Tarix: 21-01-2026 20:54 | Bölmə: Şou-biznes

Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Dəniz Əsədova ifadə verib.
Müğənni ifadəsində bildirib ki, təqsirləndiriləni Bəxtiyar adlı şəxsin vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov onun işi üzrə ifadə verərək guya əlillik dərəcəsinin düzəldilməsi üçün ondan pul alındığını iddia ediblər. Dəniz Əsədova qeyd edib ki, həmin məbləği əslində Mehparə Kazımova alıb və o, Məhərrəm Məhərrəmovu tanımayıb. Müğənni əlavə edib ki, Məhərrəm Məhərrəmovun əlillik dərəcələrinin düzəldilməsi ilə məşğul olması barədə məlumatı yoxdur.
İfadələr arasında ziddiyyət yarandığı üçün Dəniz Əsədovanın ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan edilib. O, istintaqdakı ifadəsində əlillik dərəcəsinin düzəldilməsi üçün alınan pulları Rauf İsfəndiyarova çatdırdığını bildirib.
Lakin məhkəmə iclasında Dəniz Əsədova ilkin ifadəsini dəyişərək həmin məbləği borc kimi verdiyini deyib.
Məhkəmə prosesinin növbəti iclası fevralın 28-də davam etdiriləcək.
Qeyd edək ki, Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmov cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müraciət edən şəxslər arasında "körpü" rolunu oynayıb. Həmin şəxslər əlillik dərəcəsi, sosial müavinət və digər sosial təminatlar almaq məqsədilə onun vasitəsilə baş həkimə rüşvət veriblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 32.5 və 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri və digər maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyədək həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Oxu.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək