran ədəbiyyatşünaslıq elmindəki mövqeyi, elmi yaradıcılığı ilə seçilən alimlərdən biri də Əhməd Bəhmənyardır. O, İran ədəbiyyatı tədrisi metodikasının ən görkəmli mütəxəssislərindən biri olub. Əhməd Bəhmənyar orta məktəbdə sıravi ədəbiyyat müəllimliyindən Tehran Universitetinin Ədəbiyyat kafedrasının müəllimi vəzifəsinədək yüksəlib, dosent, professor elmi adlarına layiq görülüb.
1884-cü ildə Qacarlar dövlətinə bağlı Kerman əyalətinin mərkəzi Kerman şəhərində dünyaya gələn Əhməd Bəhmənyar ibtidai təhsilini atası Ağa Məhəmmədəlidən alıb. Ədib və fazil bir şəxs olan atasının yanında fars və ərəb dillərini, ədəbiyyatlarını öyrənib. Atasının vəfatından sonra elmi hövzələrə üz tutan Əhməd Bəhmənyar molla-müctəhid yanında fəlsəfə, məntiq və fiqhi əxz edib.
Ə. Bəhmənyar təhsilini tamamladıqdan sonra atasının mədrəsəsini dirçəldib, əvvəlcə “Tərbiyyət”, sonra “Səadət” adı ilə fəaliyyət göstərib. Mədrəsənin maddi və mənəvi imkanlarını genişləndirib, “İslamiyyə” və “İmadiyyə” adları ilə də şagird və tələbə qəbul edib.
Ə. Bəhmənyar müəllimliklə yanaşı jurnalistika ilə də məşğul olub. O, Məşrutə hərəkatı dönəmində (1906-1911) “Kerman” adlı qəzet çap etdirib. 1911-ci ildən sonra isə “Dehqan” qəzetini təsis edib. Bəhmənyar özü də cəmiyyət içində Dehqan kimi tanınıb.
Tehran məşrutəçilər tərəfindən fəth edildikdən sonra Məhəmmədəli şah Qacar taxtdan əl çəkib. Ölkənin bir çox yerində demokratik partiyalar fəaliyyətə başlayıb. Əhməd Bəhmənyar da Kermanda bu partiyanın özəyini yaradıb. Rəhbərlik etdiyi qəzetdə Kerman hakimi Vəkilülmülk Məhəmmədismayıl xan Nuriyə və onun himayədarı olan ingilislərə həcv və tənqidi materiallar dərc etdirib, öz partiyasının bayrağını dövlət bayrağından yuxarıda asıb.

Ə. Bəhmənyar 1915-ci ildə britaniyalılar tərəfindən tutularaq Fars əyalətinə göndərilib. Şirazda, Kərimxan qalasında 14 ay zindan həyatı yaşayıb. Zindanda olarkən Osmanlı türkcəsini öyrənib, həmin dildən bir çox şeirləri fars dilinə tərcümə edib. Bəhram Zərdüşti adlı zindan yoldaşından astronomiyanı da öyrənib.
Ə. Bəhmənyar 1917-ci ilin əvvəllərində həbsdən azad olunub və Xorasana göndərilib. O, burada maddi çətinliklərlə üzləşib.
Ə. Bəhmənyar 1923-cü ildə Məşhəd şəhərində “Fikr-e Azad” adlı qəzet çap edib. Bir il fəaliyyət göstərən qəzetin fəaliyyəti dövlət tərəfindən dayandırılıb.
Ə. Bəhmənyar nəhayət ki, Təbriz şəhərində dövlət məmuriyyətinə daxil olub. 9 il maliyyə, təhsil və ədliyyə nazirliklərində çalışıb.
Ə. Bəhmənyar 1927-ci ildə Tehran şəhərinə yollanıb. Ədliyyə nazirliyinin nəzdində məhkəmə orqanlarında xidmət edib. Qəzvin və Həmədan şəhərlərində qazı olub.
Ə. Bəhmənyar 1929-cu ildən Təhsil nazirliyinin xətti ilə müəllimlik fəaliyyətinə başlayıb. Əvvəlcə “Əmir Kəbir”, “Sərvət”, “Şərəf” və “Elmiyyə” adlı orta məktəblərdə, 1931-ci ildən “Darülfünun”, “Darülmüəllimin” adlı müəllimlər institutunda, 1935-ci ildən isə Tehran Universitetində professor ünvanı ilə ərəb dili müəllimi kimi çalışıb. Elmlər doktoru elmi dərəcəsi alıb.
Ə. Bəhmənyar 1942-ci ildən İran Elmlər Akademiyasının (Fərhəngistanın) həqiqi üzvü idi.

Ə. Bəhmənyarın əsərlərinin dili saflığı və sadəliyi ilə seçilir. İbn Malikin “Əlfiyyə” əsərinə yazdığı şərhlə bərabər 1912-ci ildə Kermanda nəşr etdirib. O, Məhəmməd ibn Münəvvərin “Əsrar ət-Touhid” əsərinin tənqidi nəşrini hazırlayıb, 1935-ci ildə Tehranda mətbəyə təqdim edib. Bəhaəddin Məhəmməd Bağdadinin “Təvəssül əlaəl-tərəssül” adlı əsərini 1936-cı ildə Tehran şəhərində nəşr etdirib. Tarixçi İbn Fındığın “Tarix-e Beyhəqi” əsərini hazırlayıb, 1938-ci ildə oxucuların ixtiyarına verib.
Onun nəşr etdiyi bir çox kitablarda klassik İran və ərəb ədəbiyyatının görkəmli ədiblərinin yaradıcılığı, həmçinin mühüm elmi-nəzəri məsələlər təhlil olunub.
Əhməd Bəhmənyar Sahib bin Abbadın bioqrafiyasını hazırlayıb. Həmin bioqrafiya 1965-ci ildə Tehranda çapdan çıxıb. Əbu Mənsurun “Kitab əl-əbniyyə ən həqaiq əl-ədviyyə” adlı əsərini giriş, şərh və təshihlərlə çapa hazırlayıb. Bu kitab 1967-ci ildə Tehranda nəşr olunub.
Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan Əhməd Bəhmənyar öz dövründə görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanıb.
İran ədəbiyyatşünaslığına böyük töhfələr verən və bu gün də elmi əhəmiyyətini qoruyub saxlayan onlarla monoqrafiya, dərslik və elmi məqalələrin müəllifi olan Ə. Bəhmənyar fars folklorunun yorulmaz toplayıcılarından idi. Onun zərbməsəllərdən ibarət olan “Dastanname-ye Bəhmənyari” əsəri isə 1978-ci ildə Tehranda işıq üzü görüb.
Ə. Bəhmənyar nəşrə hazırladığı və geniş önsöz yazdığı 3 cildlik “Ərəb ədəbiyyatının tarixi” kitabı ali məktəblərdə dərslik kimi tədris olunub.
Bir ədəbiyyatşünas və tənqidçi kimi geniş maraq dairəsində olan Ə. Bəhmənyar Səlcuqlular sülaləsindən bəhs edən “Zübdət ət-təvarix” kitabını ərəb dilindən fars dilinə tərcümə edib.
Əhməd Bəhmənyar şair idi. Klassik üslubda xoştəb şeirlər yazıb, xatirəsini qələmə alıb. Bu xatirə “Yaddaşt-e əyyam-e əvaraqi” adı ilə Bastani Pərvizi tərəfindən nəşr edilib.

Ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimin əsərləri hələ də milyonluq tirajla nəşr olunur.
Ə. Bəhmənyar 1955-ci ildə Tehran şəhərində dünyasını dəyişib, Kərbəla şəhərində dəfn edilib.
Bu kiçik yazımızda Əhməd Bəhmənyarın həyatı və fəaliyyəti, əsərləri, monoqrafiyaları, məqalələri, haqqındakı digər materialları, tərcümələri, redaktə etdiyi işlər tam əhatə olunmayıb. Amma onu tanımaq baxımından yararlıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək