15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əbdüləli xan Etimadi Müqəddəm: portretin bütün cizgiləri ilə - Fotolar
Tarix: 19-05-2020 00:10 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri elin taleyində, eləcə də xalqının, dövlətinin həyatında olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Şəxsiyyət əqidəli, öz sözünün üstündə duran, qorxmaz, sədaqətli olduqda qəhrəmana çevriləcək. Çünki bu kimi xarakterləri özündə formalaşdıran insan vətəninə, xalqına lazımlı ola, ona istənilən sahədə təmənnasız xidmət edə bilər. Xidməti sayəsində qəhrəmana çevrilmiş şəxsiyyətlərdən biri də Əbdüləli xan Etimadi Müqəddəmdir.
Əbdüləli xan Marağada dövran sürən Müqəddəm elinin Cəfərbəyli tayfasına mənsubdur. Müqəddəm eli isə mənşə etibarı ilə Qaradağın Otuziki elindən çıxıb, I Şah Abbas Səfəvinin fərmanı ilə Marağada məskunlaşmışdı. Əbdüləli xanın üzvü olduğu Etimadi ailəsi Qacarlar tarixinə neçə-neçə şöhrətli oğul bəxş etmişdi.

Əbdüləli xan Məhəmmədbağır xan oğlu 1888-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta məktəbi yeni üsullu (modern) təhsil müəssisələrində bitirib, sonra Qazaqxana məktəbinə (İran Kazak briqadasının hərbi məktəbinə-Ə.Ç.) daxil oldu. O, Məşrutə inqilabının əvvəllərində zabit kimi hərbi məktəbi tamamladı. Əbdüləli xan Qazaqxananın müxtəlif alaylarında baş leytenant rütbəsinə qədər yüksəldi. [عاقلی، باقر؛ شرح حال رجال سیاسی و نظامی معاصر ایران، ج1، ص134.]
1910-cu ildə isveçlilər tərəfindən İranda jandarm hərbi idarəsi təsis edildi. Əbdüləli xan Etimadi Müqqəddəm baş leytenant rütbəsi ilə 30 zabitlə birlikdə jandarm hərbi idarəsinə ezam edildi. Ona İsfahan şəhərində jandarm idarəsini təşkil etmək əmri verildi. [Yenə orda.] Bir müddət İsfahanda xidmət etdikdən sonra Birinci Dünya müharibəsinin başlanması ilə mühacirət etməyə məcbur oldu. O, bir çox zabitlə bərabər müxtəlif cəbhələrdə rus və ingilis qoşunlarına qarşı müharibədə iştirak etdi. [عاقلی، باقر؛ نخست وزیران ایران از مشروطه تا انقلاب اسلامی، تهران، انتشارات جاویدان، چاپ 2، 1374، ص18] Bu qrup zabit isə müharibə qurtarana qədər Kirmanşah, Bağdad, Mosul, İstanbulda qaldı.
Əbdüləli xan Etimadi Müqəddəm mayor rütbəsinə yüksələrək, Ərak şəhərinin jandarm rəisi vəzifəsində çalışdı. 1925-ci ilin dövlət çevrilişinə qədər bu vəzifədə xidmət etdi. O, bir ildən sonra fəaliyyəti nəticəsində iki dərəcə də alaraq polkovnik rütbəsinə yüksəldi. Əbdüləli xan bəzi daxili münaqişələrə qatılmışdı. Belə ki, o, 1303-cü h.ş. ilində Hərb naziri (o dövrdə müdafiə naziri belə adlanırdı) Sərdar Sipəhin (Rza xanın) Xüzistana hərbi hücumunda bir alayın komandiri kimi iştirak etdi. Bu münaqişədə Şeyx Xəzəl (İran ərəblərinin rəhbəri) tutulduqdan sonra Etimadi Müqqəddəm Dezful şəhərinin hərbi komendantı vəzifəsinə təyin edildi və o məntəqənin köçərilərinin tərksilah edilməsində böyük cəsarət göstərdi. [عاقلی، باقر؛ روزشمار تاریخ ایران از مشروطه تا انقلاب اسلامی، تهران، نشر گفتار، چاپ 3، 1374، ج1، ص192]

Əbdüləli xan Etimadi Müqəddəm Xüzistan məmuriyyətindən döndükdən sonra yenə də jandarmeriya idarəsinə xidmət edib, Xorasan əyalətinin jandarmeriya rəisi vəzifəsinə təyin olundu. Bir neçə il bu vəzifədə xidmət etdikdən sonra Tehrana göndərildi. Onu orduya təyin etmişdilər. O, 1320-ci h.ş. ilinin şəhrivər ayının 20-də Tehranda hərbi vəziyyət elan edildikdə general-mayor Əmir Əhmədinin təklifi ilə bu şəhərin hərbi komendantı təyin edildi. [عاقلی، باقر؛ خاندانهای حکومتگر ایران، تهران، نشر نامک، چاپ 2، 1386، ص446] Bir müddətdən sonra Tehranda jandarm idarəsi rəisinin müavini vəzifəsinə təyin olundu.[قائم مقامی، جهانگیر؛ تاریخ ژاندارمری ایران، بی جا، انتشارات اداره روابط عمومی ژاندارمری کشور، بی تا، ص313 و عاقلی، باقر؛ روزشمار تاریخ ایران از مشروطه تا انقلاب اسلامی، پیشین، ج1، ص331]
Əbdüləli xan Etimadi Müqəddəm 1942-ci ildə general-leytenant rütbəsinə layiq görüldü. [Yenə orda, s.346.] Həmin ilin dekabr ayında, yəni Qəvamüssəltənə Baş nazir olduğu dövrdə Tehran şəhərində əhali tərəfindən etiraz və qiyam baş verdi, yəni əhali bahalıq və aclıq aksiyası keçirərək, Milli Məclisə hücum edib və mağazaları qarət etdilər. Bu qiyam azər ayının 17-də (dekabrın 8-i) baş verdi. Bu qiyamda hökumət binası əhali tərəfindən yandırıldı. Hərbçilər əhalini güllə-baran etdilər. Bunun nəticəsində Tehranın hərbi komendantı general Qədr və şəhərin baş polis idarəsinin rəisi Radsər öz vəzifələrindən çıxarıldı. General-mayor Əmir-Əhmədi Tehranın hərbi komendantlığına təyin olunduqan sonra general-leytenant Etimadi Müqəddəm baş polis idarəsi rəisi vəzifəsinə gətirildi. [Yenə orda, s. 352.] O, şəhərin təhlükəsizliyini qorumaqda böyük səy göstərdi. [عاقلی، باقر؛ میرزا احمدخان قوام السلطنه در دوران قاجاریه و پهلوی، تهران، انتشارات جاویدان، چاپ 1، 1376، ص294.] Bu dəfə də onun baş polis rəisi vəzifəsində çalışdığı müddət uzun sürmədi. 3 aydan sonra o, bu vəzifədən çıxarıldı.

1324-cü h.ş ilinin (1945) ortalarında İranın siyası vəziyyəti gərginləşmişdi. İran Tudə Partiyasının (İran Xalq Partiyası) üzvlərinə qarşı mübarizə etmək üçün yenidən Etimadi Müqəddəm Tehran şəhərinin hərbi komendantı vəzifəsinə təyin edildi. [Yenə orda, s. 374.] Bir neçə ay bu vəzifədə çalışdıqdan sonra Qəvamüssəltənə Baş nazir olan kimi onu bu vəzifədən azad etdi. [عاقلی، باقر؛ نخست وزیران ایران از مشروطه تا انقلاب اسلامی، پیشین، ص611.] 1326-ci h.ş ilində general-leytenant Dirəxşanın məhkəməsində dövlət ittihamçısı idi. (Dirəxşanı Azərbaycanda milli hökumət qurulduqdan sonra Təbriz şəhərinin hərbi komendantı kimi Pişəvəri ilə sülh müqaviləsi imzalamışdı). [عاقلی، باقر؛ روزشمار تاریخ ایران از مشروطه تا انقلاب اسلامی، پیشین، ج1، ص406] O, müttəhim üçün ölüm hökmü təklifini irəli sürdü, lakin məhkəmə Dirəxşaniyə ömürlük həbs cəzası qərarını çıxartdı. [عاقلی، باقر؛ شرح حال رجال سیاسی و نظامی معاصر ایران، پیشین، ج2، ص668]
General-leytenant Əbdüləli xan Etimad Müqəddəm 1326-ci h.ş ilində təqaüdə çıxdı və 1352-ci (1973) vəfat etdi. [Yenə orda, I cild, s. 135.]
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək