Tarix: 30-11-2016 10:36 | Bölmə: Şou-biznes / Xəbərlər

"İllərdir, bu adam məndən əl çəkmir, ancaq əvvəllər normal münasibət bəsləyirdi".
Reyting.az xəbər verir ki, bu sözlər müğənni Afaq Aslanın Əli Mirəliyevlə bağlı Axar.az-a göndərdiyi press-relizdəndir.
O, mediaya yolladığı açıqlamada Əli Mirəliyevi məhkəməyə verəcəyini bildirib:
"O, məni dəfələrlə bağ evinə dəvət etdi, getmədim. Daha sonra arxamca nalayiq ifadələr işlətməyə başladı. Bütün bunlar oldu, amma mən susdum, Əli Mirəliyev susmadı. Barəmdə saytlara xoşagəlməz açıqlamalar verdi. Onun cavabını məhkəmə yolu ilə verəcəyəm. Məni təhqir etdiyinə görə ondan 110 min pul tələb edirəm. Niyə dilinə yiyəlik etmədiyini məhkəmədə deyər. Nəvəsi yaşında qızam, amma məndən əl çəkmir. Get öz yaşıdlarına söz at, mənə yox”.
Məsələ ilə bağlı Əli Mirəliyevlə də əlaqə saxlanılıb. Əməkdar artist deyib ki, bilmirəm, Afaq kimdir, nəçidir:
"Məhkəmə məsələsindən də xəbərim yox idi. İndi sizdən eşitdim. Mən deməmişəm ki, konkret Afaq soyunsa, 1 milyon verməzlər, demişəm, istənilən qız soyunsun, ona 50 manatdan artıq pul verməzlər”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək