15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vəchulla mirzə Sepəhsalar: ordunun güvənci zor yox, gücdür - Fotolar
Tarix: 03-06-2020 13:20 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan tarix elminin bəzi araşdırıcıları ciddi mənbələrə əsaslanmadan və ya lazım bildiyi ayrı-ayrı seçmə faktları götürüb bütün Qacarlar dövrünü tənqid edərək belə təməllər üzərində inkişaf etmək istəyirlərsə, bu, nəinki elmi, həmçinin dövlət və milli mənafelər baxımından ziyanlıdır. Belə yanaşma ilə tarix elmimizin ciddi uğur qazanacağı şübhəli görünür. Ona görə də bir neçə illər ötəndən sonra məsələlərin mahiyyətinə dərindən varmadan həmin dövrü və şəxsiyyətləri ittiham etmək tarixi hadisə və proseslərə metodoloji yanaşmanın tələbləri baxımından yanlışdır. Çünki hadisə və proses, yeridilən siyasət konkret məkan və zamanda mövcud şərtlər daxilində baş verdiyindən onlara da məhz bu baxımdan, bütün tərəfləri, daxili və xarici cəhətləri nəzərə alınmaqla qiymət verilməlidir. Qacarlar dövrü də Azərbaycan xalqının zəngin tarixinin ayrılmaz tərkib hissəsidir. Onu olduğu kimi öyrənərək əsərlər yazıb xalqın istifadəsinə vermək vacibdir. Öyrənəsi vacib olan şəxsiyyətlərdən biri də Vəchulla mirzə Sepəhsalardır.
Vəchulla mirzə Qacar elinin Qovanlı oymağına məxsusdur. Qacarlar sülaləsinin 2-ci hökmdarı Fətəli şahın nəvəsidir.

Sultan Əhməd mirzənin ikinci оğlu Vəcihulla mirzə 1854-cü ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sеpahsalar ləqəbi daşıyırdı.
Vəcihulla mirzə öz ictimai fəaliyyətinə оrduya daxil оlmaqla başlayıb. 1873-cü ildə Hüsеyn xan Sеpahsalari-Əzəmin himayəsinə kеçib. 1874-cü ildə Tehranın hərbi dəstəsinin başçılığını və məvacibinin vеrilməsini öhdəsinə almışdı. О zamanlarda Nasirəddin şahın özəl işlərinə baş çəkirdi. 1890-cı ildə Lоristan və Burucird əyalətlərinə vali təyin оlunmuşdu. Öz tərəfindən оğlunu оra göndərmişdi. 1891-ci ildən 1892-ci ilədək Astarabada və 1896-cı ildən 1897-ci ilədək Astarabad, Şahrud və Bəstam bölgələrinə başçılıq еtmişdi.
Vəcihulla mirzə 1895-ci ildən şah tərəfindən Rusiyaya çarın tacgüzarlığına göndərilmişdi. 1897-ci ildə İngiltərənin məlaikəsinin impеratоriçəliyinin 50-ci ildönümü yublеyində iştirak еtmişdi. О, İngiltərədə Sеnt Cеyms оrdеni ilə təltif оlunmuşdu.
Vəcihulla mirzə 1897-ci ildə İranın hərbi naziri təyin еdilmişdi. (Əbdülhüseyn xan Məlikəlmüvərrixin, Mürat əl-büldan Müzəffəri, 3 cilddə, Tehran, “İran”, 1386/2007, I cild, s.831-832)

1903-cü ildə oyanış vardı. Nasirəddin şahın öldürülməsindən sonra xalq islahat tələb edirdi. Mart ayının 30-da Çernozubov öz rəhbərliyinə məruzəsində xalq arasındakı iğtişaşın ciddi olduğunu bildirirdi. Bu siyasi dalğalanma Ərdəbil və Təbrizi öz qoynuna almışdı. Nəticədə bu şəhərlərin iqtisadi-ticari yaşamı iflic olmuşdu. Bazarlar və banklar bağlanmışdı. Onların ardınca qarmaqarışıqlıq bütün Azərbaycan şəhərlərini bürümüşdü. (Gürcüstan Milli Arxivi, f.12, siyahı 2, iş 635, vərəq 3) Şərait o qədər həyəcanlı idi ki, rus-İran sərhədlərində qarışıqlıq olmasın deyə, Rusiya imperatorunun göstərişi ilə Xudafərin və Culfaya kazak alayları göndərilmişdi. (GMA, f.12, siyahı 2, iş 635, vərəq 1) Rusiya hakimiyyətinin narazılığına baxmayaraq qarışıqlıq nəinki sərhəd bölgələrini, hətta bütün İranı bürüdü. Rusiya hərbi nazirinin Qafqaz ordusunun baş komandanı, knyaz Q. S. Qolitsinə məktubundan aydın olur ki, generalın köməkçisi A. A. Freze bu qarışıqlığa “ingilislərin açıq əməli kimi baxır ki, onlar bizi Cənubi İrana yaxın buraxmaq istəmirlər”. General Freze daha sonra bildirirdi ki, ingilislər Bəndər-Buşir, Bəndər-Abbas və Çabaharı istila etmək istəyirlər. Frezə məsləhət görürdü ki, o halda həmin ssenari ilə Təbriz, Ərdəbil və Rəşti ələ keçirmək lazımdır. (GMA, f.521, siyahı 2, iş 316, vər. 1)
Vəcihulla mirzə Sepəhsalar bu qarışıqlıqda mətin dayanmışdı.

Baş nazir Eynüddövlə Əbdülməcid mirzə Qovanlı-Qacar (1845-1927) onun böyük qardaşı idi. O, Qacarlar dövlətində rus təsirini azaltmaq üçün, şiə molla-müctəhidlərinin və ingilislərin rəğbətini qazanmaq üçün Kazak briqadasının statusunu dəyişdi. Briqada komandirini hərbi nazir Vəchulla mirzədən asılı etdi. Ona qədər briqada komandirləri sərbəst və müstəqil idilər. Briqada komandiri Vladimir Andreyeviç Kosoqovski (1857-1918) pərt oldu. Rusiya hərbi nazirliyinə məlumat verdi. Yuxarıdan gələn göstərişləri gözlədi. (Sir Arthur Hardinge to Lord Lansdowne, No. 101, Tehran, 8 October 1903; FO 416 / 15. in: Tousi Reza Ra'iss. The Persian Army, 1880–1907, p. 222.)
Eynüddövlənin hökumətə gəlişi kazak briqadasına hücumların artmasına səbəb oldu. 1904-cü ilin aprel ayının önlərində Kazak briqadası məsələsi ilə bağlı Eynüddövlə Çernozubova birbaşa bəyanat verdi ki, briqadanın büdcəsi həddən artıq şişib. Ona görə də hesab edir ki, büdcəni 50 min tümənə qədər ixtisar etmək gərəkdir. Aydın oldu ki, Eynüddövlə briqadanın mövqeyini zəiflətmək istəyir. Onun hərtərəfli dəstəyi vardı. İran baş nazirinin eyhamını başa düşən Çernozubov qətiyyətlə etiraz etdi. Əlavə olaraq da istefa edəcəyini bildirdi. Hədə təsir etdi. Eynüddövlə geri çəkildi və briqadanın büdcəsini ixtisar etməkdən vaz keçdi. Rusiya ilə gərəksiz qarşıdurmadan çəkinərək olaylar haqqında şaha məruzə etdi. Şah bu insidentdən bir ay sonra Çernozubova bildirdi ki, briqadanın büdcəsi tam olaraq veriləcəkdir. (РГВИА, ф. 400, оп. 4, д. 279, л. 209 об.–210.)
Rus hərbi müfəttişləri Vəcihulla mirzə Sepəhsalara müraciət etdilər ki, Qacarlar ordusunu Kazak briqadasına bənzər şəkildə yenidən qursunlar. Vəcihulla mirzə qardaşı Eynüddövləyə və yeznəsi Müzəffərəddin şaha (1896-1906) müraciət etdi. Hər ikisi qətiyyətlə rədd etdi. (Memorandum by Abbas Quli Khan, Acting Oriental Secretary of British Legaton, Tehra, 2 December 1905, enclosure in No. 133; FO 416 / 25 — in: Tousi Reza Ra’iss. The Persian Army, 1880–1907, p. 225.)

Vəcihulla mirzə 1905-ci ilin 18 yanvarında vəfat еdib. Şah Əbdüləzim gorgahında, Bağe-Tutidə dəfn edilib.
Vəcihulla mirzə Abdulla xan Əlaülmülkün qızı ilə ailə qurmuşdu. Nüsrətulla mirzə, Abdulla mirzə, Həbibulla mirzə, Nurulla mirzə, Sədulla mirzə adlı оğulları, Ənisəddövlə xanım, Ənisəssəltənə xanım, Xədicə Bədiəzzəman xanım, Fatimə xanım, İsmətəddövlə Tacülmülk xanım adlı qızları vardı.
Nəticə kmi onu qeyd etməliyik ki, dünya elmində qəbul olunmuş metodoloji yanaşmadan məlumdur ki, tarixi xidmətlərə qiymət verilərkən tarixi şəxsiyyətlərin müasir tələblərə nisbətən vermədikləri şeylər deyil, onların öz sələflərinə görə verdikləri yeni şeylər əsas götürülür. Tədqiqatçının borcu həmin tarixi olduğu kimi araşdıraraq oxucuya çatdırmaq olmalıdır. Biz borcumuzdan çıxdıq...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək