Tarix: 10-02-2026 08:23 | Bölmə: Cəmiyyət / Xəbərlər

Fevral ayının 9-da "ChatGPT" üzərindən reklamların sınaqdan keçirilməsi prosesinə başlanılıb.
Reyting.az xəbər verir ki, bunu "OpenAI" şirkətinin sözçüləri bildiriblər.
Öncə reklamlar yalnız ABŞ ərazisində "Free", həmçinin "Go" abunəliyi olan istifadəçilərə göstəriləcək. Daxili qaydalara əsasən 18 yaşdan kiçiklərə reklam göstərilməyəcək.
Qeyd olunur ki, sistemdə sağlamlığa zərər verən və psixoloji gərginlik təhlükəsi yarada biləcək mövzuların, ümumilikdə isə sağlamlıqla bağlı olan mənbə və mətnlərin, süjetlərin, o cümlədən siyasətlə bağlı müzakirələrin, cavabların yanında da reklam olmayacaq. Üstəlik, şərtlərə görə istifadəçilər istədikləri zaman reklamlardan imtina edə bilərlər, lakin bu halda gündəlik pulsuz mesaj sayı azalacaq.
"OpenAI" eyni zamanda, öncədən bəzi şəbəkələri xəbərdar edib. Məlum olub ki, "Pro", "Business", "Enterprise", "Education" abunəçiləri öz səhifələrində reklam çarxları görməyəcəklər.
Şirkətin izahında bildirilir ki, bu reklamların mövcudluğu "ChatGPT" tərəfindən verilən cavablara qətiyyən təsir etməyəcək, eləcə də istifadəçilərin söhbətləri məxfi qalacaq və danışıqlar reklamçılara ötürülməyəcək.
Mütəxəssislərin sözlərinə görə, şirkətin əsas məqsədi böyük reklamlar hesabına "ChatGPT"-nin güclü potensialını daha genişləndirmək və bunu qlobal auditoriyaya əlçatan etməkdir.
Onu da qeyd edək ki, ötən ilin sentyabr ayı ilə müqayisədə hazırda "ChatGPT"-də fərqli irəliləyiş var. Yəni "ChatGPT"-dən hər həftə dünyada təxminən 700 milyona yaxın insan - planetin yetkin əhalisinin 10 faizi istifadə edir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək