Avtomobil yoluna enən təyyarə beş avtomobilə çırpılıb
Tarix: 10-02-2026 08:49 | Bölmə: Xəbərlər

Avtomobil yoluna enən təyyarə beş avtomobilə çırpılıb

ABŞ-da yola təcili eniş etrməyə məcbur olan təyyarə avtomobillərə çırpılıb.

Reyting.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Hadisə ABŞ-nın Florida ştatının Qeynsvill şəhərində baş verib.

“Beechcraft Hawker G-36” yüngül mühərrikli təyyarəsinin pilotu texniki nasazlıq səbəbindən onu avtomagistrala endirib. Bu zaman təyyarə ən azı beş avtomobilə çırpılıb. Təyyarənin göyərtəsindəki iki pilot və daha iki nəfər xəsarət alıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər