15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Həsənəli bəy Əsgərxanov: erməni millətçilərinin qənimi - Foto
Tarix: 24-04-2020 13:47 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Erməni millətçiləri XIX əsrdən başlayaraq Qarabağda yerli türk-müsəlman əhalisini qırmaq üçün düşünülmüş şəkildə soyqırımı siyasətinə rəvac vermiş, ən ağlasığmaz üsullarla qətliamlar törətmişlər. Ermənilər azərbaycanlılara qarşı başladıqları soyqırımı siyasətinin başlanğıc mərhələsini 1905-ci ildə qoymuşdular. Millətçi dəstələrindən olan talançılar və soyğunçular evləri yandırır, dinc əhalini qarət edib qırırdılar. Onlar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu çılpaq qaçmaqa məcbur edir, qocalara rəhm etmirdilər. Bu vəhşilər, hətta adamları öldürməklə kifayətlənmir, onların qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və sair vəhşiliklər törədirdilər.
Türk-müsəlman xalqını qəsdən əliyalın qoymuş dövlət vətəndaşları müdafiə etmədi. Xalq arasından çıxan bir çox qəhrəman irəli atıldı. Əhalinin müdafiəsini təşkil etdi. Qarabağda erməni qəsbkarlarına qənim oğullar xalqı tam qırğından qurtardılar.
1905-1906-cı illər erməni müsəlman davasında 5 türk oğlu ermənilərin milli düşməni elan olunmuşdu. Biri Yağləvənd Həsənəli bəy Əsgərxanov, biri Mirzəhaqverdilər İbrahim bəy Hüseynbəyov, biri Mirzə Cəfər bəy Vəzirov, biri Hacısamlı Sultan bəy Muradov (Sultanov), biri isə onun qaynatası Teymur bəy Həsənbəyov idi.
Həsənəli bəy Qarabağda tanınmış əsgərxanovlar soyuna bağlıdır. Bu soy Cavanşir elinin Yağləvənd oymağının Kovxalı tayfasınındır.
Babası Ağakişi bəy Əsgərxan bəy oğlu XVIII yüzilin ikinci yarısında dünyaya gəlmişdi. İbrahimxəlil xanın atlı dəstəsində bölükbaşı olmuşdu. Xorasana yollanmış, İmam Rzanın müqəddəs məqbərəsini ziyarət etmişdi.
Məşədi Ağakişi bəyin Namazəli bəy, Zeynalabdin bəy, Şıxəli bəy və Məhəmmədəli bəy adlı oğulları vardı.
Atası Şıxəli bəy Məşədi Ağakişi bəy oğlu 1822-ci ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Şıxəli bəyin törəməsi Şıxəliyev soyadını daşıyır.
Şıxəli bəy Tutu xanımla yaşam qurmuşdu. Məhərrəm bəy, Behbud bəy, Həsənalı bəy adlı oğulları, Əcəb xanım adlı qızı vardı.

Şıxəli bəyin üçüncü oğlu Həsənalı bəy 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında anadan olmuşdu. Məktəb təhsili almışdı. Sankt-Peterburqda Konstantin Yunkerlər məktəbində oxumuşdu. Rus-Osmanlı savaşında iştirak etmişdi. Sonra polis pristavlığında işə girmişdi. Öncə uryadnik, sonra polis pristavı işləmişdi. Qazax və Zəngəzur qəzalarında çalışmışdı.
Həsənalı bəy yaxşı xidmətlərinə görə Georgi xaçına layiq görülmüşdü. Kremlin “Georgi” salonunda həmin xaç və ordenlə təltif olanların siyahısında onun adı da var.
Həsənalı bəy şair idi. Kovxa təxəllüsü ilə qəlboynadan qoşqular yazırdı. Qazax qəzasında pristav işlədiyi dönəmdə yazdığı qoşqulardan biri:
Deyimmi, İsrafil ağa,
Gör Qazaxda nələr gördüm.
Kimlərisə at belində,
Kimlərisə gülər gördüm.
***
Nə gəzirsən soldan-sağa,
Kazım ağa, çıx qırağa,
Söyünbəyli Söyün ağa,
Mən səni səd həzar gördüm.
***
El köçərdi bil yaylağa,
Boylanardı sola-sağa.
Dilbaz oğlu Çingiz ağa
Qutarmayan azar gördüm
***
Qiymət qoyar aca, toxa,
Alardı hədəfə, oxa,
Daşsalahlı Məmməd koxa
Səni açıq bazar gördüm.
***
Bir daşnaq var adı Sumbat,
Adam bilmə heyvana qat.
Birini də ondan babat,
Xoşkotanlı Qazar gördüm.
Həsənalı bəyin mahalda oturub-durduğu adamlarda biri də Mirzə Əli qazı idi. Hər ikisi şair olduğundan tez-tez deyişərdilər. Həsənalı bəy qazıya yazdığı müşairə:
Eşitmişəm, Mirzə, şair olubsan,
De hədyanı sənin üçün ad olsun.
Kəbin pulu etməz sənə kifayət,
Bəlkə bu işlərdə nəfli zad olsun.
Keçən vaxtı Arazbarda olardıq,
Haramıda ceyran-cüyür ovlardıq,
Kəklik-turac xurcunlara dolardı,
Nədən indi yediyimiz cad olsun.
Əsgərxanov bilirsən ki, öyünməz,
Özünə gərrahdı şaha baş əyməz.
Çağrılmamış yerdə hərgiz görünməz,
İstər qohum olsun, istər yad olsun.
Cavanşir bəyləri tez-tez yığışıb şeirləşər, bədiyələşərmişlər. Bəylərdən biri, İsfəndiyar bəy Vəzirov Həsənalı bəyə qayıdır ki:
Sataram Zobucuqda mülkümü,
Alaram sənin kimi tülkünü.
Bu söz yaman dəyir Həsanalı bəyə. O çağlar hamı köçəri olduğundan mal-heyvan saxlayarmış. Həsanalı bəy fikirləşir ki, dana-davarın qarnının altından yel keçir. Mala çox da bel bağlamaq olmaz. Kişinin gərək davardan əlavə divarı da olsun. O fikirlə gedib yaxşı mülk salır, dəyirman tikdirir, yol çəkdirir…
***
Həsənalı bəylə İrənşəlli İbadulla kişi möhkəm ağızlaşmışdı. Küsü saxlayıb, bir-birinin kölgəsini qılınclayırdılar. Bu dava-dartışdan bir müddət keçir. Həsənalı bəyi Zəngəzur qəzasına pristav təyin edirlər. Gorus şəhərində yerini bərkidən kimi iki strajnik göndərir ki, gedin Yağləvənd Məhərrəm oğlu İbadullanı qolunu-qoluna çatıb gətirin. Strajniklər də erməni imişlər. Sevincək yola düşürlər. Yağləvəndə çatıb İbadullanı tapırlar. Qolunu bağlayıb aparırlar Gorusa tərəf. Yolboyu söhbət zamanı öyrənirlər ki, həm İbadulla, həm də Həsənalı bəy hər ikisi yağləvəndlidir. Strajniklərdən biri qayıdır:
- Ara, bu Həsənalı nə yaman adamdır! Adam da heç öz yerlisini tutdurar?
Cin vurur İbadullanı:
- Ayə, əlimi açın, sizin ikinizin də başını bir yalağa kəsəjəm! Həsənalı bəy pis adamdı?! Köpəkoğlunun dığaları, onun pristavlığı cəhənnəm, bəyini niyə demədiniz?..
***
Həsənalı bəy Ələkbər bəy Məlikaslanovun qızı Asiya xanımla yaşam qurmuşdu. Əsgərxan bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy adlı oğulları, Səadət xanım, Nabat xanım, Tavad xanım, Şövkət xanım və Firuzə xanım adlı qızları vardı.
Şübhəsiz ki, Həsənəli bəy Əsgərxanov barədə daha böyük həcmli kitablar yazmaq mümkündür. Yəqin ki, tarixçilərimiz bu işin öhdəsindən layiqincə gələcəklər. İndiki halda isə, bu yazını ortalığa qoymağı gərəkli bildik. Qeyrətli vətən oğulları hər bir Azərbaycan vətəndaşının, xüsusilə böyüməkdə olan gənç nəslin qan yaddaşında möhkəmlənməlidir.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək