Tarix: 03-02-2016 13:55 | Bölmə: Şou-biznes / Xəbərlər

Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanı məhkəməyə verməyə hazırlaşır.
Reyting.az xəbər verir ki, İ.Quliyeva bu barədə AzNews.az-a özü məlumat verib. Onun sözlərinə görə, A.Kazımovanın "İnstagram”da onun ünvanına yazdığı ittihamlarla bağlı məhkəməyə müraciət üçün sənədlər hazırlanır:"Mən onu məhkəməyə verəcəyəm. Qoy dediklərini, mən tərəfdən hansı şər-böhtana məruz qaldığını sübut etsin. Ondan 1 milyon manat təzminat tələb edəcəyəm. Çünki onun, olmayan şeyləri mənim ünvanıma səsləndirməyə haqqı çatmır”.
İ.Quliyeva onu da əlavə edib ki, hələ də A.Kazımovanın onun ünvanına belə ifadələr işlətməsinə inana bilmir:"Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır”.
Qeyd edək ki, Aygün Kazımova xalq artisti İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. M.Hüseynovanı dəstəkləyən A.Kazımova İ.Quliyeva tərəfindən şər-böhtana məruz qaldığını bildirib:"Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək