15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kərim xan Muxtarəssəltənə: qorxulu Tehrandan əminliyə... - Fotolar
Tarix: 18-05-2020 11:46 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Bəlli bir fəlsəfə var ki, tarixi insanlar yaradır, tarix özü şəxsiyyətləri yetişdirir, onların cəmiyyətin həyatında əhəmiyyətli rol almalarında stimulverici amil rolunu oynayır. Yetkin şəxsiyyətlər öz vətəninə və millətinə sədaqətlə xidmət etmiş, onun daha da inkişaf etməsi və çiçəklənməsi naminə fədakarlıqlarını əsirgəməmiş və adlarını əbədi olaraq tariximizə yazmışlar. Adını tarixə yazmış şəxsiyyətlərdən biri də Kərim xan Muxtarəssəltənədir.
Kərim xanın əsli Osmanlı torpağndandır. Qacarlar dövlətinə pənah gətirəndən sonra xidmətə cəlb edilmişdi.

Kərim xan əvvəlcə İran Kazak diviziyasında xidmət etmişdi. Polkovnik Aleksey Domontoviçin komandirliyi dövründə (1879—1882) bu hərbi birləşməyə qatılmışdı.
Kərim xan 1894-cü ildə Nasirəddin şahdan Nirəssəltənə ləqəbini almışdı. Elə həmin ilin payızında Vəchulla mirzə Əmir xan Sərdari-Əzəmlə Rusiyaya yollanmışdı. Çar III Aleksandrın təziyyəsində, yeni çar II Nikolayın tacgüzarlığında iştirak etmişdi.
Kərim xan Astrabad və Damğanın hakimi olmuşdu.
Kərim xan 1895-ci ildə Münəzzəməssəltənə ləqəbinə layiq görülmüşdü. 1897-ci ildə İngiltərəyə yollanmışdı. Bir sıra təşrifatlarda iştirak etmişdi. İrana dönəndən sonra Nəzmiyyə idarəsində çalışmışdı. O, nəzmiyyə idarəsinin rəisliyini Mirzə İsa xan Vəzirdən sonra qəbul etmişdi. Bu idarədə işləyərkən Muxtarəssəltənə ləqəbini almışdı. Daha sonra Sərdari Mənsur ləqəbinə layiq görülmüşdü. General-mayor rütbəsi daşıyırdı.
Kərim xan Muxtarəssəltənə islahatçı bir şəxsiyyət idi. Tehranın məhəllələrində komissiya yaratmışdı. Şəhər islahatının keçirilməsinin əsas səbəbi şəhər əhalisi içərisində xüsusi çəkisi artmış sənayeçilərin, tacirlərin şəhərlərin ictimai-siyasi həyatında fəal iştirak etmək tələbləri ilə bağlı idi. Nəzmiyyə rəisinin səlahiyyətlərinə şəhər təsərrüfatının idarə edilməsi, yerli ticarət və sənayenin himayə edilməsi, yanğınla mübarizə, nəzarət kimi sahələr daxil idi. Ona qədər nəzmiyyə rəisinin hüququ çox məhdud idi. Muxtarəssəltənənin dövründə “Qorxulu Tehran” əmin-amanlı, nizam-intizamlı bir şəhər olmuşdu.
Kərim xan Muxtarəssəltənə daha sonra Tehrana hakim kimi başçılıq etmişdi. Onun hakimiyyət dönəmi bu şəhərin tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi daxil olması səbəbsiz deyil. İdarə etmənin düzgün əsaslar üzərində qurulmasının nəticəsi olaraq Tehran quruculuqda geniş vüsət almışdı. O, şəhər həyatının bütün sahələrində islahatlar strategiyasını seçmişdi. Şəhərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşırdı.

Kərim xan Muxtarəssəltənə o nadir şəxslərdən idi ki, rüşvət almır, dövlət xəzinəsindən oğurluq etmirdi. Onun hakimiyyəti dönəmində süründürməçilik hallarının qarşısı alınmışdı.
Kərim xan Muxtarəssəltənə 1903-cü ildə vəfat edib.
Kərim xan Muxtarəssəltənənin Rüknəddin adlı oğlu vardı.
Kərim xan Muxtarəssəltənənin taleyinə öz xalqına və vətəndaşlara sədaqətlə xidmət etmək, onun daha da inkişaf etməsi, çiçəklənməsi naminə möhtəşəm işlər həyata keçirmək missiyası yazılmışdı. O, bu missiyanı ləyaqət və şərəflə icra etmiş, harada işləməyindən, hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, daim bir amal və bir əqidə ilə yaşamışdır - Ədalət mülkün dayağıdır...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək