15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
Tarix: 10-09-2021 17:27 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Nəcəfqulu xan Ustaclı elinin Toxmaqlı oymağındandır. Bu oymağın nümayəndələri uzun illər Azərbaycan əyalətinin Qaradağ vilayətini idarə etdiklərindən Qaradağlı kimi tanınıblar.
Nəcəfqulu xanın atası Məhəmmədkazım xandır. Məhəmmədkazım xan Məhəmmədqasım xan oğlu 1730-cu ildən sonra Qaradağın hakimi olub. 1747-ci ildə Qaradağı müstəqil xanlıq kimi idarə edib. 1760-cı ildən sonra Kərim xan ziyafət adı ilə Şiraza aparıb, burda fəxri əsirə çevrilib.
Məhəmmədkazım xanın Mustafaqulu xan, Nəcəfqulu xan adlı oğulları vardı.
Nəcəfqulu xan Məhəmmədkazım xanın ikinci oğludur. Əhər şəhərində dünyaya gələn Nəcəfqulu xan mükəmməl saray təhsili almışdı. Sonra Şəhərdəki Şəəhabiyyə mədrəsəsində təhsilini davam etdirib. Mədrəsədə ərəb və fars dilləri ilə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat (Quran, fiqh, təfsir), riyaziyyat, həndəsə, hesab, nücum, kimya, dil, ədədbiyyat, tarix, coğrafiya sahəsində dərin bilik əldə edib. Şərq poetik sistemini mükəmməl şəkildə mənimsəyib, ilk əsərlərini də elə mədrəsədə yazmağa başlayıb.

Nəcəfqulu xan Qaradağlı bir müddət qardaşının əvəzinə xanlıq edib. Qardaşı Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərib. Ömrünün zindan illəri çox faciəli keçib. Bir müddətdən sonra zindandan azad olunub və Qaradağa qayıdıb. Kürdəşt kəndində məskunlaşıb. Kürdəşt kəndi bir müddət Qaradağ xanlığının mərkəzi olub. Burada məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxana vardı. Kürdəşt kəndində ərzaq və sursatla tam təmin olunmuş qala qərar tuturdu.
Nəcəfqulu xan Qaradağlı Kürdəşt kəndində qohumu, şair və təbib Mirzə Xürrəm və onun oğlu şair Mirzə Əli Xavər ilə ədəbi məclislər qururdu. Mirzə Xürrəmin yaradıcı mühitinə yaxın olması onun tərbiyəsində, dünya görüşünün formalaşmasında çox əhəmiyyətli olub. Ustadının tərbiyə və təlimlərindən gen-bol bəhrələnib.
Nəcəfqulu xan Qaradağlı 1791-ci ildə qardaşı Mustafaqulu xan tərəfindən Ağaməhəmməd xana girov verilib.
Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrilib. Şahın ətrafında olanlar bu yaxınlığı qəbul edə bilməyiblər. Şərləyib, şahın nəzərindən salıblar. Ağaməhəmməd şah Nəcəfqulu xanın arvad-uşağıyla bərabər Marağa zindanına salınmasını əmr edib. Bir müddət də Marağa zindanında yatan Nəcəfqulu xan kor olub. 1797-ci ildə, Ağaməhəmməd şahın öldürülməsindən sonra Marağa zindanından azad edilib. Qaradağa qayıtmayıb, Təbrizdə məskunlaşıb. Fətəli şahın hakimiyyəti illərində şahzadə Abbas mirzə Naibəssəltənə ona Təbriz civarında, Ərvənəq mahalındakı Dizəc Xəlilli kəndini bağışlayıb. Nəcəfqulu xan həmin kəndin gəliri ilə dolanıb.
Nəcəfqulu xan Qaradağlının həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun şəxsiyyəti ilə bağlı bir-iki cümlə verməklə yetinir.
Nəcəfqulu xan Qaradağlı şair idi. Gözəl təbi, bədahətən şeir demək istedadı vardı. Sərşar təxəllüsü ilə şeir yazırdı. Türk, fars və ərəb dillərində şeirləri var.

Nəcəfqulu xan Sərşarın divanı var. Tehran milli məclisinin kitabxanasında saxlanılır. Həmin divanda fars, ərəb və türk dillərində 4748 beytlik şeir var. Sərşarın şeirlərinin məzmunu şikayət və hicrandır. Rənci rüzgardan gileylidir. O, sosial haqsızlığa qarşı çıxır, fanatizmi, mövhumatı tənqid edir, düzlüyə, ağlın qələbəsinə çağırırdı.
Nəcəfqulu xan Sərşarın fars dilindəki şeirləri Xorasan və İraq səbkinə bağlıdır. Onun dövründə farsdilli Azərbaycan şairləri bu üslublarda yazırdılar.
Şairin əsərlərinin təhlili göstərir ki, o, klassik Şərq fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəyib, İslamın və eləcə də sufiliyin əsaslarına yaxından bələd olub, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnib. O, dilləri elə yaxşı öyrənib ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilib.
Nəcəfqulu xan Sərşarın divanının bir nüsxəsi isə Ayətullah Mərəşi-Nəcəfinin şəxsi kitabxanasındadır. Bu divanın katibi Hacı Rza Xəlili-Tahiri bin Mirzə Xəlil bin Kərbəlayı Dadaşdır.
Nəcəfəli xan Sərşarın şeirlərindən bir güldəstə:
Qarabağ içrə istər lalə könlüm bəs Qaradağı,
Çəkər bu həsrət odu sinəmə hər dəm qara dağı.
Bu gülşən içrə xar oldu günlü könül quşu,
Qaçan bülbül görər ağ gün əgər olsa qara bağı.
Nə qəm düstaqlıqdan şiri üçün zəncir eyb olmaz,
Qəfəsdə bülbülü, tutini saxlayırlar nə kim, zağı.
Sirişki-laləgündən qəsdim ər gülzarlıq olsa,
Edər baği-İrəm rəşgi gözüm bir ləhzə dəhr ağı.
Əgər düşmənlərim yağı olubsa səhldir billah,
Bənə bu dostlarvm bilmən neçun, yarəb, olub yağı?
Bu Sərşarın məzarında bitən lalələrin cana,
Qara dağı edər zahir bu bikəs həm Qaradağı.
Nəcəfqulu xan Sərşar 1818-ci ildə Təbriz şəhərində vəfat edib. Nəcəfüləşrəfdə dəfn edilib.
Nəticə olaraq qeyd etməliyik ki, Nəcəfqulu xan Sərşar Qaradağın siyasi həyatında fəal iştirak edib, əhalinin maariflənməsi istiqamətində böyük işlər görüb.
Bölməyə aid digər xəbərlər

11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək