15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Mirzə Sadıq xan Fərahani kimdir? - Ənvər Çingizoğlu yazır
Tarix: 08-07-2020 20:31 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

XX əsrin önlərində Azərbaycanda milli şüur oyanmışdı. Milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini tanıması problemi ilə sıx bağlı idi. Güneyli-quzeyli Azərbaycanda maarifçilik və milli özünüdərk prosesinin yeni mərhələsi başlanır. Maarifçi ziyalılar xalqı kütləvi şəkildə elmə, maarifə yiyələnməyə və bu yolda öz haqqını qorumağa çağırırdı. Azərbaycan cəmiyyətində əsaslı dönüş yaradan ziyalılardan biri də Mirzə Sadıq xan Fərahani idi.
Fərahani 22 iyul 1860-cı ildə Sultanabada (indiki Əraka) bağlı Kazəran kəndində doğulmuşdu. Əsl adı Mirzə Sadıq xan olub, atası Hacı Mirzə Hüseyn və anası tərəfindən ünlü Qacar vəziri Mirzə Əbülqasım Qaimməqamın qohumudur. Ailəsində şair və dövlət adamlarının çox olması sayəsində yaxşı bir təhsil görmüşdü. Ərəb dili və ədəbiyyatı, tarix, fəlsəfə, riyaziyyat, astronomiya fənnləri ilə yanaşı Avropa ədəbiyyatını da öyrənmişdi.
Kiçik yaşda şeirlə ilgilənməyə başlayan Fərahani atasının ölümündən sonra (1874) Tehrana yollandı. Burada Əmir Nizam Həsənəli xan Gərrusi və Şahzadə Təhmasib mirzə Müəyyədüddövlənin təqdir və himayəsini gördü. Şeirlərində öncə Pərvanə təxəllüsünü işlədərkən, sonra Əmir Nizama hörmətlə Əmiri təxəllüsü ilə yazmağa başladı. Tez bir zamanda Qacarlar məmləkətində məşhurlaşdı. Müzəffərəddin şah Qacar tərəfındən 1896-cı ildə ona “Ədibülməmalik” ləqəbi verildi. 1898-ci ildə Təbrizdə qurulan Loğmaniyyə mədrəsəsinin müdir müavinliyinə dəvət edildi. Burda Məhəmmədəli xan Tərbiyətlə çiyin-çiyinə çalışmışdı.

Təbrizdə ziyalıların, şair və alimlərin toplaşdığı «Loğmaniyyə» məktəbində ədəbi, dərnək fəaliyyət göstərməyə başladı. Bu ilk ədəbi dərnəyi Mirzə Sadıq xan Ədibülməmalik idarə edirdi.
Maarifçilik hərəkatının fəallarından olan tanınmış ziyalıların bir çoxu millətə, ölkəyə fayda vermək və xalqa xidmət etmək niyyətilə yeni məktəblər, kitabxanalar açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu ziyalıların yaradıcılıq fəaliyyətində çox zaman bir çox sahələr ədəbiyyat, tarix, jurnalistika, tədris birləşirdi. Ona görə də tanınmış ziyalılar -elm, sənət və dövlət adamları o dövrdə mətbuat orqanlarının redaktoru və naşiri olurdu. Bunun nəticəsində də ölkədə qəzet və jurnalların sayı artır, mətbuatda keyfiyyət dəyişiklikləri baş verir, onlara kütlələr arasında maraq yüksəlirdi.
Mirzə Sadıq xan Fərahani də jurnalistika ilə məşğul olurdu. 1898-ci ildə həftəlik "Ədəb" qəzetini çıxarmışdı. Qafqaz və Xarəzm səyahətlərindən sonra bu qəzeti Məşhəddə nəşr etməyə davam etdi.
Mirzə Sadıq xan Fərahani 1905-ci ildə Bakıda fars dilində əlavəli türk dilində "İrşad" qəzetini çıxardı.
Məşrutə hərəkətlərini dəstəkləyən Fərahani, birinci məclisin açılmasıyla birlikdə Məclis qəzetinin yazı işləri müdirliyinə təyin edildi. 1907-ci ildə həftəlik "İraq-i Əcəm" qəzetini nəşr etdi. Bir müddət müxtəlif şəhərlərdə, o cümlədən Simnan və Yəzddə hakimlik etdi.
Mirzə Sadıq xan Fərahani 1913-cü ildə “Aftab” qəzetinin redaktoru və sahibi idi.
Mirzə Sadıq xan Fərahani 21 fevral 1917-ci ildə Tehranda vəfat etdi. “Kavə” jurnalının 17-ci nömrəsində onun haqqında nekroloq dərc edilmişdi.
Klassik şeirin hər növündə qələmini sınayan Fərahani daha çox qəsidə tərzində uğur qazandı. Qədim şairləri təqlid edərək yazdığı qəsidələrində Nasirəddin şah, Müzəffərəddin şah kimi hökmdarlarla digər əmirləri öydü və qarşılığında onlardan mükafat umdu. Məşrutə dövründən sonra vətən sevgisinin ön plana çıxdığı qəsidələrində dönəminin bütün siyasi fəaliyyətlərini izlədi; sosial hərəkətləri, reformları tərifləyib-öydü. Xalqı hürriyyət və məşrutiyyət yolunda mücadiləyə çağırdı. Gənc şairləri şeirdə yeni mövzular tapmağa və xalqa yönəlik şeir söyləməyə təşviq etdi; vətən və millət sevgisini əks etdirən şeirlərin eşq şeirlərindən daha gözəl olduğunu anlatmağa çalışdı. Məşrutədən öncə yazdığı şeirlərdə anlaşılması çətin sözlərlə yüklü bir dilə sahibkən sosial qaynaqlı şeirlərində xalqın anlaya biləcəyi bir dil işlətdi.

Ədibülməmalik mütərəqqi və bacarıqlı ziyalıları öz ətrafında birləşdirməyə nail olmuşdu.
Şeirləri ölümündən sonra Vahid Dəstgirdi tərəfindən toplanaraq nəşr edilmiş (Tehran, 1312 h.ş.) və bunun daha sonra müxtəlif çapları mövcuddur.
Mirzə Sadıq xan Fərahaninin başlıca üstünlüklərindən biri milli ideyaları ortaya qoymaq üçün daha əlverişli bir vasitəni - mətbuatı seçməsi idi. Onun ideyaları İran əhalisinin inkişafında, milli mənsubiyyətlərini dərk etməsində, bir millət kimi formalaşmalarında istiqamətverici rol oynamışdır. Ədibülməmalikin seçdiyi mətbuat xalqın kütləvi şəkildə maariflənməsi, İran millətinin oyanışı, milli və dini birlik ideyasının yayılması baxımından çox önəmli idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək