15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Canməhəmməd xan Əmir Əlayi: Qacarları yıxmış qacar - Fotolar
Tarix: 12-05-2020 10:55 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Təbii ki, tarix və digər humanitar elmlər milli-mənəvi inkişaf, müasir düşüncənin formalaşması, vətəndaşlarda əxlaqi-vətənpərvərlik dəyərlərinin tərbiyə olunması üçün zəruridir. Məhz bu səbəbdən ictimai və humanitar elmlərin müxtəlif sahələr üzrə nəzəri və konseptual əsərlərin yaranması təqdirəlayiqdir. İstiqamətin bu cür dəyişməsi, bir tərəfdən kreativ təfəkkürün formalaşmasına kömək edər, digər tərəfdən isə milli tariximizin cənub qolunun “yaddan çıxmış” səhifələrinin öyrənilməsi, həmçinin mənəvi-əxlaqi dəyərlərimizin, ənənələrimizin qaytarılması üçün obyektiv əsas olar. Öyrəndiklərimizdən biri.
Canməhəmməd xan Qacar elinin Dəvəli oymağının Qaraxanlı tayfasına bağlıdır. Əmir Əlayi soyadını daşıyırdı. Atası Əhməd xan (1852-1911) Qacarlar dövlətinin aliməqam şəxsiyyətlərindən idi. General-leytenant rütbəsi daşıyırdı. Bir neçə əyalətin general-qubernatoru olmuşdu. Babası Məhəmmədrəhim xan Məhəmmədəmin xan oğlu Əlaüddövlə də (?-1882) general-mayor rütbəsində bir çox yüksək vəzifələrdə çalışmışdı. Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Fətəli şahın kürəkəni və sərkərdəsi idi. İran-rus müharibələrində iştirak etmişdi. Ulu babası II Məhəmmədhəsən xan Hacı Canməhəmməd xan oğlu (?-1838) Qacarlar ordusunun nəsəqçibaşısı idi və dövlətin qurulmasında iştirak etmişdi.

Əhməd xanın ikinci oğlu Canməhəmməd xan Əmir Əlayi 1886-cı ildə Tehran şəhərində doğulmuşdu. O, ilk təhsilini bitirəndən sonra İran Kazak Briqadasının məktəbinə daxil olmuş və sonda bir polkovnik kimi oradan məzun olmuşdu. O, 1299-cu ildə baş verən çevrilişdə Rza xan mirpəncin yardımçılarından olmuş və elə bu ləyaqətinə görə general rütbəsi almış və Rza xanın sərəncamı ilə çevrilişdən sonra siyasi-hərbi müxaliflərin zindan yeri olan İşrətabad qarnizonuna rəis təyin olunmuşdu. (Baqir Aqili, Şərhi-hali siyasi və nizami müasir İran, II cild, Tehran, 1380, s.201) Sonra isə Ərakın atıcı briqadasının başçısı təyin edilmişdi. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.213) General Ayronsayd özünü 1299-cu il çevrilişinin memarı bilsə də, şübhəsiz ki, bu çevriliş daxili qüvvələrin yardımı olmadan uğur qazana bilməzdi. (Xatirati ser Ayronsayd, Tehran, s.167) Elə buna görə general Canməhəmməd xan bu çevrilişdə əsas təsirə malik olan bir şəxs kimi tanınmışdır.
O, bəzi səfərlərdə Rza xanı müşayiət edərdi, nümunə olaraq 1303-cu il Aban ayının 13-də Rza xan Xuzistana gedərkən onu müşayiət etmişdi. (Xatirati ser Ayronsayd, Tehran, s.167) Eyni ildə Sərdar Sipəh (Rza xan-Ə.Ç.) Milli Məclis vəkilləri ilə müxalif olduğuna görə öz vəzifəsindən imtina etdi. Canməhəmməd xan top və bir tip qoşunla özünü Şimran darvazasından Milli Məclisin qabağına yetirib (Məliküşüara Bahar, Tarixi müxtəsəri əxzab siyasiyi İran inqrazi Qacariyyə, Tehran, "Əmir Kəbir", s.65) müxalif vəkilləri qorxutmuş və onun bu işi Rza xanın qüdrətə qayıtmasına səbəb olmuşdu.

Düz bir ildən sonra; yəni 1304-cü ildə onun vəzifəsi yüksələrək Şərq (Xorasan) ləşgərinin komandanı təyin edilimiş və bu vəzifədə ilk işi bu olmuşdu ki, türkmənləri tərk-silah edib və onları səhralara dağıtmışdı. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.202) Eyni ilin yay fəslində, Bocnurdun hakimi və İranın böyük sərkərdələrindən biri sayılan Sərdar Müəzziz Bocnurdini və onun qardaşı ilə yeznəsini öldürtdürmüş və məntəqədə bir üsyana zəmin yaratmışdı. (Məliküşüara Bahar, Tarixi müxtəsəri əxzab siyasiyi İran inqrazi Qacariyyə, Tehran, "Əmir Kəbir", s.227)
O, şaha göstərdiyi xidmətlərinə görə 1305-ci ilin ordibeheşt ayında şahın məxsus mühafizəçisi seçilmişdi. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.207) O, respublika sistemi ilə müxalif olan şəxslərdən idi. Yəzdanpənah ilə yanaşı bu mövqeyini Rza xana bildimişdi. Canməhəmməd xan səltənət dəyişilən və Qacarlar sülaləsi süqut edən zaman çox çalışaraq özünə mövqe qazanmışdı. Xorasan əyalətinin valisi təyin edilmiş və İmam Rza türbəsinin müdiriyyəti də ona tapşırılmışdı. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.207)
Sərdar Müəzzəz edam olunandan sonra onun cəvahiratına sahib çıxmış və eyni zamnda xeyli adam öldürmüş, bir çox böyük cinayət törətmişdi. Elə bu cinayətlər onun əleyhinə yaranan üsyanlara səbəb olmuşdu. 1320-ci ildən sonra jurnalistlər və məclis vəkilləri onu və başqa cinayət törədən hərbçilərin cəzalandırmasını istəmişdilər, lakin o, bu hökmdən nicat taparaq 1330-cu (1951-ci) ildə insultdan dünyasını dəyişmişdi. (Baqir Aqili, Şərhi-hali siyasi və nizami müasir İran, II cild, Tehran, 1380, s.201)
Yuxarıda şərh olunan faktları nəzərə alaraq qeyd etmək lazımdır ki, qəhrəmanın formalaşması mürəkkəb tarixi və sosial-mədəni hadisə olub, öyrənilməsi vacibdir. Bizdən demək...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək