Tarix: 09-01-2026 18:32 | Bölmə: Şou-biznes

Aktyor Niftalı Namazlı seriallarda, filmlərdə və teatr tamaşalarında müxtəlif obrazlar canlandırır. Onun sözlərinə görə, ifa etdiyi bəzi obrazların dərin psixoloji və dramatik məna daşıması onu təhqir və şər-böhtanların hədəfinə çevirib.
Mərhum Xalq artisti Arif Quliyevin tələbəsi olan Niftalı Namazlı Reyting.az-a açıqlamasında bildirib ki, onun əməyinə yönələn mənfi reaksiyalar bəzi insanların obrazın mahiyyətini və sənətin incəliklərini düzgün dərk etməməsindən irəli gəlir.
Aktyor qeyd edib ki, əsas məqsədi tamaşaçının emosiyalarına təsir göstərmək və canlandırdığı obrazın daxili aləmini açmaqdır:
“Lakin bəzi insanlar bunu başa düşmədikləri üçün yaradıcılığıma mənfi münasibət göstərir, sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədir və mənə şər-böhtan atırlar. Bundan sonra bu cür hallara susmaq fikrində deyiləm”.

Niftalı Namazlı vurğulayıb ki, sosial şəbəkələrdə və müxtəlif internet saytlarında onu təhqir edən şəxslərə qarşı hüquqi müstəvidə mübarizə aparacaq və onların məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edəcək.
Aktyor sonda əlavə edib ki, canlandırdığı obrazlar onun yaradıcılıq azadlığının təzahürüdür:
“Heç bir təhqir və böhtan mənim sənət yolumu dayandıra bilməz. Məqsədim tamaşaçıya dəyərli və keyfiyyətli performans təqdim etməkdir və bu yolda irəliləməyə davam edəcəyəm”.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək