Vens Ermənistanda səfərdədir - Fotolar
Tarix: 09-02-2026 17:55 | Bölmə: Xəbərlər

Vens Ermənistanda səfərdədir

ABŞ-nın vitse-prezidenti J. D. Vens təyyarəsi Ermənistana çatıb.

Reyting.az xəbər verir ki, vitse-prezidenti Milli Assambleyanın sədri Alen Simonyan, Yerevan meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan qarşılayıb.

ABŞ nümayəndə heyətinə ABŞ-nın iqtisadi məsələlər üzrə dövlət katibinin müavini Ceykob Helberq də daxildir.

Bu axşam Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nın vitse-prezidenti ilə görüşəcək və onlar bəyanatlar verəcəklər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər