15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əliəkbər Şəhabi: tarixilik və sənətkarlıq
Tarix: 24-04-2022 11:04 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
İran klassik ədəbiyyatının öyrənilməsində əməyi keçən insanlardan biri də Əliəkbər Şəhabidir. Onun İran ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmə verdiyi dəyərli töhfələrdən söhbət açacağıq.
1908-ci ildə Qacarlar dövlətinə bağlı Xorasan əyalətinin Türbəti-Heydəriyyə şəhərində anadan olmuş Əliəkbər Şəhabinin atası dövrünün tanınmış alimlərindən olan Şəhabəddin Əbdülsəlam Xorasanidir.
Əliəkbər ibtidai təhsilini məhəllə mollaxanasında alıb, sonra Ədib Nişapurinin və daha sonra Axund Məhəmmədkazım Xorasaninin yanında dini və dünyəvi elmləri öyrənib. Yeni yaranan təhsil ocaqlarından olan “Dəbiristane Şahrza”ya da yollanıb, bilik və elmini gücləndirib.
Əliəkbər Şəhabi 1930-cu ildə Tehran Darülfünununa daxil olur. O, burda müxtəlif elmlərə yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, müəllimliyə həvəs göstərir. Bu təhsil ocağını tamamlayandan sonra Tehran Universitetinin ədəbiyyat fakültəsində oxuyub. Sonra doktorluq müdafiə edib.

Əliəkbər Şəhabi əvvəlcə orta məktəbdə müəllim işləyib, sonra Tehran Universitetinin professoru olub.
Əliəkbər Şəhabi 1988-ci ildə ABŞ-da vəfat edib.
İran ədəbiyyatşünasları içərisində Vahid Dəstgirdi və Səid Nəfisidən sonra üçüncü yeri Əhməd Şəhabi tutur. O, Tehran Universitetinin professoru adına Nizamidən doktorluq işi yazdığına görə layiq görülüb. Ə. Şəhabi Nizami “Xəmsə”sinin təhlilinə geniş yer verib və müəyyən mənada onları aşmağa nail olub. O, poemalardakı beytlərin izahına geniş yer ayırıb və farsların özü üçün naməlum olan məqamlara aydınlıq gətirib. Lakin Ə. Şəhabinin Tehranda nəşr edilən 1350-ci ildəki “Nizami şairi dəstansəra” (Dastanyazan şair Nizami) başlığı ilə yazılan kitabı ilə heç cür razılaşmaq olmaz. Əgər özündən əvvəlki V. Dəstgirdi Nizamiyə bəzən İran şairi deyirdisə də, onun Gəncəli olduğunu və ondan türk qoxusu gəldiyini də etiraf edirdi. S. Nəfisi də ona fars şairi deməkdən çəkinmirdisə də, lakin Gəncəli olmasıyla sovet şərqşünasları Bertels və Marr ilə razılaşırdı.
Vahid Dəstgirdi Nizaminin Qumda anadan olma versiyasını inkar edib, onun sonradan mirzələr tərəfindən salınmasını iddia edirdisə də, Şəhabi birbaşa Nizamini İran şairi adlandırmaqdan çəkinmir, əsərinin adından göründüyü kimi, Qum məsələsini də açıqca qabardır. Bir halda ki, əksər dünya şərqsünasları Nizaminin Gəncədə doğulduğu, oradan kənara çıxmadığı, orada da yazıb-yaratdığı və məzarının da Gəncədə olmasını təsdiq edirlərsə, belə olduqda Şəhabinin Nizamiyə İran şairi deməsi əsassızdır. Bəzən fars ideologiyası özünü göstərir. Hətta, Şəhabi Nizamini Furdovsi ilə müqayisə edib, üstünlüyü Firdovsiyə verib. Halbuki dünya ədəbiyyatında Nizami ilə müqayisə ediləcək hələ elə bir şair yoxdur. Beləliklə biz, Şəhabinin Nizami əsərlərinin təhlilinə və ondan doktorluq yazmaq işinə müsbət baxırıq. Ancaq Nizamini farslaşdırmağa “yox” deyirik. Ümumiyyətlə, Nizaminin Qumda doğulması versiyası şərqşünaslar arasında müzakirə mövzusu olub. Nizaminin ilk tədqiqatçısı V. Dəstgirdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmayıb. Bu, sonradan salınıb, rus şərqşünası Bertels də bu fikri təsdiqləyir.
Əliəkbər Şəhabi kitabında şairin yaşadığı dövr və yaradıcılığı haqqında məlumat verməklə bərabər, sələfləri ilə müqayisədə Nizaminin əsərlərinin təhlili üzərində daha çox dayanıb, Xəmsənin bütün qəhrəmanlarının qısa səciyyəsini verib.
Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin naməlum müəllifi burada onu həm mühəndis-memar, həm də sepəhbod (sərkərdə) adlandırır. Əliəkbər Şəhabi isə qeyd edir ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin (parfiyalıların) şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyıb.
Əliəkbər Şəhabi “İran və Hind ədəbi əlaqələri tarixi” adlı kitab yazıb. Bu əsərində qeyd edir ki, İran və Hindistan arasında ədəbi əlaqələrin ortaq kökləri var. İki ölkənin dil və mədəniyyətlərində mövcud olan oxşar xüsusiyyətlər ədəbi-bədii fikirlərin də yaxınlığında rol oynayıb.

Əliəkbər Şəhabi “Asar və əhval Məhəmməd bin Cərir Təbəri” adlı kitab qələmə alıb. İran tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran tarixçinin fəaliyyətini, tarixi prosesə dair fikirlərini yüksək peşəkarlıqla təhlil edib qiymətləndirməsi onun bu sahəyə olan xüsusi marağını da diqqətə çatdırır. O, məlum tarixin yığcam mənzərəsini verməklə kifayətlənərək, daha çox bu böyük tarixi hadisənin doğurduğu ədəbiyyatın mahiyyətinin və əhəmiyyətinin şərh olunmasına çalışıb.
Əliəkbər Şəhabinin “Tarixçe-ye vəqf dər İslam” (İslamda vəqfin tarixçəsi) adlı kitabı uzun illər apardığı tədqiqatın nəticəsində meydana gəlib. O, tamamilə toxunulmamış bir mövzu seçib və bu haqda topladığı materialları, tədqiqat və müşahidə nəticələrini maraqlı bir kitaba çevirib.
Əliəkbər Şəhabi “Fərhənge iştiqaqi” kimi kitablarında ədəbiyyat tarixçiliyinə üstünlük verməklə yanaşı, həm də bu yaradıcı şəxsiyyətlərin əsərlərini ədəbi tənqidin süzgəcindən keçirməklə qiymət verib.
Əliəkbər Şəhabi görkəmli bir ədəbiyyatşünas kimi ədəbiyyat tarixçiliyi baxımından möhkəm təməllər üzərində yaranan böyük ədəbiyyatın problemlərini araşdırıb, müasirlik işığında qiymətləndirməyə daha çox diqqət yetirib.
Əliəkbər Şəhabinin ədəbiyyatşünaslıq sahəsindəki çoxillik fəaliyyətinin əsas qayəsi tarixilik və sənətkarlıq uğrunda mübarizədən ibarətdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək