15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Faşizmdə ittiham olunan gəncəli general... - Fotolar
Tarix: 29-06-2020 14:32 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İrana səfərlərimin birində rəhmətlik dostum, polis polkovniki Akif Qorçubəyli tapşırdı ki, gör orda Sadıq xanın qohum-əqrabasını tapa bilərsənmi? Gəncədən İrana mühacirət ediblər. Mənim xanımımın simsarlarındandır. Arxiv, kitabxana qalmadı baş çəkməyəm. Tədqiqatçı dostlarımdan da xəbər aldım. Tapdıqlarımdan biri Məhəmmədsadıq xan Kopal oldu.
İran ordusunun məşhur komandanlarından biri, general-mayor Məhəmmədsadiq xan Kopal da əslən, soy-kökünə görə gəncəlidir.
Tədqiqatçı Pərviz Zare Şahmərəsi yazır:
"İran-rus müharibəsi sona çatdıqdan sonra ziyadoğlulardan bir neçə nəfər Xoya köçdülər. Deyilənə görə general-leytenant Məhəmmmədsadiq Kopal onlardan qalandır". (Pərviz Zare Şahmərəsi, Qacarlar dövründə qarabağlıların siyasət və hakimiyyətdə rolu, "Soy" dərgisi, Bakı, 2010. səh.95.)

Məhəmmədsadıq xan Kopal 1893-cü ildə Xoy şəhərində doğulub. Mirzə Məhəmməd tacirin övladıdır. İbtidai və orta təhsilini Xoy şəhərində alandan sonra İstanbula yollanıb. Orda hərbi məktəbə daxil olub, artileriyya bölməsini bitirib. İran ordusunda xidmət edib. Salare-Nizam ləqəbini daşıyırdı.
Mehdi Müctəhidinin “Məşrutiyyə dövründə Azərbaycanın görkəmli simaları” kitabında M. Kopalın tərcümeyi-halına da yer verilib. Bu kitabda qeyd olunur:
“Ordu komandanı Məhəmmədsadiq xan Kopal İran ordusunun ən ləyaqətli, əxlaqlı, şücaətli, bilikli və vətənpərvər rütbə sahiblərindən biridir. O, Xoyda doğulub, ibtidai təhsilini həmin şəhərdə başa vurub, öz tacir atası Ağa Mirzə Məhəmmədlə İstanbula gedib, orta və ali təhsilini Bosfor sahillərində tamamlayıb”. (Mehdi Müctəhidi, Recalə Azərbaycan dər əsre məşruteyyət, Təbriz, 1328, s.)
Məhəmmədsadiq xan Kopal 1911-ci ildə sultan (kapitan) rütbəsində idi.

Məhəmmədsadiq xan Kopal Əbülfət mirzə Salarüddövlənin tərəfdaşlarından idi. Salarüddövləni osmanlılar və almanlar dəstəkləyirdilər.
Məhəmmədsadiq xan Kopal 1914-cü ildə yavər (mayor) rütbəsində idi.
Məhəmmədsadiq xan Kopal Birinci Dünya müharibəsi dönəmində Kirmanşah müvəqqəti hökumətin tərkibindəki jandarm qüvvəsində xidmət edib. Sonra İstanbula yollanıb.
Məhəmmədsadiq xan Kopal 1920-ci ildə sərhəng (polkovnik) rütbəsi ilə Qacar ordusunda idi. Kürdüstanda jandarma qüvvələrinə başçılıq edirdi. Rza xanın qiyamında Tehrana gəlib, yeni hökumətin qurulmasına dəstək verdi. Yeni ordunun təşkilində iştirakçı oldu.

Məhəmmədsadiq xan Kopal 1929-cu ildə sərtib (briqadir) rütbəsinə yüksəldi. Onu şəhər polisinə rəis təyin etdilər. Bu təyinat uzun sürmədi. 1930-cu ildə onu bu vəzifədən kənarlaşdırdılar. Acığa düşüb, müxalif qüvvələrə qoşuldu. O, siyasi zəmanədaşları Əbdülhüseyn xan Teymurtaş, Firuz mirzə Nüsrətüddövlə kimi müxalifətçilərlə tutulub zindana atıldı. Rza şah siyasi rəqibləri ilə amansız rəftarı ilə tanınırdı. Amma peşiman olanları bağışlayırdı. Şah onu bağışlayıb, 1930-cu ildə Azərbaycanın əyalət ordusuna göndərdi. Əvvəlcə silah anbarında, sonra qərargahda xidmət etdi. (Aqili Baqir, Şərhi-hal rical siyasi və nizamiyi müasir İran, Tehran, 1370, III c. s. 1294)
Məhəmmədsadiq xan Kopal 1931-ci ildə Bütün İran Hərbi Hava qüvvələrinin rəisi idi.
Məhəmmədsadiq xan Kopal həmin dönəmdə Baş Qərargah rəisindən Türkiyədə hərbi attaşeliyə qədər müxtəlif vəzifələr tutub.
Məhəmmədsadiq xan Kopal 1941-ci ildə Qərbi Azərbaycanın ostandarı təyin olunub. Onu faşistlikdə ittiham edib, bir müddət həbsə atıblar. Həbsdən azad edildikdən sonra yenidən orduya qayıdıb. 1947-ci ildə general-mayor rütbəsi ilə bütün ölkənin jandarma qüvvələrinə rəhbərlik edib və daha sonra baş polis təyin olunub. Sonuncu vəzifədə yalnız bir il qaldıqdan sonra istefa verib və təqaüdə göndərilib.
O, İran ordusunda 20 il sərtib (briqadir) olaraq xidmət etmiş yeganə hərbçidir.
Məhəmmədsadıq xan Kopal 1955-ci ildə Tehranda vəfat edib. İbn Babuyə şəhərində torpağa tapşırılıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək