15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Pərviz Natil Xanlari: mənsəbi deyil, mədəniyyəti üstün tutdu
Tarix: 05-05-2022 10:28 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətləri olan alimlərdən biri də Pərviz Natil Xanlaridir. Qədim və orta əsrlər İran ədəbiyyatının tədqiqi, tərtibi, elmi-tənqidi nəşri sahəsində müstəsna xidmətləri olan bu alimin yaşam yolu Azərbaycan oxucularına naməlumdur.
Pərviz Natil Xanlari 20 mart 1914-cü ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində dünyaya göz açıb. Əslən Mazandaranlı olan ailəsindən bir çox şəxs Qacarlar dönəminin divan təşkilatında xidmət edib. Xanlari nisbəsi babasından gəlir. Babası Mirzə Əhməd Mazandarani Etisamülmülk ləqəbi və “Xanlar xanı” ünvanı daşıyırdı. “Səfərnamə” adlı kitabı da vardı. Atası Mirzə Əbülhəsən xan Etisamülmülk Qacar sülaləsinə xidmət edib.
Pərviz Natil Xanlari ibtidai təhsilini atası Mirzə Əbülhəsən xan Etisamüddövlədən alıb, daha sonra darülfünu və Tehran Universitetinin ədəbiyyat fakültəsini bitirib (1932). İlk məqaləsi hələ tələbəykən “İqdam” qəzetində dərc olunub. Bədiüzzaman Füruzanfər, Məhəmmədtağı Bahar, Səid Nəfisi və Abbas İqbal Aştiyani kimi ustadlardan dərs alıb. Füruzanfərin kursunda Fars əruzu üzərində hazırladığı doktorluq dissertasiyası çalışmasını 1943-cü ildə tamamlayıb. Həmin il, 1979-cu ilə qədər davam edən ədəbiyyat istiqamətli aylıq “Söxən” adlı dərgi çıxarmağa başlayıb. 1948-1950-ci illər arasında Sorbonna Universitetində ali dilçilik təhsili alıb və incəsənət fakültəsinin dərslərinə qatılıb. Dönüşündə Daxili işlər nazirinin müavini təyin edilib. 1957-ci ildə ABŞ-dan aldığı bir dəvətlə vəzifəsindən ayrılaraq oraya gedib və müxtəlif universitetlərdə elmi yaradıcılıqla məşğul olub.

İrana dönəndə Cənubi Azərbaycan valiliyinə təyin edilən Pərviz Natil daha sonra Mazandarandan millət vəkili seçilib və 1962-ci ildə İranın Mədəniyyət naziri olub. Bu vəzifədə ikən dərs kitablarında etdiyi düzəlişlər təhsil və maarif sahəsində böyük bir islahat sayılıb. Onun nazirliyi sırasındakı xidmətlərindən biri də qurduğu kurslarla əhalinin oxuma-yazma, savad faizini yüksəltməyə çalışmasıdır. Mart, 1964-cü ildə nazirlikdən vəzifəsindən istefa verərək özünü elmə və ədəbi fəaliyyətə həsr edib. Əvvəlcə “Bünyad-i Fərhəng-i İran” adıyla bir təşkilat yaradıb və bu qurum araçılığıyla İranla və İslamiyyətlə ilgili bir çox əsərin nəşrini gerçəkləşdirib. Bir ara “Şahnamə cəmiyyəti”nin sədri olub; çox sayda konqres və elmi toplantıya qatılıb. Son dönəmdə şah tərəfindən gətirildiyi senatorluq vəzifəsi, 1979-cu il İran İslam İnqilabının ardından Pəhləvi rejiminin suçlularından biri olaraq ittham edilməsinə və dörd ay həbs yatmasına yol açıb.
Pərviz Natil Xanlari 23 avqust 1990-cı ildə Tehran şəhərində vəfat edib və Behişt-e Zəhra gorgahında torpağa tapşırılıb.
Pərviz Natil Xanlari şeirdə yenilik tərəfdarı olsa da, bu xüsusda həddən ziyadəliyə, həddən aşırılığa qarşı çıxıb. İlk yazdığı “Mah dər mürdab” (1937) və “Yağma-yı şəb ü zuhr” (1942) adlı şeirləri ilə məşhur olub. Onun haqqında yazarlar arasında bir məsəl yaranıb: “Gənckən şair, orta yaşlarda ədib, ahıl yaşlarda klassik ədəbiyyatın ustadı”. Kitabları ilə bərabər başda öz dərgisi “Söxən” olmaq üzrə bir çox dərgidə məqalələri dərc olunub.

Pərviz Natil Xanlarinin əsərlərində ədəbiyyat və sənət nümunələrinin sistemli, elmi təhlili boy göstərir. Onun qələmindən çıxan nümunələri ortalığa gətirək. Təhqiq-i intiqadi dər ʿəruż-i farsi” (Tehran, 1327 hş./1948, doktorluq dissertasiyasıdır), “Vəzn-i şeir-i farsi” (Tehran, 1337 hş./1958), “Dər barə-i zəban-i farsi” (Tehran 1340 hş./1961), “Zəbanşinasi və zəban-i farsi” (Tehran, 1343 hş./1964), “Tarix-i zəban-ı farsi” (Tehran, 1348 hş./1969, “Dəstur-i zəban-i farsi” (Tehran, 1351 hş./1972). Bu əsərlər əruz vəzninin, şeir vəzninin, dil tarixinin, dilin quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemlərinə həsr olunub. Fars dilinin tarixi açısından önəmli olan bu əsərlər N. H. Ənsari tərəfindən ingilis dilinə çevrilib və bir cild halında nəşr edilib: A History of the Persian Language, Delhi, 1977);
Alim geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə fars dilçiliyinə, bütövlükdə, İranşünaslıq aləminə fundamental əsərlər bəxş edib. Onun İran mədəniyyətinə dair əsərləri oxucular arasında maraq qazanıb. Bunlardan “Fərhəng və ictima” (Tehran, 1345 hş./1966); “Şeir və hünər” (Tehran, 1345 hş./1966), “Təranəha” (Tehran, 1353 hş./1974), “Hünər və ədəbiyyat-i imruz” (nəşr yeri yoxdur, 1366 hş./1987, Simin Danişvər ilə birlikdə), “Həftad söxən” (Təhran 1367 hş./1988) adlı əsərləri göstərmək olar.

Pərviz Natil Xanlarinin elmi yaradıcılığının aparıcı qollarından birini mətnşünaslıq təşkil edir. Görkəmli alim İbn Sinanın “Məxaricül-ḥuruf ya əsbabü ḥudus̱il-ḥuruf” (Tehran 1333 hş.), Hafiz Şirazinin “Çənd nüktə dər təṣḥiḥ-i divan-i Ḥafıẓ” (Tehran, 1338 hş./1959), Fəramərz Ərrəcaninin “Səmək-i əyyar” (I-V, Tehran, 1343 hş./1964), Əbülqasim Firdovsinin “Rüstəm və Söhrab: əz Şahnamə-i Firdovsi” (Tehran, 2536 şş./1977) adlı əsərlərini ilkin mənbələr və əlyazmalar əsasında nəşrə hazırlayıb. Qədim və orta əsrlər İran ədəbiyyatının tədqiqi, klassik irsin nəşri və orta əsrlər ədəbi əlaqələrinin öyrənilməsi sahəsində onun böyük xidmətləri vardır.
Pərviz Natil Xanlari səriştəli tərcüməçi kimi də özünü təsdiq edib. Onun fransız dilindən iki böyük tərcüməsi var. Bunlardan biri rus şairi Puşkindən fars dilinə çevirdiyi “Duxtər-i Sərvan” (Kapitan qızı, Tehran, 1310 hş.), digəri isə fransız filoloqu Jozef Bedyedən (1864-1938) “Tristan u İzut” (“Tristan və İzolda romanı”, Tehran 1357 hş.) əsəridir.
Pərviz Natil Xanlari bir çox orta çağ müəlliflərinin həyat və yaradıcılığı, tədqiq və təbliği işində mühüm işlər görüb, öz fəaliyyəti ilə İran ədəbiyyatşünaslığının təşəkkül və inkişafında əhəmiyyyətli rol oynayıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək