Tarix: 11-08-2017 18:34 | Bölmə: Şou-biznes / Xəbərlər

Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib.
Bu barədə yenicag.az-a açıqlama verən sənətçi paxıllığını çəkən həmkarlarına səslənib:
"Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız. Molla yanına gedir ki, onun-bunun ailəsini dağıtsın, kişisini ələ alsın. A balam, xalqa sənət, səs lazımdır. Nə qalmısınız mollalarda? Nə var, nə xəbərdir? Mənim sizinlə işim yoxdur, heç birinizlə maraqlanmıram, siz məndən nə istəyirsiniz axı? Min dənə adam telefon edir ki, filan müğənni şəklin əlində yanıma gəlmişdi. Deyirəm, ay molla, ay cadugər, elə bir dərman bilirsinizsə, öz başınıza sürtün. İkincisinə də qalanda, o adamlara Allah rəhmət eləsin. Onlar mənim üçün diriykən ölülərdir. Allahın işinə əl aparmaq olar?"
Müğənni onlardan qorunmaq üçün Allaha sığındığını deyib: "Mən o cadu-tilsimlərdən qorunmaq üçün gecə-gündüz Allahla danışıram, pirlərə gedirəm. Məni axtarsan, pirlərdə tapmaq olar, mollaların yanında yox. Allah onlara min lənət eləsin. Fikir vermişəm, hamısı cinə-şeytana oxşayır. Etdikləri pis əməllərə görə yaşlandıqca özləri də cin kimi görünürlər. Efirə çıxanda adam qorxur, deyirsən "bismillah" bu cin-şeytan haradan peyda oldu görəsən?".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək