15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Nökərçilikdən baş nazir vəzifəsinədək... - Ənvər Çingizoğlu yazır
Tarix: 15-08-2020 18:17 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

1905-ci ildən etibarən Tehranda başlayan Məşrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin şahın Məsrutə fərmanını imzalamasıyla genişləndi. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan götürülməsi, ədalətin və müstəqilliyin bərpası şüarı altında başlanmış Məşrutə hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı. Bu hərəkatın siyasi liderlərindən biri də Mirzə Nəsrulla xan Müşirüddövlə idi.
Mirzə Nəsrulla xan Mirzə Məhəmməd xan oğlu bin Mirzə Əbutalib bin Mirzə Məhəmməd bin Mir Əbdülvahab Nainin məşhur ariflər nəslindəndir. Babaları Səfəvilər sülaləsinə xidmət etmişdilər. O, cavanlığında İsfahan əyalətini tərk edib Tehrana gəlmişdi. Əvvəllcə katib kimi çalışmışdı. Savadsız adamlara məktub, ərizə, müxtəlif sənədlər yazırdı. Bir çox məktubları şəxsən çatdırdığından müxtəlif adamlarla, sərvətli, seçkin, sayılan şəxslərlə tanış olmuşdu. Həmin adamlardan bəziləri ucalmaqda pillə rolunu oynamışdılar.
Mirzə Nəsrulla xan bir müddət kitabsazlıqla məşğul olmuşdu. Sonra Asəfəddövlənin idarəsində nökər kimi işə düzəlmişdi. Sonra Mirzə Səid xan Gərmrudinin yanında, Xarici İşlər vəzarətində işləmişdi. Orda Mirzə İbrahim xan Naibülvüzəra ilə dostlaşıb, ona xidmət etməyə başlamışdı. Mirzə İbrahim xan Azərbaycana kargüzar təyin ediləndə onunla bərabər ora yollanmışdı. Təbrizdə münşiliklə məşğul olmuşdu.
Mirzə Nəsrulla xan Müsbahülmülk, Müşirülmülk, Müşirəddövlə ləqəblərini daşımışdı. Daha çox Müşirəddövlə kimi tanınmışdı.

Mirzə Nəsrulla xan orda, 1862-ci ildə Mirzə Tağı xan Acudaninin qızı ilə ailə həyatı qurmuşdu. Bu izdivac onun yuxarı vəzifələrə yolunu açmışdı. Mirzə İbrahim xan vəfat edəndən sonra Mirzə Nəsrulla xan Tehrana dönmüş, Hərbi nazirlikdə bir-birinin ardınca yüksək vəzifələr tutmuşdu.
Mirzə Nəsrulla xan Müşirəddövlə 1902-1905-ci illərdə Qacarlar səltənətinin Xarici işlər vəziri vəzifəsini icra etmişdi. O, Məşrutəçi qrupuna bağlı idi. Onun qrupuna iki oğlu - Müşirülmülk və Mötəmənülmülk də daxil idi. Səniüddövlə, Müxbiüssəltənə, Sədüddövlə, Naşiülmülk kimi ziyalılar onu dəstəkləyirdililər. (Nazimülislam Kermani, Tarixi bidari iraniyan, Tehran, “Aqah”, 1332, s.346) Bu qrup aydınlardan təkil olunmuşdu. Məliküşşüəra Məhəmmədtağı Bahara görə, İranda məşrutiyətin başlanğıcında məşrutiyətçilər və müstəbidlər iki hizb (partiya) olaraq quruldular. Bunların ilki istibdad tərəfdarlarıdırlar. Əyan (zəngin) təbəqəsi, birinci təbəqə və üçüncü təbəqə Müstəbid hizbini təşkil etdilər. Bunlar, ikinci təbəqə sayılan məşrutiyətçiləri dinsiz, devrimçi, anarxiya yaradan qrup olaraq görməkdəydilər. Məşrutiyətçilər əsasən təhsil səviyyələri yüksək olanlar və aydınlar olaraq - onlar da ikinci təbəqə sayılır - say baxımından daha kiçik bir topluma xitab edirdilər. Onlar müstəbidləri əsasən cahil, zalim, mürtece və yağmaçı olaraq görürdülər. (Məliküşşüəra Bahar, Tarixe Müxtəsər-i Əhzab-i siyasi-i İran (İnqraz-i Qacariyə), Tehran, Sepehr nəşriyyatı, C. 1, 1978, s. 1.)
Mirzə Nəsrulla xan Müşirəddövlə 1902-1907-ci illərdə İranın Məşrutə partiyasını rəhbəri vəzifəsini tutmuşdu. O, ilk məclisə təklif etmişdi ki, onlar yalnız qanunlar hazırlamaqla məşğul olsunlar, qanunun həyat keçirilməsinə nəzarət etməsinlər. Məclis onunla razılaşmamışdı.
Mirzə Nəsrulla xan Müşirəddövlə 1 avqust 1906-cı ildən 17 mart 1907-ci ilədək Qacarlar səltənətinin Baş naziri (rəisəlvüzərası) olmuşdu. Baş nazirliyi dönəmində Məşrutə hərəkatına təsiri vardı.
Mirzə Nəsrulla xan Müşirəddövlə Baş nazir Mirzə Ələsgər xan Arabəyi-Əzəmin kabinəsində (1 may 1907 – 31 avqust 1907) hərbi nazir vəzifəsinə yiyələnmişdi.
Mirzə Nəsrulla xan Müşirəddövlə 13 sentyabr 1907-ci ildə Tehran şəhərində vəfat edib. İmamzadə Saleh gorgahında dəfn edilib.
Mirzə Nəsrulla xanın Həsən xan, Hüseyn xan adlı oğlanları vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək