Tarix: 16-01-2026 10:44 | Bölmə: Şou-biznes

Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısının musiqisini və Məmməd Araza aid sözlərini yanlış ifa etməsi müğənni Qumral Musayevanın sərt tənqid edilməsinə səbəb olub. Efirlərə dəvət olunan müğənni "Bir taleyin oyununda cütlənmiş zərik” ifadəsini "cütləşmiş zərik” kimi ifa edib. İzləyicilər bu ifanı Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndirib.
Bəs, Qumralın bu ifasını Xalq artisti Niyaməddin Musayev dinləyibmi? Niyaməddim Musayev Qaynarinfo-ya açıqlamasında Qumral Musayevanın ifasından xəbərsiz olduğunu bildirib:
"Mahnı diskoteka ritmi üzərindədir. Amma baxır onu necə təqdim etmək? Milli ruhun olması şərtdir. Gərək sözlər musiqidə özünü tapsın, oynamaqla məsələ bitmir. Mahnının sözlərinə gəlincə, ayıbdır. "Cütləşmiş" pis sözdür. Bu "cütlənmiş"dir, "cütləşmiş" başqa məna verir. Heyvanlar, quşlar cütləşir. O boyda Məmməd Arazın sözlərini dəyişmək olar? Nə deyəsən? Oxuyurlar da".
Niyaməddin Musayev izləyicilərin Qumral Musayevanın onun nəvəsi kimi təqdim edilməsinə də münasibət bildirib:
"Yalan deyirlər, ayıb olsun onu deyənlərə. Görürsünüz nədən istifadə edirlər? Bu mahnını dünyanın bütün ölkələrində oxuyurlar. Əcnəbilər də oxuyur. Əcnəbilər mahnını mən oxuduğum şəkildə oxuyur. Süni intelekt də mahnını oxuyur. Hətta orada belə mahnının sözləri dəyişməyib. Belə olmaz”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək