Tarix: 05-12-2025 11:05 | Bölmə: Şou-biznes

Müğənni Rəqsanə İsmayılova həbs olunduqdan və ev dustaqlığına buraxılandan sonra ilk dəfə efirə çıxıb.
“Tarixin bir günü” verilişində qonaq olan ifaçı çətin anlar yaşadığını bildirib:
“Allah böyükdür. Mən bir Azərbaycan qadınıyam və dörd övladım var. Çox çətin bir dövr yaşayıram. Hər şeyi geridə qoyaraq övladlarımın yanında olmalıyam. Bu gün ilk dəfə səhnəyə çıxırammış kimi çox həyacanlıyam. Hər birimiz həyatda hər şey yaşaya bilərik”.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb./Yenisabah.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək